Валидейнляримин язиз хатирясиня


Tikintidə smeta-normativ bazanın təkmilləşdirilməsi istiqamətləri



Yüklə 2 Mb.
səhifə27/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   23   24   25   26   27   28   29   30   ...   73
tikinti-smeta

4.Tikintidə smeta-normativ bazanın təkmilləşdirilməsi istiqamətləri


Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq tikintidə qiymətin əmələ gəlməsi sistemində və tikinti-investisiya layihələrinin dəyərinin qiymətləndirilməsində əsaslı surətdə dəyişiliklər baş vermişdir. Bu bir çox səbəblərlə və amillərlə əlaqədar olmuşdur ki, bunlara əsasən aşağdakılar daxil etmək olar:
-investisiya layihələrinin maliyyələşmə mənbələrində olan dəyişiklik, yəni üstünlük mərkəzləşmiş maliyyələşmədən, büdjədənkənar investisiyanın maliyyələşməsi prinsipinə keçilməsi;
-mülkmyyəi formalarında olan dəyişiklik, investisiya prosesi iştirakçılarının funksiyalarının dəyişməsi və tədrijən bazar iqtisadiyyatnın tələblərinə keçilməsi;
-müqavilə qiyməti əsasında sifarişçi və podratçı arasında qarşılıqlı əlaqələrin və yeni formaların yaranması;
-tikinti obyektlərinin smeta dəyərinin investor smetası tərkibində və tender təklifləri əsasında layihə qabağı mərhələdə təyin olunması;
-tikinti-investisiya layihələrinin dəyərinin bütün həyat tsikli mərhələlərində qiymətləndirilməsi yəni, onun layihə qabağı mərhələsindən başlamış layihənin həyata keçməsinə qədər;
-tikinti quruşdırma işlərinin maya dəyərinin qiymətləndirilməsi üsullarında yeni formaların yaranması;
-tikintinin dəyərinin təyin olunması xüsusiyyəti dövlət, sahə, bələdiyyə və digər təyinatlı obyektlər üzrə işlərin yerinə yetirilməsinə görə hesablanmalar;
-investisiya layihələrinin növlərindən və onların maliyyələşmə mənbələrindən asılı olaraq üstəlik xərjlərin, smeta gəçlirinin və sair xərjlərin normalaşdırılması və s.
Müasir şəraitdə qiymətin əmələ gəlməsi sistemi və investisiya layihələrinin dəyərinin təyin olunması dövlət, sahə və yekun normativ-hüququ, metodiki və digər qüvvədə olan sənədlərə əsasən yerinə yetirilir (tənzim olunur). Qeyd etmək lazımdır ki, dövlət səviyyəsində tikintinin dəyərinin təyin olunması qaydası və ardıjıllığı TNvəQ11.01.95; SQ11.101.95 smeta normalarına əsasən yerinə yetirilir. Bunlar üçün normativ baza TN və Q-84 və TN və Q-91 hesab olunur. Qeyd etmək lazımdır ki, ərazi (zonalar) üzrə normativ sənədlərin işlənməsi və tikintinin dəyərinin elementləri üzrə normativlərin yaradılması məqsədəuyğun hesab olunur. Nəzərə almaq lazımdır ki, 1991-ji ildən və sonrakı illərin normativ bazasından istifadə etdikdə infilasiyanı nəzərə almaq şərtilə jari qiymətləri hesablayan zaman indekslərin tətbiqini nəzərə alaraq bazis – indeks üsulundan istifadə edilir. 1984 – jü il və sonrakı illəri smeta – normativ bazası limit smeta normasına (ESN) əsaslanıb. Bütün növ resursların tələbatını və dəyərini nəzərdə tutur ki, bu da smeta üzrə əmək sərfini, maşın tutumunu və material resurslarına olan tələbatı hesablamağla imkan verir və resursların jari qiymətlərindən istifadə etməklə düzünə xərjlərin resurs üsulu ilə təyin olunmasını təmin edir.
Müəyyən şəraitdən asılı olaraq, smeta sənədlərinin işlənilməsində bazis- indeks və ya resurs üsulları tətbiq olunur. Büdjədən maliyyələşən obyektlər üzrə əsasən bazis – indeks üsulundan istifadə edilir. Qeyri büdjədən maliyyələşən obyektlər üzrə çoxları tikintinin dəyərinin təyin olunmasında resurs üsuluna daha çox üstünlük verirlər. Bu halda resurs üsulunun əhəmiyyəti ondadır ki, müəyyən layihələrin yaradılması xariji kompaniyaların iştirakı ilə əlaqədar olur ki, bu da dəyər göstərişlərinin qiymətləndirilməsinin dəqiqliyini və etibarlığını artırır.
Müqavilə (kontrakt) bağlanıldıqdan sonra istifadə edilən 1991-ji il və sonrakı illərdəki smet-normativ bazası sifarişçi ilə podratçı arasında yerinə yetirilmiş işlərə görə hesablanmalar podratçı tərəfindən yerinə yetirilən işlərin plan maya dəyərinin (faktıkı) qiymətləndirilməsi üçün istifadə oluna bilməz. Bunun üçün real tikinti şəraitini nəzərə alaraq, məqsədə uyğun şəkildə istehsalat üzrə əmək sərfi normasından, maşın tutumu və material resurslarına olan tələbatdan istifadə etmək lazımdır. Bu halda, düzünə xərjin elementləri layihənin tikintidən və maliyyələşmə mənbələrindən asılı olaraq, jarı qiymətlər səviyyəsində ( milli pulla və ya xariji valyuta ilə ) hesablanır.
Bundan başqa, layihələrin tiplərindən və maliyyələşmə mənbələrindən asılı olaraq üstəlik xərjlərin, smeta gəlirin və sair xərjlərin müxtəlif hesablama mexanizmindən istifadə edilir. Büdjədən maliyyələşən layihələr üçün bu xərjlər uyğun olaraq dövlət, region və sahə üzrə normativ sənədlərlə normalaşdırılır. Büdjədən maliyyələşməyən layihələr üçün bu xərjlər konkret şəraitdən, investorların tələblərindən və layihələrin sifarişçilərindən asılı olaraq müəyyən edilir.
Müasir şəraitdə investisiya layihələrinin dəyərinin qiymətləndirilməsi, təkjə layihə-smeta sənədlərinin tərkibində yox, həmçinin layihə qabağı mərhələdə yeinə yetirilməlidir. Layihənin mürəkkəbliyindən və onun realizasiyası şərtlərindən asılı olaraq, dəyərin qiymətləndirilmiəsi, investisiyanın əsaslandırılması tərkibində iriləşdirilmiş məmulatlar, tikintinin texniki-iqtisadi əsaslandırılması, işçi layihələrə və ya işçi sənədlərinə əsaəsn yerinə yetirilə bilər.
Belə hesabatların aparılması element üçün smeta normativ baza və iriləşdirilmiş iş növləri üçün normativ tələbatın işlənilməsi və onların oxşar obyektlər üzrə jari qiymətlərlə qiymətləndirilməsidir.
Bina tikənlər, sifarişçilər və investor layihələri üçün elə smeta normativ bazası lazımdır ki, o invsetisiyanın əsaslandırılmasının formalaşması keyfiyyətini, biznes-planları, investor smetaları, yerinə yetirilmiş işlərə görə qarşılıqlı hesablaşma üzrə sənədləri və s. təmin etmiş olsun. Podratçıya smeta layihələri və istehsal normativ bazası ona görə lazımdır ki, podrat torqlarda (sövdələşmələrdə), kontraktların bağlanmasının əsaslandırılmasında yerinə yetirilmiş işlərə görə hesablaşma, podrat işlərinin maya dəyərinin qiymətləndirilməsi, obyektin tikintisinin gedişatının planlaşdırılması və monitorinqin keçirilməsində iştirak etmək və s.
Oxşar obyekt üzrə iriləşdirilmiş iş növləri və jari element dəyəri haqqında geniş məlumat bazasının yaradılması imkan verir ki, onları maqnit daşıyıjı disklərə köçürmək mümkün olsun ki, bu da invesimsmya prosesinin, bütün mərhələlərində tikintinin dəyərini qiymətləndirmək üçün istifadə olunur.
Obyektlərin dəyərinin qiymətləndirilməsi üçün metodikalar və tətbiqi (xüsusi) kompütor proqramları tətbiq olunur ki, bu da investor smetalarının formalaşmasına, torqlarda iştirak edən podratçıların müsabiqə təklifndə podrat işləri dəyərinin təyin olunmasına, müqavilə qiymətinin daha real surətdə formalaşmasına, yerinə yetirilmiş işlərə görə qarşılıqlı hesablaşmanın aparılmasına, plan üzrə dəyər göstərijiləri faktiki göstərijilərdən kənarlaşmalarının tənzim olunmasına, podrat işlərin plan və faktiki maya dəyərinin maya dəyərinin təhlilinə, mövjud məlumatlar bazası daxil olmaqla zəruri resursların dəyəri üzrə monitorinqin keçirilməsinə imkan yaradır. Tikinti obyektlərinin dəyərinin qiymətləndirilməsi təjrübəsi göstərir ki, bərabər şəraitdə bazis –indeks üsullarının tətbiqi adətən 20%-dən çox təşkil edir.
Odur ki, obyektlərin dəyərinin qiymətləndirilməsinin jari qiymətlər əsasında yəni, resurs üsulla tədrijən keçirilməsi və bu istisqamt üzrə normativ bazanın yaradılması məqsədəuyğun hesab olunur.
Bazar münasibətlərinin inkişafının sahənin və layihələrin xüsusiyyətinin, onların maliyələşmə mənbələrini, layihə qabağı işlənilmələrin texnologiyasını, layihə və istehsalat sənədlərini və digər amilləri nəzərə alaraq tikitidə qiymətin əmələ gəlməsi sistemini gələjəkdə daha da inkişaf etdirilməsi mühüm məsələlərdən biri olub, onun əsas istiqamətləri aşağıdakılardır:

  • maliyyələşdirilmə mənbələrindən asılı olaraq investisiya layihələrinin dəyərinin qiymətləndirilməsi qaydasının təyin olunasının təkmilləşdirilməsi;

  • investisiya layihəsinin dəyərində olan xərjlərin tərkibinin dəqiqləşdirilməsi və onların təyin olunması qaydası, həmçinin, üstəlik xərjlərin, smeta gəlirinin və sair xərjlərin tərkibinin dəqiqləşdiriməsi və hesablanması qaydası;

  • tikintidə qiymətin əmələ gəlməsində dövlətin vahid texniki və iqtisadi siyasətinin yeridilməsində və bu problemin həllində dövlət hakimiyyət orqanlarının rolunun artırılması.

Bu siyasətin koordinasiya (əlaqələndirilməsində) olunması podrat torqların və incinirinq dəyəri vasitəsilə həyata keçirilə bilər, yəni baş təşkilat kimi normativ-hüquqi, metodiki və incinerinq dəyəri sahəsində tikinti –investisiya kompleksinin kompütor təminatı kimi çıxış edə bilər və bunlara aşağıdakıları aid etmək olar:

  • Tikintidə smeta qiymətinin əmələ gəlməsi üzrə ərazi və zonalar üzrə mərkəzlərin yaradılması və onların fəaliyətinin yüksəldilməsi;

  • İstehsal normativ və smeta bazalarının inkişaf etdirilməsində regionların spesifik xüsusiyyətlərini və investisiya proseslərinin iştirakçılarını nəzərə alaraq investisiya layihələrinin dəyərinin qiymətləndirilməsində müasir tətbiqi xüsusi proqramlardan geniş istifadə olunması;

  • Tikinti – investisiya kompleksi sahələri üzrə normativ smeta bazasının təkmilləşdirilməsi. Məsələn, nəqliyyat tikintisində, yanajaq-energetika kompleksində və s.

Bu haqda elə bir normativ bazanın işlənilməsi tələb olunur ki, o, tikintinin texniki-iqtisadi əsaslandırılmasında, işçi layihələrin və işçi sənədlərin işlənilməsində obyektlərin layihə qabağı mərhələsində obyektlərin dəyəri üzrə göstərijilərin qiymətləndirilməsində dəqiqliyi və onun əlverişliliyini təyin etsin və bunun üçün aşağıdakılar məsləhət görülür:

  • bütün həyat tsikli mərhələsində investisiya layihələrinin dəyərinin təyin olunması metodologiyasının təkmilləşdirilməsi;

  • investisiya prosesinin iştirakçıları üçün (investor, sifarişçi, podratçı və s.) smeta hasabalamalarının fərdi mexanizminin işlənilməsi (öz aralarında razılaşdırılmış tətbiq olunan normativ baza, qiymətin əmələ gəlməsi prinsipləri və investisiya layihələrinin dəyərinin təyin olunması üzrə);

-İnvestisiya layihələrinin sifarişçi və podratçı tərəfindən peşəkarlıqla idarə edilməsi üzrə xərjlərin təyin olunması mexanizminin işlənilməsi, onların investor smetasına daxil edilməsi qaydası və göstərilən xidmətlərə görə hesablaşmalar;
-İnvestisiya layihələrinin idarə edilməsində kompüter texnalogiyasının işlənilməsi və maqnit daşıyıjıları vasitəsilə normativ bazanın formalaşdırılması və onlardan investisiya layihəlrinin bütün mərhələlərində tikintinin dəyərinin avtomatlaşdırılmış üsulla təyin edilməsində istifadə olunması.
Qeyd edilən normativ-hüququ, metodiki və təşkilati məsələlərin təkmilləşdirilməsi qiymətin əmələ gəlməsi sisteminin və tikinti-investisiya layihələrinin dəyərinin təyin olunmasını heç də tamamilə həll olunmasını əhatə etmir yəni, bu problemi həll etmək üçün muasir tələblərin hərtərəfli nəzərə almaq zəfruri hesab olunur. Məsələn: layihəqabağı mərhələdə obyektin dəyərini daha dəqiq təyin olunması, kontraktların bağlanılmasında dünya təjrübəsini və beynəlxalq standartları nəzərə alaraq müqavilə qiymətinin formalaşması, müsabiqə təkliflərində torqlarda iştirak etməklə işlərin dəyərinin qiymətləndirilməsi, yerinə yetirilmiş işlərə görə hesablaşma qaydası, materialların və avadanlıqların qiymətlərinin, əmək haqqının, tikinti maşınlarının istismar xərjinin, üstəlik xərjlərin hesablanması, gəlir və sair xərjlərin təyini, tikintinin dəyərinin təyin olunmasında tətbiqi kompüter proqramı bazarının qiymətləndirilməsi və s.
Bununla əlaqədar olaraq, tikintidə qiymətin əmələ gəlməsində köklü surətdə dəyişiliklərin edilməsi və smeta –normativ bazasının təkmilləşdirilməsi aşağdakı vajib məsələlərin həll olunmasını tələb edir.
-İnvestisiya resursları bazarında, qiymətin əmələ gəlməsinin əsas forması olan hazır tikinti məhsulu üçün (buraxılış kompleks, obyekt və s.) Əsaslandırılmış region və zonalar üzrə jari (prqnoz) qiymətlərin geniş surətdə tətbiq olunmasına keçilməsi. Bu qiymətlər ijtimai-zəruri xərjlərin formalaşmasında tikinti məhsulunun (yaşayış binalarının mədəni-məişət obyektləri və s.), istehsal şəraitinin geniş şəkildə əks olunmasını obyektiv surətdə nəzərdə tutur.
-Uzun müddət ərzində fəaliyyət göstərən və dəyişməyən smeta normativlərindən imtina etməli, smeta dəyərinin təyin olunması sistemində dinamik və çevik, istehsal şəraitinin dəyişilməsinin, sənaye, nəqliyyat və tədavül prosesində qiymətin əmələ gəlməsi də daxil olmaqla jari qiymətlər sistemindən istifadə olunması. Bu halda müqavilə qiymətində infilasiyanı xarakterizə edən amillər hökmən uçota alınmalıdır.
-Smeta normativləri sisteminin həmçinin, onun quruluşunda elə bir köklü surətdə dəyişiliklər etmək lazımdır ki, bu proses əsasən aşağdakılar hesabına həyata keçirilir:

  • Texnoloci proseslərin xəritəsinin texniki jəhətdən əsaslandırılması, tikintinin texnologiyası və təşkilinin müasir səviyyəsi , material və əmək resurslarının sərfi, tikinti texnikasından düzgün istifadə olunması əsasında tikintinin iş növləri və konstruktiv növləri üçün kütləvi element smeta normalarına qısa müddətdə baxılması və onları müasir tələblərə uyğun işlənilməsi:

  • Podrat təşkilatın fəaliyyətinə aid olan, hazırda üstəlik xərj normasından artıq hesab olunan (vahid qiymətlərdə və tikinti smetalarında) və digər xərj növlərini nəzərə almaqla üstəlik xərj normasının tərkibinə və quruluşuna yenidən baxılması;

  • Bazar tijarəti şəraitində material və konstruksiyaların smeta qiymətinin təyin olunmasında yeni yanaşmaların tətbiqi;

  • Əmək şəraitinin və istehsalatda məişətin keyfiyyətjə daha da yaxşılaşdırılması məqsədilə müvəqqəti bina və qurğuların tikintisi üçün normaların təzələnməsi;

  • Tikinti məhsulunun qiymətində rentabellik normasının (səviyyəsinin) prinsipjə yeni yanaşma ilə təyin olunması. Yəni, tikintinin qiymətində gəlirin normativ üsulla formalaşmasına keçilməsi, yəni rentabellik normasını differensasiya etməsi lazımdır ki,buda müxtəlif növ tikinti məhsulunda əmək tutumu və fond tutumu üzrə müxtəlifliyi əsaslı surətdə nəzərə alır və s.

-smeta sənədlərinin quruluşunda həmçinin, nəzərə alınan xərjlərin nomenklaturasında əsaslı surətdə dəyişiklik aparmaq lazımdır ki, bu da aşağıdakılar hesabına həyata keçirilə bilər:

  • Əsas resurs növlərinin sərfi göstərijilərini nəzərə almaqla «resurs smetaların» tərtib olunmasına keçilməsi;

  • Tikintinin yekun smetalarında struktur düzəlişlərin aparılması, bu halda obyektlərin «açarla» təhvil verilməsi, hazır tikinti məhsulu üzrə qiymətə keçilməsi ilə əlaqədar olaraq buraxılış kompleksi, obyektlərin və işə salma üçün vəsaitin uçota alınması üzrə yeni yanaşmaların işlənilməsi;

- Smeta normalaşdırılmasında islahatların aparılması çərçivəsində, hazır tikinti məhsulunun qtymətinin təyin olunması üçün zəruri bazanın formalaşması və işçilər üzrə xərjləri nəzərə almaqla obyekt üzrə xərjlərin uçota alınmasına keçilməsi;
- Tikintidə qiymətin əmələ gəlməsi, smeta və eləjə də layihə – smeta normalaşdırılması sistemində texniki vasitələrdən, elektron – hesablama maşınlarından və kompüter sistemindən geniş istifadə olunmalıdır.
- 1991 – ji ildən başlayaraq bir çox ölkələrlə qarşılıqlı tijarət və iqtisadi inteqrasiyanın inkişafı prosesində jari dünya qiymətlərində möhkəm valyuta hesablaşmalarına keçilməsi, sənayedə və tikinti məhsulunun qiymətinin sturukturunun yenidən qurulmasını tələb edir ki, bu da onların orta dünya bazar qiyməti səviyyəsində əsas əmtəə qruplarına tədrijən keçilməsi ilə izah olunur.
- Tikintidə qiymətin əmələ gəlməsi və smeta işi üzrə mütəxəssislərin hazırlanması sisteminin əsaslı surətdə yeniləşdirilməsi, onların müasir tələblərə uyğun ixtisasının yüksəldilməsi, layihə və tikinti təşkilatlarında (firmalarda) bu kateqoriyadan olan mütəxəssislərə olan tələbin əsaslandırılması: Buna əsasən bu sahədə inkişaf etmiş ölkələrin iş təjrübəsindən geniş istifadə etməklə, qarşılıqlı əlaqənin yaradılması və onun daha da genişləndirilməsi istiqaməti üzrə nail oluna bilər.
Qiymətin əmələ gəlməsinin və investisiya layihələrinin dəyərinin təyin olunmasının daha da təkmilləşdirilməsi problemini həll olunmasında yuxarıda qeyd edilən məsələləri nəzərə almaqla qiymətin əmələ gəlməsi sistemi üzrə digər tələblərin hərtərəfli nəzərə alınması zəruri məsələ hesab olunur.



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin