Валидейнляримин язиз хатирясиня



Yüklə 2 Mb.
səhifə65/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   61   62   63   64   65   66   67   68   ...   73
tikinti-smeta

Jədvəl 12.3
Elastikliyin müxtəlif kəmiyyətlərində qiymət strategiyası.

Elastiklik əmsalı

Xarakte­- ristika

İstehsalçının strategiyası

İstehlakçının davranışı

Qiymətin azalması nətijəsində

Qiymətin artması nətijəsində

E 1

Tələb elastikliyi

Satışın yüksəlməsi üçün qiymətin aşağı salınması məqsədə uyğundur. Qiymətin qalxması satışın azalmasına səbəb olur.

Alışın həjmi həddindən artıq artırılır

Alşın həjmi həddindən artıq aşağı salınır

E =1

Vahid elastiklik

Qiymətin dəyişməsi təklifin həjminə təsir edir. Qiymətin artımın təklifi həjmini azaldır. Satış dəyişilmir.

Qiymətin azalması tempi ilə yanaşı tələbin tempi artır

Tələbin artması ilə yanaşı onun qiymət tempi də artır

E 1

Qeyri-elastik tələb

Qiymətin aşağı düşməsi satışı azaldır

Qiymətin azalması tempi ilə tələbin artma tempi baş verir

Qiymətin azalması tempi ilə tələbin azalması tempi baş verir.

Tələbin elastiklik səviyyəsinə təsir edən əsas amillər aşağıdakılardır:
- analoci məhsul, bazarda elastiklik səviyyəsini müəyyən edir;
- pul gəlirlərinin artması ilə əlaqədar olaraq tələb elastikliyi aşağı düşür;
- məhsulun yüksək istehlak xassəsi elastikliyin səviyyəsini təyin edir.
Bazar iqtisadiyyatı şəraitində məjmu gəlirlər artarkən əmtəəyə tələb də artır. Bu zaman tələbin gəlirdən aslılığı gəlirlərin artmasının təsirindən əmtəə miqdarının faiz dəyişikliyi ilə izah olunur və aşağıdakı kimi hesablanır:

(12.7)


J1 və J2 – əvvəlki və yeni gəlirə uyğun olaraq tələbin səviyyəsi;


G1və G2 – uyğun olaraq, əvvəlki və yeni gəlir.
Müəssisə üzrə seçilmiş qiymət əsasında bazis qiyməti formalaşır. Bu aşağıdakı mərhələlərdən ibarət olur.
- əmtəə daxl olan bazarda tələbin həjmi və onun dinamikasının təyini;
- konkret satış bazarında hər bir əmtəə üzrə qiymətə uyğun olaraq tələbin elstiklik göstərijisinin təyini;
- uyğun əmtəə üzrə istehlakçının iqtisadi və psixoloci imkanlarının və nəzərdə tutduğu qiymətin təyin olunması;
- əmtəənin dəyərinin tərkibini təşkil edən bütün məsrəflərin hesabatı;
- ən yüksək sərfəli qiymətin seçilməsi;
- rəqib firmanın uyğun məhsulu ilə müqayisədə əmtəənin qiymətinin və strukturunun təyin olunması;
- rəqiblərin mümkün reaksiyalarını nəzərə almaqla qiymətlərin uyğunlaşdırılması;
- qiymətin aşağı və yuxarı həddinin təyin olunması;
- əmtəənin həyat tsiklindən aslı olaraq qiymət dinamikasının təyini.
Müəssisə (firma) tərəfindən qiymət strategiyasının seçilməsi onun əsas məqsədinə, məhsul və bazar üzrə marketinq məqsədinə əsasən müəyyən olunur və bunlara əsasən aşağıdakılar daxildir.
- istənilən qiymət üzrə satış;
- bazar payının artırılması;
- maksimum gəlir;
- uzunmüddətli planda maksimum gəlir normasının saxlanılması;
- bazara çıxış;
- bazar məhsulları üçün yeni tələbin həvəsləndirilməsi;
- tələbin məhdudlaşdırılması.
Firma öz məqsədini müəyyənləşdirdikdən sonra bu və digər qiymət siyasətini (strategiyasını) seçə bilər;

  • bütün xərjlərin örtürülməsi, üstəgəl müəyyən gəlir;

  • planlaşdırılmış gəlirə nail olunması;

  • hər bir məhsulun istehlak qiymətinə uyğun xidmətin təmin olunması;

  • rəqiblərə nisbətən, aşağı qiymətin müəyyən edilməsi;

  • rəqiblərə nisbətən, yuxarı qiymətin müəyyən edilməsi;

  • bazara çıxış üçün qiymətin müəyyən edilməsi.

Müəssisənin əsas məqsədləri kimi istehsalın rentabelliyinin və əmtəənin keyfiyyətinin təmin olunması, bazarın tələbatı və rəqabət qabiliyyətinin, bazar payının artırılması və ya saxlanılması götürülür. Müəssisənin qiymət siyasətinn əsas məqsədi məhsulun bazara çıxarılmasından başlayaraq bütün dövrlər ərzində maksimum mənfəət əldə etməkdir.
Qiymət siyasəti hər bir müəssisənin özünün şəxsi potensialı hesabına formalaşır. Hətta yaranmış olan tələbi öz vaxtında ödəmək lazımdır. Bu tələb lazımi həjmdə, bazarın lazım olan sektorunda tələb olunan keyfiyyət üzrə təmin olunmalıdır. Bunun birinji addımı kimi firmanın strategiyasının müəyənləşdirilməsi məsələsi durur. Bundan sonra isə bazar təklifinin formalaşması və qiymət siyasətinin formalaşdırılması həyata keçirilir.
Qiymətlər üzrə qərarların qəbul edilməsi üçün istehsalçı müəssisə dəqiq məlumatlara malik olmalıdır. Bu məlumatlar onu rəqiblər, istehsal məsrəfləri, məhsulun reallaşdırlasından alınmış gəlirlə mənfəət arasındakı nisbət, bazarda rəqabət, məhsul və bazar haqqında məlumatlar, sahibkarlıq sahəsində dövlət siyasəti, vergi siyasəti və s. haqqında informasiya ilə təmin edir. Bu informasiyaları aldıqdan sonra, müəssisə aşağıdakıla öyrənməlidir:

  • məhsulun satıldığı bazarın konyukturu;

  • istehsal olunan məhsulun potensial imkanları;

  • potensial rəqiblərin müəyyən olunması;

  • dövlətin siyasəti.

Qarşıya qoyulmuş məqsədlərdən aslı olaraq müəsisə müxtəlif qiymət siyasətini tətbiq edə bilər.
Əgər məhsulun buraxılış qiyməti tələb və təklifin tarazlıq qiymətini aşmırsa, həmin layihənin reallaşdırılmasından imtina edə bilər.
Praktikada ən çox tətbiq edilən qiymət siyasəti «çevik» qiymət siyasəti və «aqressiv» qiymət siyasətidir.
«Çevik» qiymət siyasəti bir qayda olaraq qiymət elastikliyinə əsaslanır və müəssisə daima buraxılan məhsulun qiymətini tələb və təklifin tarazlıq qiymətindən yuxarıda saxlamağa çalışır. Bununla da uzunmüddətli dövr üçün daima mənfəət əldə etmiş olur. Bu siyasətin həyata keçirilməsi ilk növbədə bazarın kompleks şəkildə geniş və dəqiq təhlilinə əsaslanır.
«Aqressiv» qiymət siyasətinin mahiyyəti ondan ibarətdir ki, bu syasəti həyata keçirən hər bir müəssisə bazarda rəqibləri sıxışdırmaq mövqeyində dayanır. Buna görə də o, ilk növbədə aşağı qiymətlər strategiyasını götürür və bazarda rəqibləri sıradan çıxarmaqla bazarın böyük bir hissəsini ələ keçirmiş olur. Sonra isə yüksək qiymət strategiyası ilə yüksək qiyməti istehlakçılara «qəbul etdirir». Beləliklə, xərjlərini ödəyərək yüksək mənfəət əldə edir. Bu ilk növbədə müəssisənin inhisarçılığa doğru ilk addımı sayılır.
Qeyd etmək lazımdır ki, məhsulu tarazlıq qiymətindən aşağı qiymətə satmaq strategiyasnı seçən müəssisənin «aqressiv» qiymət siyasətini həyata keçirilməsi böyük maliyyə ehtiyatlarına, yüksək keyfiyyətə, yeni texnologiyaya və aşağı məsrəflərə malik olmasına əsaslanır.
Qiymətqoyma metodlarının seçilməsi və məhsula son qiymətin qoyulması ilə nətijələnir.
Tikintidə qiymətqoyma sistemi aşağıdakılara əsaslanır:

  • əsaslı tikintidə istifadə olunan bütün istehsal-texniki təyinatlı məhsullara və xidmətlərə azad (bazar) qiymətlər əsasında tariflərin tətbiq olunması;

  • tikinti məhsuluna azad (müqavilə) qiymətin tətbiq olunması;

  • tikinti məhsuluna müqavilə qiymətinin formalaşması zamanı tikinti-investisiya prosesinin iştirakçılarına bərabər hüquqların verilməsi;

  • müqavilə qiymətlərinin formalaşmasının qabaqjıl metodu kimi podrat torqların həyata keçirilməsi;

  • tikintidə qiymətin əmələgəlmə sisteminin ümumi əsaslarının tövsiyyə xarakterində mövjud olması və s.

Bütün smeta normativləri (istehsal-texniki əhəmiyyətli məhsula azad və tənzimlənən qiymətlər və tariflər nəzərə alınmaqla) tikintidə qiymətin əmələgəlmə sisteminin smeta-normativ bazasın əmələ gətirir.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin