Jədvəl 9.3
(tikintinin adı)
Obyekt smeta hesabatı №______
(obyekt smetası)
(obyektin adı)
Smeta dəyəri _________________mln man.
Əmək haqqı üçün vəsait________mln man.
Vahid dəyərinin hesablama
ölçüsü___________________________
Tərtib edilmişdir «____»__________20___il
Sıra№-si
|
Smeta və hesablamaların №-si
|
İşlərin və xərjlərin adları
|
Smeta dəyəri, mln, man.
|
Əmək haqqı üçün vəsait
|
Vahidinin dəyər göstərijiəri
|
Tikinti işləri
|
Quraşdırma işləri
|
Avadanlıq, mebel, alət və ləvazimatlar
|
Sair xərjlər
|
jəmi
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
Layihənin baş mühəndisi___________________
(f.a.a)
Şöbənin (adı) _____________________________
(f.a.a)
Tərtib etdi _______________________________
vəzifəsi, imza (f.a.a)
Yoxladı __________________________________
vəzifəsi, imza (f.a.a)
İşçi jizgilər üzrə tərtib olunmuş, podrat tikinti təşkilatı ilə razılaşdırılmış və sifarişçi tərəfindən təsdiq edilmiş obyekt smetası işlərin yerinə yetiriməsi üzrə hesablaşma üçün, əsas sənəd hesab olunur. Odur ki, bu sənədin daha dəqiq və keyfiyyətli tərtib olunması tikinti təşkilatının istehsal-təsərrüfat fəaliyyətinə əsaslı surətdə təsir göstərir.
4. Yekun smeta hesablamaları (YSH)
Yekun (toplu) smeta hesablamaları liyahələndirilən tikinti kompleksinin smeta dəyərini özündə jəmləşdirir (əks etdirir) və kompleksə daxil olan ayrı-ayrı obyektlərin smetası, kompleksin təşkili ilə əlaqədar olan işlərin smeta xərjləri və limitləşdirilmiş xərj növləri üzrə hesablamaların (hesabatların) əsasında tərtib edilir. Yekun smeta hesabatı (YSH) müəssisələrin, bina və qurğuların smeta dəyərini xarakterizə edən əsas sənəd olub, layihədə nəzərdə tutulan bütün obyektlərin tam başa çatmasını təmin edir. O, tikinti növbələrini (növbəliliyini) və layihə mərhələlərini nəzərə alaraq tərtib olunur. Yekun smeta hesablaması obyekt smetaları, həmçinin obyekt, lokal smetalarda nəzərdə tutulmayan əlavə xərjlər üçün smeta hesablamaları əsasında tərtib edilir.
Yekun smeta hesablamasının hər bir sətiri ayrıja obyektin, işlər və xərjlərin obyekt smeta hesablamasına uyğun olur və ona istinad olunmuş sənədin nömrəsi göstərilir.
Yekun smeta hesablamasında nəzərdə tutulmamış işlər və xərjlər üçün ehtiyat vəsaitin miqdarı göstərilir və ümumi smeta dəyərinə görə aşağdakı kimi hesablanır:
layihələr üçün-10%
işçi layihələr üçün-5%
Yekun smeta hesablamasında qayıdış məbləğin miqdarı göstərilir və o aşağdakıları nəzərdə tutur:
bina və qurğuların sökülməsindən və başqa yerə köçürülməsindən alınan materialların və hissələrin dəyəri;
müvəqqəti bina və qurğuların sökülməsindən və binaların ləğv olunmuş hissəsinin dəyəri;
işi görməklə yanaşı əldə edilən materiallardan və s.
yekun smeta hesablaması aşağıdakı jədvəl 9.4. formasında göstərilə bilər.
Dostları ilə paylaş: |