Валидейнляримин язиз хатирясиня



Yüklə 2 Mb.
səhifə72/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   65   66   67   68   69   70   71   72   73
tikinti-smeta

Jədvəl 12.5




Qiyməğlərin dövlət tərəfindən tənzimlənməsi formaları



Qiymətlərin tənzimlənməsinin formaları

Dövlətin rolu

Dövlətin təsir formaları

Təsbit edilmiş qiymətlər

Qiymətlər bilavasitə dövlət tərəfindən tyəin edilir

1.Dövlət preyskurant qiymətləri
2.Azad bazar qiymətlərinin dondurulması
3.İnhisar qiymətlərinin təsbit olunması

Dövlət tərəfindən tənzim olunan qiymət­lər

Dövlət qiymətlər haqqında qərarlar təyin edir, müəssisələr müstəqil olaraq məhsula qiymət qoyurlar

1.Qiymətlərin son səviyyələrinin qoyulması
2.Təsbit edilmiş preyskurant qiymətlərə əlavələrin və əmsalların son həddi
3.Ayrı-ayrı məhsullar üzrə pərakəndə qiymətlərin son həddi
4.qiymətlərin birdəfəlik artımının son həddinin qoyulması
5.inhisar qiymətlərinə dövlət nəzarəti
6.dövlət müəssisələrində bazar qiymətlərinin tənzimlənməsi

Azad (müqavilə) qiymətlər

Dövlət haqsız rəqabəti və s. təsbit etməklə bazarda qiymətlərin azad formalaşmasına şərait yaradır

1.Qiymətlərin üfüqi təsbit olunmasına qadağa
2.Qiymətlərin şaquli təsbit olunmasına qadağa
3.Qiymət atrı-seçkilərinə qadağa
4.Demkinçə qabağa
5.«Ədalətsiz» qiymət reklamına qadağa

Müasir dövrdə, bazar iqtisadiyyatı mövjud olan inkişaf etmiş ölkələrdə qiymətər, təkjə əmtəənin tələb və təklifi, onlar arasındakı mütənasibətlə bağlı amillərin təsiri altında formalaşmır. Qiymətin qoyulmasında xüsusi orqanlar vasitəsilə öz mənafeyinə uyğun olan qiymət siyasətini həyata keçirən dövlətin əhəmiyyətli rolu vardır. Belə olduqda, qiymətin yaranması prosesində dövlət düzəlişediji qüvvə kimi çıxış edir. Qyimətlərin formalaşmasının əsasını isə rəqabətin inkişafı, istehsalçı və istehlakçı, əmtəənin satıjısı və alıjısı arasında qarşılıqlı təsirlə xarakterizə edilən bazar mezanizmi təşkil edir.


Qiymətlərin dövlət tənzimlənməsi, dövlət tərəfindən, qiymətlərin sabitləşməsinə, yaxud onların səviyyəsinin və nisbətlərinin dəyişilməsinə yönəldilmiş səlahiyyətlərin və müxtəlif növ maddi imkanların və üsulların istifadəsindən ibarətdir.
Ümumiyyətlə, qiymtlərin tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilə bilər:

  • konkret əmtəə üçün yuxarıdn qəti təsbit edilmiş qiymətləri müəyyən etəmk (zəruri hallarda);

  • müəyyən məhdudiyyətləri, yaxud qiymətin ayrı-ayrı tərkib hissələrini (misal üçün, gəlirlilik normativi), yaxud konkret əmtəə üçün qiymətin özünü (qiymət həddi qoymaqla) istifadə etməklə qiymətə birbaşa təsir göstərəmək;

  • makro səviyyədə iqtisadi metodların köməyi ilə (məsələn maliyyə, vergi, əmək haqqı siyasətləri) qiymətlərə dolayısı yolla təsir göstərmək;

  • qiymətlərə subyektiv şəkildə, yəni birbaşa, yaxud dolayı təsir olmadan öz-özünü tənzimləmə əsasında.

Tikintidə də qiymətlərin dövlət tənzimlənməsi müxtəlif vasitə və üsulların köməyilə, qiymətlərə iqtisadi jəhətdən təsir göstərməklə bazarda tələbat və təklif arasındaki, nisbətə əsasən zəruri hallarda isə (dövlət əhəmiyyətli tikintilər və s. olduqda) inzibati yolla – onarın birbaşa dəyişdirilməsi, yaxud sabitləşdirilməsilə həyata keçirilir.
Qeyd edildiyi kimi, qiymətlərin iqtisadi yolla (dolayı) tənzimlənməsi inkişaf etmiş ölkələrin təjrübəsinldə əsas tənzimlənmə metodudur çünki, belə olduqda, bazar mexanizminin fəaliyyəti (təsiri) pozulmur, qiymətlərin iqtisadi jəhətdən əsaslandırılması və dünya bazar qiymətləri ilə üzvi əlaqələr qorunub saxlanılır. Bu halda, qiymətlərin tənzimlənməsi müəssisələrin və vətəndaşların gəlirlərinin səviyyəsinə təsir göstərən və milli iqtisadiiyyatda gəlirlərinin rəqabət strukturunun formalaşmasına köməklik göstərən bir çox makroiqtisadi amillərdən istifadə olunması hesabına həyata keçirilir.
Yuxarıda qeyd edilən amillərin və üsulların qiymətlərə göstərdikləri təsirin istiqamətləri və miqyasları bazarda yaranan vəziyyətdən, hökümətin siyasətindən və ayrı-ayrı qiymət yaradan ünsürlarin əhəmiyyətindən asılıdır. Misal üçün, vasitəli vergilər (əlavə dəyər vergisi və s.) ilk növbədə, onların qiymətin tərkibində xüsusi çəkilərinin çox olması, qiymətin yaranmasında mühüm rol oynayırlar.
Son zamanlarda, inkişaf etmiş ölkələrdə qiymətlərin tənzimlənməsinin əsas istiqaməti ilk növbədə xüsusi emissiya, vergi, kredit və maliyyə siyasətlərinin köməyi ilə qiymətlərin sabitləşməsi və onların artım sürətinin aşağı salınmasıdır.
Əsaslı tikinti sahəsində tətbiq oluna biləjək vergi, kredit güzəştləri və birbaşa dövlət yardımı, antiinflyasiya və s. amillər müstəsna əhəmiyyətə malikdir. Bu üsullar qiymətlərə öz təsirini istehsal məsrəflərinin, müəssisələrin mənfəətinin, investisiya fəaliyyətinin inkişafı, məhsulun istehsalının və satışının artması ilə göstərirlər.
Vergi güzəştləri, sürətləndirilmiş amortizasiya sistemi şəklində müstəqim (birbaşa) və vasitəli vergilərin azaldılması ilə tətbiq edilir.
Kredit güzəştləri istehsalın və mübadilənin inkişafına yardım göstərən amil kimi mühüm əhəmiyyət kəsb edir. Bu halda müsbət səmərə əldə edildikdə, onların istifadəsi hesabına ödənilən avanslar, təminatlı kommersiya kreditləri, borjlar (xüsusən də xariji iqtisadi sahədə) şəklində verirlər. Kreditlərin faiz dərəjələrinin düzgün diferensiyası sistemi də müəyyən rol oynayır. O, kommersiya və digər banklar tərəfindən kreditlərin azaldılmış faiz dərəjəsi ilə verilməsindən, yaxud kreditlərin bazar faiz dərəjəsi ilə azaldılmış faiz dərəjəsi arasındakı fərqin dövlət tərəfindən kompensasiya edilməsindən ibarətdir.
Dövlətin birbaşa maliyyə yardımı-investisiyalar üçün dotasiyalar, təsərrüfat fəaliyyəti nətijəsində dəyən ziyanı ödəmək üçün pul köməyi şəklində, yaxud başqa formalarda göstərilir, əsasən milliləşdirilmiş müəssələrə xüsusən də xidmət sahəsinə aid olanlar bir çox hallarda burdakı qiymətlər istehsal xərjlərini ödəyə bilmir.
Vergi, kredit güzəştlərinin və birbaşa maliyyə yardımının tətbiqi daxili qiymətlərin artma sürətinin azalmasına kömək edir. Ayrı-ayrı hallarda bu güzəştlər hətta əsas antiinflyasya amili kimi çıxış edirlər.
Qiymətin yaranması proseslərinə dolayısı ilə təsir dövlətin məqsədli kompleks proqramlarında (mənzil, işsizlik əleyhinə, elm və təhsilə dair və s.) əks olunur. Göstərilən tədbirlər müəyyən dərəjədə inzibati xarakter daşıyırlar lakin, onların həyata keçirilməsi isə zəruri şərtdir ki, bunlarsız yalnız makroiqtisadi üsulların köməyilə qiymətlərin tənzimlənməsi qeyri-mümkündür.
Qiymətlərin inzibati tənzimlənməsi müxtəlif üsullarla həyata keçirilə bilər və bu üsulların sayı bazar iqtisadiyyatına malik olan müxtəlif ölkələrdə eyni deyil. Məsələn, əgər müharibədən sonrakı dövrlərdə AFR-də, Belçikada, İtaliyada, Holandiyada belə tənzimləmə ysulların sayı 2-dən 5-dək olmuşsa, Fransada isə onların sayı 14 olmuşdur.
Məsələn, qiymətlər «donduruldu», yəni müəyyən müddətə məjburi şəkildə sabitləşdirildi. «Taksasiya» (nırx-qoyma, məzənnə qoyma) üsulu da geniş tətbiq edilirdi, yəni sahibkarlar tərəfindən verilən məlumatlatırn və bazarın vəziyyətinin təhlilinin nətijələrindən asılı olaraq, hökümət özü qiymətləri müəyyən edir və dəyişdirirdi. Bu üsulla hesablanmış qiymətlər sabit, maksimal, yaxud minimal ola bilərdilər.
Qiymət təjrübəsinin təhlili göstərdi ki, qiymətlərin tənzimlənməsinin inzibati üsullarının, xüsusən də ona sərt üsulların («dondurulma», «taksasiya») tətbiqi qiymətləri qısa bir müddət ərzində sabitləşdirməyə imkan verir. Bu müəyyən müddət ərzində, çətin şəraitdə belə, jəmiyyətin sosial və siyasi sabtliyini saxlayır, dövlətin əsaslandırılmış uzunmüddətli iqtisadi və qiymət siyasətinin hazırlanması üçün müəyyən vaxt qazandırır.
Qiymət, həmçinin rəqabətlə əlaqəli olan normativ aktlar ilə tənzimlənir. Məsələn, İsveçdə qüvvədə olan rəqabət haqqında qanuna əsasən, istehsalçının inhisarçı vəziyyəti özü-özlüyündə dövlətin yaxud məhkəmənin buna qarşımasına əsas vermir. Dövlət tərəfindən inhisarçılığın məhdudlaşdırılması anjaq qəti müəyyən edilmiş şəraitdə mümkündür.
Bu şərtləri müəyyənləşdirərkən, qiymətlərin real məsrəflərdən uzaqlaşması, texniki yaxud, struktur tərəqiyyə qarşı maneələr nəzərə alınırlar. Qyimət sövdələşmələri (torqlar) vasitəsilə ən səmərəsiz istehsalatların müdafiəsi ya da ki, qiymət ayrıseçkiliyi nətijəsində başqa iştirakçılara (rəqiblərə) dəyən zərər də nəzərə alınır. Bu səbəblərdən, bir müəssisələrin başqa müəssisələr tərəfindən alınması, yaxud bunların birləşdiilməsi qadağan edilə bilər.
Müqavilə qiymətlərinin tətbiqi, inflyasiya prosesləri ilə mübarizə aparmaqla yanaşı, qiymət dinamikasının dəyişməsinə çevik reaksiya göstərməklə aşağıdakı imkanları yaradırdı: qiymətlər artımının zəifləməsi dövrlərində daha liberal müqavilələr tətbiq etmək; qiymətlərin sürəti güjləndikdə isə onları sərtələşdirmək.
Eyni zamanda rəqabətin güjlənməsi üçün tədbirlər də görülməlidir ki, geniş liberallaşmaya qarşı onlarn artma imkanlarını zəiflətsin. 80-ji illərin əvvəllərindən bir çox inkişaf etmiş ölkələrdə məjburi yaxud istehsalçılar tərəfindən məsləhət görülmüş pərakəndə satış qiymətlərini həmçinin istehsalçılar assosiasiyaları tərəfindən hazırlanmış preyskurantların tətbiqi qadağan edilmişdir.
Bazar iqtisadiyyatı inkişaf etmiş bir çox ölkələrdə qiymət tənzimlənməsində dövlət orqanlarının hüquqlarını və rolunu qiymətin qoyulmasında istehsalçıların hüquqlarını və vəzifələrini, istehlakçıların hüquqlarını müəyyən edən qanunverijilik aktları mövjuddur. Belə ki, Avtstriyada dövlət, qiymətin tənzimlənməsini qitymət haqqında qanun əsasında həyata keçirilir. Yunanıstanda isə bazar tənzimlənməsi kodeksi qüvvədədir. Danimarkada qiymət yaranması rəqabət haqqında qanunla tənzimlənir ki, bunun tərkibində əvvəl qüvvədə olan qiymətlər və mənfəət haqqında qanun və inhisarların fəaliyyəti və rəqabət haqqında qanun da daxildir. Norvejdə qiymət məsələləri mənfəət üzərində nəzarət və rəqabətçinin məhdudlaşdırılması haqqında qanunla tənzim olunurlar. İsveçrədə dövlət qiymətin yaranması prosesinə konkret məhsulların qiymətləri haqqınlda bir sıra qanunverijilik aktları ilə tamamlanan hökümətin əmtəənin mühafizə olunmuş qiymətləri barəsində qətnamə vasitəsilə təsir göstərir.
Ümumiyyətlə, qiymətlərin dövlət tənzimlənməsində müxtəlif forma və üsullar tətbiq edilir. Ən başlıja tədbir bütün qiymətlərin jari və ya qısa müddət üçün müəyyən olunmasıdır.
Müəyyən bir əmtəə (məhsul) növünə təsbit edilmiş, digərlərinə isə maksimal, yaxud minimal qiymətlər qoyula bilər. Bu üsulla əldə edilən mənfəət müəyyən dərəjədə tənzimlənə bilər.



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin