XALQ DÜŞÜNCƏSINDƏ DÜNYANıN YERI Düzgün qərar qəbul etmək, doğru yol seçmək istəyən insan
bə’zi məsələlərdən yetərincə xəbərdar olmalıdır. Bundan əlavə
müəyyən şərtlərə də əməl olunmalıdır. İlk əvvəl insan, öz
mövqeyini müəyyənləşdirməlidir. Haradan gəldiyini, harada
olduğunu,
haraya
gedəcəyini
bilməyən,
qarşısındakı
çətinliklərdən xəbərsiz olan insan ciddi və düzgün qərar qəbul
etməkdə acizdir. Yə’ni zəruri məsələlərdən tam agahlıq
olmadıqda çıxarılan qərar kor-koranə olur və insanı məqsəddən
uzaqlaşdırır. İnsanın
öz
mövqeyini
müəyyənləşdirməsi,
dünyanın mahiyyətini dərk etməsi onun həyatında tə’yin edici
amillərdəndir. İnsanın dünyaya baxışı, həyatda öz yerini
müəyyənləşdirməsi olduqca zəruridir. Ona görə də dünyaya
müxtəlif baxışlar və bu baxışların insana tə’siri haqqında
danışacağıq: