Валидейнляримин язиз хатирясиня


Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 2 Mb.
səhifə15/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   11   12   13   14   15   16   17   18   ...   73
tikinti-smeta

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tikinti-iqtisad fakültəsi
İnşaatın iqtisadiyyatı kafedrası
Fənnin adı: Tikintidə smeta işi.


Mövzu: Smeta dəyərinə daxil edilən əlavə xərclərin hesablanmsı metodikası


Məruzəçi: Eyniyev T.T.


MÜHAZİRƏNİN PLANI
1. Material xərcləri üzrə əlavə xərclərin hesablanma

2. Maşın mexanizmlərin istismar xərclıəri üzrə əlavə xərclərin hesablanmsı
3. Tikintidə üstəlik xərclər üzrə əlavə xərclərin hesablanması
4. Tikintidə plan yığımı üzrə əlavə xərclərin hesablanması.
ƏDƏBİYYAT
1.Eyniye T.T, “Tikintidə smeta işi” Bakı 2003,
2.Fokin M.A «Smetnaə stoimostğ v stroitelğstve» M 1989.
2.Eyniyev T.T, Qeybullayev Q.R, Məmmədov M.A “Tikintinin iqqtisadiyyatı və idarə edilməsi” Bakı 2001
Fakültə Elmi-metodiki
şurasında təsdiq olunmuşdur.


Bakı-2010 005
1. Material xərcləri üzrə əlavə xərclərin hesablanma

Məlum olduğu kimi, tikinti sahəsi daha çox material tutumuna, yüklərin daşınması dövriyyəsinə və s. görə başqa sahələrdən əsaslı surətdə fərqlənir. Odur ki, tikinti-quraşdırma işlrinin smeta dəyərinin daha çox hissəsi tikinti materialları xərjinin payına düşür. Bu halda, material xərjinin düzgün hesablanılması və bu xərjlər üzrə yaranan əlavə xərjlərin hərtərəfli əsaslandırılması və nəzərə alınması böyük əhəmiyyət kəsb edir.


Tikinti bazarının ümumi vəziyyətini əks etdirən ən vajib amillərdən biri, tikinti materiallarının qiymətləri və onların dinamikasını xarakterizə edən göstərijilərdir. Tikinti materialları bazarındakı durumu əks etdirən əsas göstəriji olan qiymət, tikinti materialları istehsalının həjminə, bazarda mövjud olan tələb və təklifin həjminə, əmtəə (material) ehtiyatlarının dəyişməsinə və investisiyaların istiqamətlərinin müəyyən edilməsinə bilavasitə təsir göstərir.
Son dövrlərdə hazırda tikintiyə bir çox şəbəkələrdən, kommersiya və satış təşkilatlarından, tijarət evlərindən və s. tikinti materialları daxil olur və ya alınır.
Bununla əlaqədar olaraq, son dövrlərdə tikinti materiallarının pərakəndə satış qiymətinin tempi artaraq, sənaye məhsullarının qiymətinin orta artım tempini xeyli qabaqlamışdır.
Tikinti materiallarının pərakəndə satış qiymətlərinin digər sənaye məhsullarının qiymətlərinə nisbətən sürətlə artması tikinti sahəsində qiymətlərin (tariflərin səviyyəsinin nisbətən yüksək olması ilə digr tərəfdən isə bazarda qıtlıq yaradılması imkanların yüksək olması hesabına da qiymətlərin belə bir səviyyədə saxlanılması ilə izah olunur.
Materialların qiymətinin sürətlə dəyişilməsini xarakterizə etmək üçün bazarda rəqabətin vəziyyətini, qiymətin səviyyəsinə təsir edən amillərin kompleks surətdə təhlil etmək lazımdır. Bütün qeyd edilənləri nəzərə alaraq, tikinti materiallarının qiymətini tam hesablamaq üçün, material xərjləri üzrə yaranan əlavə xərjlərin düzgün nəzərə alınması və hesablanılması əsas şərtlərdən biri olub, dövrlər üzrə materialların qiymətini dəyişilməsi tempinin hesablanması zəruri hesab olunur. Bu halda 1991-ji il bazis qiymətlərinə nisbətən material, məlumat və kontsruksiyaların faktiki qiymətlərinin dəyişmə faizi aşağıdakı düstürla hesablanır:
(7.1)

Fmat və Smat – uyğun olaraq, material, məmulat və konstruksiyaların faktiki və smeta üzrə qiymətləridir. Tikinti materiallarının qiymətinə ən çox təsir edən amillərdən biri nəqliyyat xərjidir. Odur ki, tikintidə yüklərin daşınmasında nəqliyyat növünün düzgün seçilməsi, optimal nəqliyyat sxemindən istifadə olunması və mümkün dairəsində yüklərin daşınmasının mərkəzləşdirilməsidir.


Bu halda nəqliyyat xərjinin dəyişilməsinin və nəqliyyat xərji üzrə əlavə xərjlərin düzgün hesablanılması əsas şərtlərdən biridir. Beləliklə, nəqliyyat xərjinin 1991-ji il bazis qiymtlərinə nisbətən faktiki tarif qiymətinin dəyişməsinin artım faizini aşağıdakı düsturla hesablamaq olar.

Dnəql. (7.2)


dy və ay – hər bir faiz dəyişməyə görə müvafiq olaraq dəmir yolu və avtomobil yükdaşıma xərjləri artımının miqdarı olub, bazis qiymətlərində (1991-ji il) nəqliyyat xərjlərinin tikinti quraşdırma işlərinin tərkibindəki xüsusi çəkisidir. Bu göstərijilər gətirilmə, yerli materiallar, santexnika və elektroquraşdırma işləri üçün materiallara görə 7.1 jədvəldən istifadə etməklə təyin olunur.


Tdc və Tavt – müvafiq olaraq dəmir yolu və avtomobil yükdaşıma tariflərin artım əmsalı olub, müvafiq olaraq Respublika Dəmir yolu və Avtomobil Nəqliyyatı Nazirliklərinin arayışları əsasında qəbul edilir.
Misal: Mənzil tikintisində nəqliyyat xərjləri orta artım faizini təyin edək. Fərz edək ki, müvafiq məlumatlara görə nəqliyyat üzrə tarif dəyişmələri aşağıdakı kimidir:
Tdc=204 (dəfə) Tavt=115 (dəfə)
Bu halda mənzil tikintisinə müvafiq yerli, gətirilmə, santexniki və elektroquraşdırma işləri üzrə dc və ay xüsusi çəkilərini 7.1 jədvəldən götürməklə hesabat aparırıq:


dy=1,952226+2,182293+0,195509+0,237964=4,5679
ay=2,928339+1,454863+0,13034+0,128134=4,6416
Dnəql= və ya 157,45 dəfə hesabatları aşağıdakı jədvəl 7.2 şəklində də yerinə yetirmək olar.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin