120
məftunluq və cəhaləti tanımaqda daimi səhvlər səbəbindən
haqqı inkar edir və inad göstərərək, elm əldə etməkdə
təkəbbür nümayiş etdirir.”
Deyilənlərdən
axirətin
əhəmiyyəti, dünyanın
axirətlə
sonuclanan bir yol olduğu aydınlaşdı. Bildik ki, əbədi həyata,
əsil məqsədə çatmaq üçün bu yoldan keçmək zəruridir.
Dünyanın son məqsəd olduğunu düşünsək böyük səhv etmiş
olarıq. Bu halda əsil məqsədə çatmaq üçün işlədiləsi qüvvə elə
yoldaca hədərə gedər.
Azca diqqət edib, düşünən insan anlayasıdır ki, onun həqiqi
həyat kimi qəbul etdiyi dünya həyatı əbədi axirət dünyası ilə
müqayisədə sadəcə bir yoldur. Dünyanın axirətə gedən yol
olduğuna inansaq, minlərlə sual doğuran bir sualla qarşılaşarıq:
Axirət səadətinə çatmaq üçün dünya həyatını necə yaşamalıyıq?
Qısa dünya həyatı yolunda o qədər dolaşıq problemlər var ki,
alimlər əsrlər boyu tər axıtsalar da, bu problemləri sonadək həll
edə
bilməmişlər. Əgər
göz
qarşısında
olan
dünya
problemlərinin həlli bir bu qədər çətindirsə, ağıl işləməyən
axirət problemlərini necə həll etmək olar?! Axirət dünyası
maddi dünyamızdan çox-çox genişdirsə, demək onun
problemləri də bir o qədər böyükdür. Bəs bu problemləri necə
həll edib, axirət səadətinə qovuşmaq olar? Bu sual ümumi oldu.
Amma eyni dərəcədə əhəmiyyət daşıyan digər çoxsaylı suallar
da vardır. Məsələn, dünya həyatında gözün, qulağın, dilin, əlin,
ayağın vəzifəsi nədir? İnsanın ata-ana, ailə-övlad, cəmiyyət
qarşısında hansı vəzifələri var? Əbədi səadətə çatmaq istəyən
insan bütün bu suallara cavab tapmalı, öz ömrünü nizamlı
şəkildə yaşamalıdır. İndi uyğun məsələləri araşdıraq.
Dostları ilə paylaş: