Валидейнляримин язиз хатирясиня


Jədvəl 7.12 Plan yığımı xərjləri artımının hesabatı



Yüklə 2 Mb.
səhifə21/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   17   18   19   20   21   22   23   24   ...   73
tikinti-smeta

Jədvəl 7.12

Plan yığımı xərjləri artımının hesabatı







Xərjlərin adları

Hər bir faiz dəyişməyə görə artımın miqdarı

Xərjlərin dəyişmə faizləri

Əlavə xərjlərin ümumi artımı (süt.3x süt4.)

1

2

3

4

5

1

Büdjəyə ödənişlər

0,1533







2

Gəlirdən ödənilən və istehlak

0,2612

də




3

Sosial-mədəni və mənzil tikintisi fondu

0,1086

7-13-jəd.
5-ji süt jəmi




4

İstehsalatın inkişaf fondu

0,0563

Həmin jəd. 7-ji süt




5

Xüsusi dövriyyə vəsaitlərinin artım normativləri

0,2969

Həmin jəd. 9-ju süt




6

Bank kredit faizlərinə görə ödənişlər

0,0706

-




7

Həmkarlar təşkilatlarına ayrılan binaların saxlanmasına yönəldilən xərjlər

0,0004

də




8

Vahid elm və texnika fondunun yaradılmasına ayrılan xərjlər

0,0035

7-13-jəd.
11-ji süt jəmi




9

Kadrların hazırlanmasına və ixtisaslarının artırılmasına ayrılan xərjlər (maddi dəyərə daxil olan xərjlərdən başqa)

0,0026

də




10

Sosial sahə obyektləriinn saxlanmasına ayrılan xərjlər

0,0466

7-13-jəd.
4-jü qrafasına əsasən təyin olunur







Jəmi:

1,0000








Jədvəl 7.13
Plan yığımı tərkibinin dəyişmə faizinin hesabatı



Sıra №-si

Xərjlərin struktur tərkibi

Xərjlərin dəyişmə faizləri

Sosial mədəni və manzil tikintisi fondu (s.3xs.4)

İstehsalatın inkişaf fondu
(s.3xs.6)

Dövriyyə vasitələrinin artım normativləri
(s.3xs.8)

Vahid elm və texnika fondunun yaradılması (s.3xs.10)













Əmək haqqı

də.h.

0,1500




0,1100




0,0000




0,8000





Maşın və mexa-nizmlərin istismarı

dm.m.

0,0400




0,0500




0,0000




0,0000





Materiallar

dmat.

0,6885




0,7140




1,0000




0,2000





Nəqliyyatlar

dnəql.

0,1215




0,1260




0,0000




0,0000







Jəmi:




1,0000




1,0000




1,0000




1,0000




d – 1991-ji il bazis qiymətlərinə nisbətən faktiki əmək haqqı sərfinin artım faizi olub, aşağıdakı düstur ilə təyin edilir:


(7.38)

Fə.h. və Sə. – müvafiq olaraq, faktiki və smeta üzrə əsas əmək haqqının miqdarıdır.


Maya dəyərə daxil olan – d mm. – 1991-ji il bazis qiymətlərinə nisbətən faktiki maşın və mexanizmlərin istismarı xərjlərinin artım faizi olub, aşağıdakı kimi təyin edilir:
(7.39)

Fmm və Smm – müvafiq olaraq, faktiki və smeta üzrə maşın və mexanizmlərin istismarı xərjlərinin ümumi miqdarıdır.


dmat. – 1991-ji il bazis qiymətlərinə nisbətən material, məmulat və konstruksiyaların faktiki qiymətlərinin artım faizi olub, aşağıdakı kimi təyin edilir.


(7.40)

Fmat və Smat müvafiq olaraq, hər bir tikinti işləri üzrə material, məmulat və kontsruksiyaların faktiki və smeta üzrə dəyərlərinin jəmidir.


Fəh – əvvələr verilmiş qaydaya əsasən təyin edilə bilər.


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tikinti-iqtisad fakültəsi
İnşaatın iqtisadiyyatı kafedrası
Fənnin adı: Tikintidə smeta işi.


Mövzu: Tikinti məhsulunun smeta qiymətinin təyin edilməsində smeta-normativ bazanın təkmilləşdirilməsi yolları
Məruzəçi: Eyniyev T.T.


MÜHAZİRƏNİN PLANI


1. Tikinti məhsulunun qiymətinin təyin olunması üzrə metodiki yanaşmalar

2. Müasir şəraitdə tikintidə smeta qiymətinin formalaşması xüsusiyyəti


3 .Tikintidə qiymətin formalaşmasında podrat sövdələşmələtin (torqların) rolu
4. Tikintidə smeta-normativ bazanın təkmilləşdirilməsi istiqamətləri
ƏDƏBİYYAT
1.Eyniye T.T, “Tikintidə smeta işi” Bakı 2003,
2.Fokin M.A «Smetnaə stoimostğ v stroitelğstve» M 1989.
3.Eyniyev T.T, Qeybullayev Q.R, Məmmədov M.A “Tikintinin iqqtisadiyyatı və idarə edilməsi” Bakı 2001
Fakültə Elmi-metodiki
şurasında təsdiq olunmuşdur.
Bakı-2010 005


1.Tikinti məhsulunun qiymətinin təyin olunması üzrə metodiki yanaşmalar


Tikinti məhsulunun qiymətinin və tikinti-quraşdırma işlərinin dəyərinin təyin edilməsində üç yanaşma halı mümkündür: xərjlərlə müəyyən edilən qiymətin minimum səviyyəsi; sorğu ilə müəyyən ediən qiymətin maksimum səviyyəsi və qiymətin mümkün olan optimal səviyyəsi. Daha əyani olaraq həmin yanaşmalar şəkil 8.1.-də göstərilmişdir.





Qiymətin minimum səviyyəsi

Real qiymətləri nəzərə alan mümkün olan optimal qiymətlərin səviyyəsi

Qiymətin maksimum səviyyəsi

Bu yanaşma üzrə gəlir əldə etmək mümkün deyildir

Tikinti məhsulunun (tikinti-quraşdırma işlərinin) maya dəyəri

Rəqiblərin qiyməti

Tikinti məhsulunun layiqliyi

Tələbatın formalaşması, bu yanaşma nətijəsində mümkün deyildir

Şəkil 8.1 Qiymətlərin müəyyən edilməsi üzrə əsas yanaşmalar

Qeyd edildiyi kimi qiymətin hesablanması üzrə bir neçə əsas üsullar mövjuddur və hər bir podrat firmasında (tikinti təşkilatında) heç olmazsa onlardan birinin nəzərə alınmasına meyl göstərirlər.


«Xərjlər üstəgəl (əldə edilmiş) gəlir» üsulu. Bu üsul sadə və daha geniş yayılmış üsuldur. Podrat firması tərəfindən əlavə edilmiş artırılmış (əlavə) məbləğin (qiyməti) həjmi hər bir iş növü üçün standart ola bilər, həmçinin iş növləri, məhsulun vahidinin dəyəri və s. üzrə fərqli də ola bilər. Anjaq, standart artırılmış məbləğ (qiymət) hər hansı bir konkret halda tələbat və rəqabətin xüsusiyyətlərini nəzərə almağa yaramır. Bu halda optimal qiyməti də müəyyən etməyə imkan yaranmır. Odur ki, göstərilən metodika olduqja daha geniş yayılmışdır.
Bu əsasən üç səbəblə izah edilir: birinjisi, potensial podratçılar sifarişçinin sorğusunu və rəqiblərin qiymətini nə qədər diqqətlə öyrənsələr də bu halda xərjləri daha yaxşı bilirlər. Ona görə də xərjlərin əsasında qiymətləri təyin edərkən onlar sorğunun enib-qalxması (artıb-azalması) ilə əlaqədar olaraq qiymətlərə yenidən baxmağa borjlu deyillər.
İkinjisi, podratçı və sifarişçiyə olan münasibətə görə bu ən doğru (real) üsul kimi qəbul edilmişdir.
Üçünjüsü, həmin üsul qiymət rəqabətini aşağı salır. Belə ki, tikinti sahəsinin bütün firmaları qiymətləri eyni prinsip əsasında «orta xərjlər üstəgəl (plyus) gəlir» üzrə hesablayırlar. Ona görə də onların qiymət səviyyələri bir-birinə çox yaxşıdır.
Tələbata yönəldilmiş üsul da xərjlər əsasında qurulur və məqsədli gəlirin alınmasına əsaslanır. Bu halda qiymət arzu olunan gəlirin həjmindən çıxış edərək podrat firması tərəfindən təyin edilir. Bu üsul praktiki olaraq sorğuya əsaslanır. Belə ki, müəyyən edilmiş qiymətdə gəlirin həjmi tikinti-quraşdırma işləriinn həjmi ilə müəyyən edilir.
«Rəqiblərə yönəldilmiş» üsul: bu üsulda podrat firması əsasən rəqiblərin göstərijilərindən uzaqlaşır, qiymət isə jari qiymətlərin mövjud səviyyəsini nəzərə almaqla təyin edilir, xüsusi xərjlərin və ya tələbatın göstərijilərinə daha az diqqət yetirilir. Əgər tələbatın elastikliyi ölçüyə çətinliklə davam gətirirsə, onda bazarda mövjud olan və firma tərəfindən qəbul edilən jari qiymətlərin səviyyəsi ədalətli gəlir normasını almaq üçün təminatdır. Bundan başqa, onlar belə qiymətlər səviyyəsinə tərəfdar olmaqla bazarda nomal tarazlığın saxlanılmasını təmin edir.
«Sınaq (nümunəvi) satış» üsulu. Tikinti məhsulunun, tikinti-quraşdırma işləri və xidmətlərinin «satışının» kəmiyyəti üzrə qiymətinin realizə edilməsində daha səmərəli üsul hesab edilir. Bazar haqqında lazımi informasiyanın qeyri-mövjudluğu hallarında bu üsuldan istifadə edirlər. Tikinti məhsulu çərçivəsində sınaq (nümunəvi) satışları ilk növbədə tikinti materialları və məmulatları üçün istifadə oluna bilər.
Yeni tikinti materiallarına, tikinti məhsulunun yeni növlərinə, yeni mallara (əmtəələrə) qoyulan qiymətlərin təyin edilməsi üsulu. Yeni tikinti malları üzrə bir çox ölkələrin bazar qiymət qoyma praktikası əsasında qiymətlərin qoyulması üçün bir neçə üsullar işləyib hazırlamışlar. Bazara yeni malın (əmtəənin) buraxılmasında müəssisə və ya firma bir qayda olaraq aşağdakı strategiyalardan birini seçir.
«Qaymağın (bir şeyin ən yaxşı hissəsi) yığılması» qiyməti. Bazarda yeni tikinti malının hazırlanması və meydana çıxarılmasının ilk başlanğıjından yüksək qiymətə həmin malı ala bilməyə hazır olan alıjını nəzərə almaqla ona maksimum yüksək qiymət təyin edirlər. Bu satışın sahəsini genişləndirməyə – yeni alıjıları (müştəriləri) jəlb etməyə imkan verir. Bu üsul bir sıra aşağıdakı üstünlüklərə malikdir:

  • qiymətlərdə olan səhvlərin asanlıqla yenidən düzəldilməsinə imkan verir. Belə ki, alıjılar (müştərilər) qiymətlərin aşağı salınmasına daha çox meyllidirlər, nəinki onun artırılmasına;

  • malın (əmtəənin) buraxılışının ilk dövründə nisbətən yüksək xərjlərdə yüksək qiymət lazımi qədər böyük ölçüdə gəliri təmin edir;

  • alıjılıq tələbatının saxlanılmasına imkan verir və müəyyən məqsədə malikdir belə ki, daha aşağı qiymətlərdə müəssisə (firma) özünün istehsal imkanlarının məhdudluğu ilə əlaqədar olaraq bazarın tələbatını təmin edə bilməzdi;

  • yüksək ilkin qiymət alıjılar (müştərilər) arasında keyfiyyətli mal nüfuzunun yaranmasına imkan yaradır.

  • sonradan qiymətin aşağı salınmasında satışı asanlaşdıra bilər;

  • malın nüfuzunun olması halında yüksək qiymət tələbatın artmasına imkan yaradır.

Qiymət qoymanın bu jür strategiyasının əsas qüsuru ondan ibarətdir ki, yüksək qiymət rəqibləri jəlb edir. Ona görə də «qaymağın yığılmasına» qiymətini rəqabətin müəyyən məhdudiyyətində müvəffəqiyyətlə istifadə etmək olar. Müvəffəqiyyət üçün lazımi qədər tələbat olajaqdır.
Bazara daxil olma (tətbiq etmə) qiyməti. Podrat firması, tikinti sənayesi müəssisəsi bazarında rəqiblərinin buna oxşar mal və xidmətlərinə nisbətən olduqja daha aşağı qiyməti təyin edirlər. Bu da maksimum miqdarda alıjıların (müştərilərin) jəlb edilməsinə və bazarın ələ alınmasına imkan yaradır. Belə strategiya istehsalın daha iri həjmində olan halda mümkündür. Bu strategiya ilk növbədə çoxlu miqdarda maliyyə xərjləri tələb edir.
Böyük maliyyə imkanlarına malik olmayan kiçik və orta müəssisələr, tikinti podrat firmaları üçün bazara daxil olma qiymətini demək olar ki, qəbul edilməz (əlverişsiz) hesab edir. Qeyd edilən qiymət strategiyası elastiki tələbatda, həmçinin, əgər istehsalın həjminin artımı xərjlərinin aşağı salınmasını təmin edən halda səmərə verir.
Güzəştlərlə qiymətlərin təyin edilməsi üsulu. Müəyyən fəaliyyətlərinə görə alıjıların (müştərilərin) mükfatlandırılması xüsusiyyətində bir çox podrat firmaları özlərinin ilkin qitymətlərini dəyişdirməyə hazır olurlar. Sadalanan üsullardan birini seçərək qiymətin hesablanmasına başlamaq olar. Bununla bərabər qeyd etmək lazımdır ki, hesablama əlbəttə bütün amilləri nəzərə ala bilməz. Tikinti məhsulunun istehlakçılarının qiymətləri psixoloci jəhətdən nejə dərk etmələrini nəzərə alaraq hesablamaq vajibdir. Məsələn, bir çox sifarişçi və istehlakçılar (müştərilər) qiymətin keyfiyyət göstəriji olduğunu hesab edirlər. Bir çox hallar məlumdur ki, qiymətlərin artması ilə əlaqədar olaraq satış həjmi də artmışdır.
Müqavilə qiyməti üzrə sifarişçi ilə danışıqların aparılmasında podratçı öz şəxsi güjləri ilə yerinə yetirilən tikinti işlərindən başqa xüsusi işlərin də dəyərini nəzərə almasıdır. Həmin xüsusi işlərin yerinə yetirilməsi üçün podratçı subpodratçı firmaları dəvət etməlidir. Həmçiinn, tikinti xidməti və malları bazarından podratçı tərəfindən alınan tikinti materialları və məmulatlarının da dəyərini nəzərə almalıdır. Bununla əlaqədar olaraq, qiymətlərin təsnifləşdirilməsi məsələsi irəli çıxır. Bura tikinti konstruksiyaları və tikinti materialları şəklində olan tikinti məhsulları da daxil edilir. Həmçinin tikinti məhsulunun qiymətlərinə tikinti-quraşdırma işləri şəkilində daxil edilir.
Kütləvi mallar – tikinti materialları və məmulatları bir qayda olaraq topdan satış qiymətləri üzrə satılırlar. İstehsalçı müəssisə bir qayda olaraq həmin qiymətləri öz şəraitinə uyğun olaraq təyin edir. Həmin qiymətlər müəssisənin sonrakı təsərrüfat fəaliyyətini təmin etməlidir. Başqa sözlə desək, müəssisə məhsulunu realizə edərkən (satarkən) ən azı istehsal xərjlərini çıxarmalıdır. Elə bir gəlir ölçüsü əldə etməlidir ki, bazar şəraitində müəssisənin mövjud olmasına (işini davam etdirməyə) imkan versin. Anjaq, bu məsələdə müəssisəyə zəmanət heç kim verə bilməz.
Belə ki, müəssisənin fəaliyyətinin kommersiya (tijarət) fəaliyyəti bir çox bazar amillərindən asılıdır. Həmin amilləri qabaqjadan bilmək və ya onu nəzərə almaq mürəkkəb işdir. Bu halda müəssisənin fəaliyyətinin son iqtisadi nətijəsi müsbət (gəlirlə) və ya mənfi də (zərər) ola bilər. Bu halda müəssisənin topdan satış qiyməti istehsala olan tələbatla ifadə edilir və onunla sıx əlaqədar olur. Müəssisənin topdan satış qiymətinin müxtəlif növlərindən biri transfert qiyməti hesab edilir. Həmin qiymət eyni firmanın bölmələri arasında aparılan kommersiya (tijarət) əməliyyatlarının yerinə yetirilməsində tətbiq edilir. Belə qiymətlərdən istifadə olunması bazarda firmanın rəqabət qabiliyyətinə əhəmiyyətli dərəjədə təsir göstərə bilər. Belə ki, «qız» müəssisələr tərəfindən tədarük edilən materiallara olan qiymətlərin aşağı salınması yolu ilə əsas müəssisə üzrə malların rəqabət qabiliyyətini qaldırmaq olar.
Tikinti materialı və məmulatlarının birca qiymətinində, birca qiymətinin təyinini nəzərə almaqla müəssisənin topdan satış qiyməti əsasında əmtəənin xüsusiyyətindən, birca müqaviləsi (kontraktı) əsasında qabaqjadan nəzərə alınan tədarük yeri məsafəsindən asılı olaraq təşkil edilir.
Pərakəndə qiymətlər – bu elə qiymətlərdir ki, əmtəələr əhaliyə, müəssisələrə və təşkilatlara pəakəndə tijarət şəbəkəsilə satılır. Pərakəndə qiymətlərin müxtəlif növlərindən biri hərraj qiymətləri hesab edilir.
Hərraj qiyməti, hərrajda satılan əmtəənin (malın) qiyməti ilə xarakterizə olunur. Həmin qiymət bazar qiymətlərindən əhəmiyyətli dərəjədə fərqlənə bilər. Ona görə ki, o, əmtəənin nadir xüsusiyyəti və əlamətlərini əks etdirə bilir, hərrajı aparan şəxsin ustalığından əhəmiyyətli dərəjədə asılı olur. Nəhayət, əmtəənin alıjıya verilməsi yerindən yəni «franko» növündən (şəklindən) asılı olaraq qiymətlərin təsnifatından asılıdır. («franko» termini əmtəənin verilməsi yerini göstərir).
Franko-vaqon stansiyası göndərilmələri. Həmin qiymətlərin təyin edilməsində əmtəə alıjıya özünün bütün qaydaları ilə onun istehsalı yerində verilir.
Alıjı məhsulun təyin edildiyi yerə daşınması üzrə bütün xərjləri ödəyir. Bu metodun qüsuru ondan ibarətdir ki, bu uzaqda olan müştərilər üçün daha xeyirli hesab olunmur. Bu qiymətin xüsusi halı belədir. «Franko - nəqliyyat vasitələri tədarükçünün anbarında» yəni malın istehsal olduğu yerdən onu nəqliyyata yükləməklə alıjıya çatdırılmasıdır.
Belə üsul kütləvi tikinti materialları, yerli xammal və materiallar (qum, daş, kərpij, beton, çınqıl və s.) üçün aktualdır. Bunlar istehsalatda böyük miqdarda tədarük olunurlar və bir qayda olaraq ümumi halda avtomobil nəqliyyatı vasitəsilə çox da böyük olmayan məsafələrə daşınırlar.
Franko-vaqon stansiyası təyinatlı. Bu əvvəlki variantın tamamilə əksidir. Bu halda firma müştərinin uzaqlığından asılı olmayaraq nəqliyyat xərjlərinin məbləğini əlavə etməklə vahid qiyməti müəyyən edir. Daşınmaya olan ödəniş nəqliyyat xərjlərinin orta məbləğinə barəbərdir. Bu halda daha yaxınlıqda olan müştərilər (alıjılar) firmaya üstünlük verəjəklər. Ona görə ki, onlar üçün qiymətlər aşağı olajaqdır, nəinki uzaqda olan müştərilər üçün. Digər tərəfdən isə uzaqda olan sifarişçilərin jəlb edilməsi üçün daha artıq şans yaranajaqdır. Bu üsulda nisbi olaraq tətbiq olunması daha sadədir belə ki, geniş miqyasda vahid qiymətlərin tətbiqi üçün imkan verir.
Zona qiymətləri franko-vaqon stansiyası göndərmələri ilə franko-vaqon təyinatları metodları arasında orta bir qiymətdir. Bir zonanın hüdudunda yerləşən bütün sifarişçilər eyni halda ümumi qiyməti ödəyirlər. Ona görə də həmin şərtə əsasən alıjılar hər bir ayrıja (fərdi) qiymət zonasının hüdudunda heç bir qiymət üstünlüyü almırlar. Anjaq qiymət zonasının daxilində daha yaxın müştərilər (alıjılar) daha uzaqda olan müştərilərin nəqliyyat xərjlərinin müəyyən hissəsini ödəyəjəkdir. Bundan başqa, qiymət zonasının hüdudundan hər iki tərəfdə bir-birindən bir neçə kilometr aralıda sifarişçilər ola bilərlər və müxtəlif qiymətlərlə ödəyərlər.
Bazis nöqtəsinə görə qiymətlər istehsalçıya imkan verir ki, bazis nöqtəsi kimi bu və bu halda onlar bunu ya digər şəhəri seçə bilsin və bütün sifarişçilərdən həmin nöqtədən daşınma dəyərinə bərabər miqdarda nəqliyyat xəjlərini ala bilsin. Bu halda eyni vaxtda müəssisədən çox da uzaqda olmayan sifarişçilər üçün ümumi qiymətin artım ölçülərinə görə uzaqda olan sifarişçilər üçün son qiymət aşağı düşəjəkdir. Əgər, bütün satıjılar bazis nöqtəsi kimi eyni şəhəri seçəjəklərsə, onda daşınma üzrə xərjlər də daxil olmaqla qiymətlər bütün müştərilər üçün eyni jür olajaqdır və qiymət rəqabəti aradan qalxajaqdır. Çevikliyə nail olmaq üçün bir sıra firmalar bu gün bazis nöqtəsi kimi bir neçə şəhəri seçirlər. Bu halda nəqliyyat xərjləri yaxınlıqdakı sifarişçidən bazis məntəqəsindən olan sifarişçi üzrə hesablanır.
Daşınma tarifləri, dəmir yolu nəqliyyatı, avtomobil nəqliyyatı, çay və dəniz nəqliyyatı tarifləridir. Malın (əmtəənin) qiyməti istehsal xərjlərindən başqa dövriyyə xərjlərini, xüsusən də əmtəənin alıjıya çatdırılması xərjlərini də özünə daxil edir. Bəzi hallarda əmtəənin satış qiymətinin böyük bir hissəsini təşkil edə bilər. Bu özünü əsasən yerli tikinti materiallarının satışında əks etdirir.
Bazar münasibətləri şəraitində dövlətdən asılı olmayan yeni əlamətə malik olan sərbəst qiymətlərə keçid yaranır ki, bunlar aşağıdakılara ayrılır:
- Sərbəst qiymətlər – Bu dövlət orqanlarının hər hansı bir təsirindən asılı olmyaan, bazar şəraitinin (vəziyyətin) təsiri altında bazarda yaranan sərbəst qiymətlərdir. Dövlət həmin qiymətlərə (onların səviyyəsinə) anjaq, bazardakı şəraitin təsiri ilə qarışa bilər:
- Tənzimlənən qiymətlər. Bu qiymətlər sorğu və təkliflərin təsiri altında yaranırlar, lakin bu qiymətlər dövlət orqanlarının müəyyən təsirinə məruz qalırlar. Dövlət orqanları onların artımına və ya aşağı salınmasına birbaşa təsir göstərə bilər. Bu hər şeydən əvvəl dövlət, enerci daşıyıjıları, yanajaq və s. təsir göstərə bilir. Sərbəst qiymətlərin yaranmasında hər hansı bir halda ilkin qiymətləri satıjı deyil, məhsulu istehsal edən müəyyən edir.
- Tijarət (satış) qiymətin ölçüsü (güzəştlər, əlavələr) müəyyən qayda üzrə nizama salınır və 25%-dək təşkil edir. Anjaq, yerli hakimiyyət orqanlaı onu tənzimləyə bilərlər. Satış (tijarət) qiymətləriinn müəyyən qayda üzrə nizama salınması qiymətlərin əsassız olaraq artmasının qarşısının alınmasına yönəldilir.
- Tikinti məhsuluna (tikinti xidmətlərinə) olan qiymətlər. Tikinti sahəsində qiymət siyasəti əsasında sərbəst (müqavilə) qiymətləri qoyulur və həyata keçirilir. Sərbəst (müqavilə) qiymətlər sifarişçinin smeta sənədlərinin tərkibində müəyyən edilən və qabaqjadan nəzərdə tutlan dəyər əsasında yaranır.
Yaşayış-mülki təyintalı obyektlərin tikintisi eyni tipli layihələrə malik olan halda onların dəyəri qabaqjadan preyskurant qiymətlərindən istifadə etməklə müəyyən edilə bilər (1m2 yaşayış sahəsi, 1m2 faydalı sahə və s. üzrə). İstehsalat təyintalı obyektlər üçün isə, iriləşdirilmiş smeta normaları üzrə təyin edilir. Fərdi (şəxsi) xarakterli istehsalat obyektləri dəyərinin təyin olunmasında işin həjmi və vahid qiymət əsas kimi qəbul olunur.
Elə hallar mümkündür ki, tikinti firması mülkiyyət hüquqnda bilavasitə bazarda satışa çıxarmaq üçün obyektlər (hər şeydən çox yaşayış evləri, ofislər) tikir, belə obyektlər daşınmaz əmlak bazarında qurtamış tikinti obyekti olub, əmtəə kimi hesab olunur. Bu halda müqavilə qiyməti tətbiq olunmur, yəni vasitəçinin köməyindən istifadə etməklə bazar tələblərini nəzərə almaqla qiymət müəyyən oluna bilər, belə halda tikinti firması özü satışla məşğul olmur.
Qeyd etmək lazımdır ki, bizim fikrimizjə investor və podratçı arasında bağlanmış kontrakta (podrat müqavilə) əsasən üstəlik xərj və plan yığımının səviyyəsi mövjud şəraitdən asılı olaraq onların dəyişdirilməsi halı mümkün ola bilər.

Statistiki məlumatlar müxtəlif texniki sistemləri, həmçinin istehsalın təşkili və idarə edilməsi sisteminin etibarlılığının təyinində geniş istifadə edilir. Müxtəlif növ tikinti işlərinin faktiki surətdə davam etməsinin və tikintinin idarəetmə sisteminin etibarlılığının hesablanılmasında ehtiyat xərjləri haqqında statistik məlumatların tətbiq edilməsi hazırkı şəraitdə zəruri məsələ kimi qarşıda durur. Eyni zamanda tikinti istehsalının təşkilatı-texniki etibarlığını təmin etmək üçün müxtəlif statistik məlumatlardan istifadə etmək lazım gəlir.


Ayrı-ayrı tikinti obyektlərin smeta qiymətinin faktikidən kənarlaşması haqqında statistiki məlumatlar müxtəlif təşkilatlardan yığılır. Təəssüf ki, belə məlumatların yığılması, seçilməsi və təkmilləşdirilməsi məsələlərinə vahid metodoloci yanaşmanın olmaması, tikintinin smeta qiymətinin dəyişilmə səviyyəsinin qiymətəndirilməsində xeyli ziddiyyətlərə gətirib çıxarır. Bəzi təşkilatlarda smeta qiymətinin kənarlaşmasının miqdarını ilkin variatında müəyyən olunmuş smetaya nəzərən təyin edirlər. Aydındır ki, belə şərtlərlə smeta qiymətinin dəyişilməsi hesabatlarının nətijələri eyni olmyajaqdır.
Qeyd etməliyik ki, müxtəlif tikinti obyektlərinin smeta qiymətinin kənarlaşması haqqında uçot və təhlil layihə təşkilatlarının çoxunda lazımı səviyyədə aparılmamışdır. Tikintinin smeta qiymətinin dəyişməsi səbəblərinin təhlilinin ümumiləşdirilməsi və sistemləşdirilməsi nazirlik və idarələrin çoxunun ekspertiza orqanlarında demək olar ki, aparılmamışdır. Bunların hamısı tikintinin smeta qiymətiinn doğruluğunun təyini məsələsini çətinləşdirir və onun etibarlılığını azaldır.
Yuxarıda qeyd etdiklərimiz smeta qiymətinin kənarlaşmasına səbəb olan məlumatların yığılması və təhlili üçün xüsusi metodikanın işlənilməsini və bunların əsasında proqnoz qiymətlərinin formalaşmasının vajibliyini əsas məsələ kimi qarşıya qoyur. Belə məlumatarın ümumiləşdirilməsi və onların tikintinin smeta qiymətinin hesablanmasında istifadəsi onun doğruluğunun və sabitliyinin artırılmasına imkan yaradar.
Fikrimizjə, tikintinin smeta qiymətinin kənarlaşması həddinin təyin edilməsinə vahid metodoloci yanaşmanı müəyyən etmək məqsədə uyğundur. Bu məqsədlə aşağıdakı düsturdan istifadə etmək olar;

(8.1)


Sq – smeta qiymətinin kənarlaşmasının yuxarı həddi;


- yekun smeta üzrə smeta dəyərinin son (təkrar təsdiqlənən) həddi;
- texniki-işçi layihənin yekun smetası üzrə tikintinin smeta dəyərinin təyin edilən ilkin miqdarı.
Statistiki məlumatların təhlili üçün nisbi göstəriji olan K – göstərijisində əmsalından istifadə etmək daha əlverişlidir. K – göstəriji smeta qiymətinin nisbi dəyişməsini xarakterizə edir və smeta qiyməti səviyyəsindən asılı olmayaraq müxtəlif tikinti obyektləri üzrə məlumatların bilavasitə müqayisə edilməsinə imkan verir. Bu göstəriji aşağıdakı kimi təyin olunur:


(8.2)

Smeta qiymətinin faktiki kənarlaşmasını təhlil etmək üçün Azərbayjan Respublikası Dövlət Tikinti və Memarlıq Komitəsinin hesabat materiallarında müəyyən obyektlərin smeta dəyərinin kənarlaşmasını nəzərdən keçirək. Həmin məmulatlara əsasən 1998-2001-ji illərdə tikilən 12 müxtəlif xalq təsərrüfatı sahələrinə məxsus olan tikinti obyetkləri təhlil üçün müşahidə edilmişdir. Nətijədə smeta qiymətinin kənarlaşmasını xarakterizə edən materialların işlənməsi nətijəsində bütün 12 obyekt üzrə K – əmsalı hesablanmışdır. Onun dəyişməsi 1,08-dən 2,67-yə qədər həddə sərhəddə olmuşdur (həm də bu qiymətlərin qalxması və inflyasıyanın səviyasinı nəzərə almalıdır).


Nəzərdə tutulmayan işlərə və xərjlərə smetada elmi əsaslandırılmış ehtiyat vəsaitlərinin müəyyən edilməsi mürəkkəb məsələdir və tikintinin smeta qiymətinin kənarlaşmasına təsir göstərən çoxsaylı amilləri nəzərə almaqla bu məsələnin də həlli zəruridir.
Aşağıdakı jədvəldə 8.5-də tədqiq edilən 12 tikinti obyekti üzrə smeta qiymətinin kənarlaşması səviyyəsi göstərilir.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin