Валидейнляримин язиз хатирясиня


Smeta qiymətinin tənzimlənmə mexanizminin təkmilləşdirilməsi



Yüklə 2 Mb.
səhifə73/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   65   66   67   68   69   70   71   72   73
tikinti-smeta

5.Smeta qiymətinin tənzimlənmə mexanizminin təkmilləşdirilməsi


Qiymətin əmələ gəlməsinin tənzimlənməsi problemləri inzibati amirlik sistemindən, investisiya resusları bazarına keçid prosesində ən əsas və çətin məsələlərdən biri sayılır. Əsaslı tikintidə müasir vəziyyət istehsalda yüksək səviyyəli inhisarlaşma, ümumi resurs çatışmamazlığı, əvvəldən mövjud olan təsərrüfat əlaqələri sisteminin pozulması ilə xarakterizə olunur. Vəziyyət tikintidə dərin kök salmış qiymətəmələgəlməsinə «xərjlərlə yanaşma» üsulunun tətbiqi ilə daha da da mürəkkəbləşir. Bilirik ki, tikinti məhsulunun qiymətinin əsasını tikinti-quraşdırma işlərinin smeta dəyəri başqa sözlə, layihəyə uyğun olaraq qüvvədə olan smeta norma və qiymətlərdən istifadə etməklə yerinə yetirilən işlər üçün kalkulyasiyasının tərtib olunması təşkil edir. Bununla yanaşı layihələndirilən obyektlərin istehlak xarakterlərinin yaxşılaşdırılması (o jümlədən istismar sferasında xərjlərin azaldılması) və kapital qoyuluşunun səmərəliliyinin artırılmasında sifarişçilərin maraqlarını əks etdirən istehlak tələbənin parametrləri tikinti məhsulunun qiymətinə birbaşa təsir etmir deməli, bu podratçılar üçün iqtisadi jəhətdən heç bir əhəmiyyət kəsb etmir.


Keçid dövründə rəqabətin hələ tam inkişaf etmədiyi bir şəraitdə (podradçının inhisar şəraiti olduqda) sifarişçi bazar mexanizminin atributlarından tam istifadə edə bilmir və onu müəyyənləşdirən smeta qiymətinin səviyyəsinə təsir etmək və eyni zamanda öz iqtisadi maraqlarını reallaşdırmağa imkanı olmur. Bazarda inhisarçı-podradçının öz vəzifələrini yerinə yetirdiyi şəraitdə tikinti məhsulunun əsaslandırılmamış artımının aradan qaldırılması zərurətini nəzərə alaraq, dövlət tərəfindən qiymətlərin tənzimlənməsi aktual məsələyə çevrilir.
Bunun üçün, bir-birilə əlaqəli iki məsələni həll etmək lazımdır: birinjisi, tikinti məhsulunun iqtisadi əsaslandırılmasının bazardan kənar müəyyənləşdirilməsi mexanizmi yaradılmalıdır və onlar da müqavilə qiymətlərinin tənzimlənməsi üçün istiqamət rolunu oynamalıdır; ikinjisi, inhisar şəkildə iqtisadi əsaslandırma səviyyəsini nəzərə çarpajaq dərəjədə yüksək qiymətlərin müəyyənləşdirilməsinə mane olan mexanizm formalaşdırılmalıdır. Həm də bu zaman azad qiymət qoymanın tam bazar mexanizminə toxunulmalıdır.
Belə vəzifələrin öhdəsindən gəlmək üçün tikinti üçün yeni olan və obyektlər üzrə limit qiymətlərindən istifadə edilməlidir. Limit qiymətldəri tikintinin smeta qiymətini formalaşdırılarkən sifarişçinin (istehlakçının) maraqlarını əks etdirməli, sifarişçinin nöqteyi-nəzərindən əsaslandırılmış və mümkün dairəsində onun maksimal həddini müəyyənləşdirməlidir. Sifarişçi üçün buraxılış obyekttləri, buraxılış kompleksləri və obyektlər əsas əhəmiyyət kəsb edir. Onları həmin büraxılış obyektlərinin ayrı-ayrı elementləri (bünövrələr, divarlar və s.) və smeta dəyərinin təyin edildiyi iş növləri o qədər də maraqlandırmır.
Bazar iqtisadiyyatına keçidlə əlaqədlar olaraq, qiymətlərin sərbəstləşdirilməsi prosesinin həyata keçirilməsi başladı. Bu isə avtomatik olaraq qiymətlərin kəskin şəkildə artmasına səbəb oldu. Bilirik ki, müəssisələrin, birliklərin təsərrüfat fəaliyyətini xarakterizə edən ümumiləşdiriji göstərijilərin, istehsalın artım sürətinin, mənfəət və rentabellik səviyyəsinin, məhsulun fond və əmək tutumunun və s. müəyyənləşdirilməsi bilavasitə qiymətin köməyi ilə həyata keçirilir.
İnvestisiya resurslarının çatışmamazlığı şəraitində əsaslı tikintidə qiymətlərin artması vəziyyətini daha da mürəkkəbləşdirir. Qiymətlərin artması miqyası və səbəblərinin təhlili tikintidə yaranan vəziyyətə təsir edən aşağıdakı bir sıra amillər qrupunu yaratmışdır:
- obyektiv olaraq tamam başqa qiymətlər miqyasına keçməklə yaranan amillər. Bu qiymətlər dünya bazarı qiymətləri ilə yanaşı tutulur, real istehsal xərjlərini əks etdirir həmçinin, məhsul və xidmətlərə qoyulan qiymətlərdə yol verilə bilən əyrilikləri aradan qaldırır;

  • xərjlərin tərkibinin, rentabelliyin ölçüsü və səviyyəsinin dəyişməsi ilə əlaqədar olan amillər. Bu amillər tikintidə normal təkrar istehsal şəraiti ilə şərtlənmişdir;

  • tikintidə inhisarçılıqla ayrı-ayrı podradçıların mənffətpərəst təmayülləri, istehsal məsrəfləri və qitymətqoyma səviyyəsinə mütərəqqi nəzarətin olmaması həmçinin, sifarişçi ilə podradçı arasında sövdələşmələrin çoxsaylı amilləri ilə əlaqədar olan amillər;

  • büdjənin balanslaşdırılmaması, maliyyə böhranı ilə yaranmış ümum inflyasiya təsiri. İnflyasiya sifarişçi təşkilatın investisiya siyasətinə, podradçının isə iqtisadiyyatına dağıdıjı təsir edir, sahibkarlıq risqini kəskin artırır, yekunda isə neqativ hallar yaradır. İnflyasiya öz gedişində bütün istehsal sferasına kəskin təsir etməklə, aşağıdakı mənfi hallara gətirib çıxarır;

  • respublikadaxili və xariji potensial investorların fəallığını aşağı salır;

  • yığılmış maliyyə vəsaitlərinin tez və əvəzedlməz şəkildə qiymətdən salır;

  • podrad təşkilatlarının dövriyyə vəsaitlərinə tələbatını kəskin artırır, potensial investisiya vəsaitlərini jari istifadədən yayındırır;

  • investisiya sferasında ödəmələrin yerinə yetirilməsi, tikintidə hesabatların pis təşkil olunması, qarşılıqlı müqavilə vəzifələrin yerinə yetirilməməsinə səbəb olur.

Başqa sahələrdə olduğu kimi tikinti sahəsində qiymətin əmələ gəlməsi sahəsində yaranan çətinliklərə baxmayaraq qiymətqoyma prosesini kifayət qədər sabitləşdirmək olar və bunun üçün aşağıdakı istiqamətlərdə təxirəsalınmaz tədbirləri görmək lazımdır:

  1. Bütün tikinti prosesində qiymətlərdə olan müəyyən çatışmamazlıqlar əsaslı surətdə təsir edir. Bu özünü büdjənin formalaşmasında və bütün kapital qoyuluşları, investisiya kreditləri sferasında göstərir. Yalnız hər bir hesabat ilinin əvvəlinə kimi, vaxtında təsdiq edilmiş büdjə və mərkəzləşdirilmiş kapital qoyuluşlarına limitlərin qoyulması əsaslı tikintidə düzgün qiymət siyasətinə müsbət nətijə verə bilər.

  2. Müasir şəraitdə tikintidə qiymətqoyma haqqında istiqamətlər sifarişçilər tərəfindən istifadə olunan resursların real qiymətlərinin yalnız podradçıda olması üzündən itirirlər. Podradçı təşkilatlar hansı müqavilə qiymətləri ilə eləjə də yerinə yetirilən işlərə görə jari ödəmələrin tələblərinə görə uyğun surətdə manevr etmək imkanı qazanmışlar. Bu xərj və məsrəflərin əsaslandırılmış səviyyəsinə deyil, həmçinin müqavilə qiymətlərnin təyinində, eləjə də, yerinə yetirlmiş işlərin hesabatından faktiki xərjlərin yerləşməsinə istiqaməğtləndirilmiş iqtisadi siyasətin nətijəsində mümkün olmuşdur. Yadda saxlamaq lazımdır ki, sifarişçi, podratçı təşkilatın bütün faktiki xərjlərini ödəməyə borjlu deyildir.

Material ehtiyatlarının qorunması, zay məhsulun yararlı hala salınması, keyfiyyətin yüksəldilməsi, material israfçılığı və sairə xərjlərin sifarişçi tərəfindən ödənilməsi heç də podratçı təşkilatın işçilərini həvəsləndirmir, əksinə buna bənzər təjrübənin davam etməsi bazar şəraitində səmərəli və qənaətçil təsərrüfatçılıq prinsiplərini təhlükə altına salır. Əgər tikintidə qiymətlər 1991-ji ilin smeta qiymətlərinin indeksə edilməsi yolu ilə aparılarsa, sifarişçi və prodratçı arasında razlaşdırılmış üstəlik xərjlər, plan yığımı norması və sahibkarlıq riski əlavə olunan əsaslandırılmış düzünə xərjlərin indeksləşdirilməsi sistemi təmin olunaqjaqdır.

  1. İstehsal xərjləri və tikintinin dəyərinə nəzarət məqsədilə podradçı təşkilat sifarişçiyə tikinti obyektləri üzrə aylıq arayışları, lazım gəldikdlə isə maya dəyəri, gəlir və rentabellik səviyyəsi haqqında uçot və heabat sənədlərini təqdim etməlidir. Podratçı təşkilatın günahı üzündən qrafik üzrə obyektlərdə yerinə yetirilən işlər gejikdirilibsə, onda görülən işlər üzrə ödəmələr həmin dövrün qiymətlərinə əsasən aparılmalıdır. Podratçı təşkilat tərəfindən növbəti ay üçün işlərin ödənilməsi üçün qiymət indeksinin qaldırılmasına görə faktiki rentabellik səviyyəsi müqavilədə göstərildiyi miqdarı ötmüşsə, bu halda gəlir vergisinə ödənilmiş artıq məbləğ podradçının ziyanına yazılır. Podradçı tərəfindən yerinə yetirilmiş işlərə görə hesabatların artırılmasına nəzarət məqsədilə, sifarşçi heç vaxt qeyri-istehsal xərjləri daxil olmaqla sövdələşdirilməmiş xərjləri ödəməməlidir.

  2. Tikintidə qiymət və hesabatlara nəzarətin əsasını (bazasını) yaratmaq üçün işlərin fiziki həjmlərinin siyahıları tərtib olunmalıdır. Bunsuz podrad işlərinə və istehsal xərjlərinə mütərəqqi və ya jari nəzarət siyasəti yaratmaq mümkün deyildir.

  3. Podrat təşkilatları ilə sifarişçi müəssisələrin qeyri-sabit iqtisadi şəraitdə mülkiyyətin dövlətsizləşdirilməsi investisiya siyasətində sahibkarıq riskini kəskin artırır. Lakin, indiyə kimi, tikintidə müqavilə qiymətlərinin tərtibində heç vaxt sahibkarlıq riskinə fikir verilməmişdir. Aydındır ki, onun ölçüsü mərkəzləşdirilmiş şəkildə reqlament edilməməli, müqavilə zamanı razılaşdrılmalıdır. Bundan əlavə tikintidə müqavilə qiymətləri modelində sahibkarlıq risqinin əks olunması Dövlət Tikinti və Memarlıq Komitəsi, Tikinti Şirkətləri başda olmaqla nəhəng tikinti müəssisələri, İqtisadi İnkişaf və Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.

Tikintidə plnlaşdırılma, uçot və kalkulyasiya işlərinin yaxşılaşdırılması, qiymətqoyma mexanizminin təkmilləşdirilməsi, tam sərbəstlik prinsiplərinin daha səmərəli tətbiqi, iqtisadi həvəsləndirmə metodlarının güjləndirilməsçi, təşkilatların yüksək rentabellyini və səmərəliliyini təmin etmək, qiymətin yaranması probleminin düzgün həlli və elmi jəhətdən düzgün əsaslandırılmış qiymətlərin qoyulması vajib məsələlərdən biridir. Bu məqsədlə qiymət qoyma mexanizmi üzrə təkmilləşdirmə aparmaq üçün aşağıdakı qərarları qəbul etmək daha məqsədə uyğun olardı.

  • normativlər bazasından yalnız resurslara olan tələbatın təyini üçün istifadə etmək;

  • İriləşdirilmiş göstərijilərə və real qiymətlərə əsasən müqavilə qiymətini tətbiq etməklə lokal smetanın tərtibi mexanizmi asanlaşır, hesablanmaların aparılmasında, əmək sərfinə qənaət olunduğu üçün onun istifadəsi müəyyən dərəjədə məhdudlaşır. Belə ki, lokal smeta ilə tikinti məhsulunun qiymətinin təyini bazisdən dəfələrlə fərqləndiyi üçün onu daha da təkmilləşdirmək;

  • Müqavilə bağlanarkən işçi sənədlər mövjuddursa onda məhsula qiymətin aşağı sərhədi yəni, iqtisadi xərj elementləri üzrə qoyulmalıdır;

  • Müqavilə qiymətinin müəyyən edilməsi üsulundan ası­lı olmayarq, müqavilə bağlanarkən layihənin reallaşdırılması prosesində resusrlara jari (proqnoz) qiymətin tətbiqi və s.

Digər tərəfdən tikintidə qiymətin əmələ gəlməsi mexanizmini vergi sistemi ilə də asanlıqla idarə etmək olar. Müasir şəraitdə tikntinin inkişaf etdirilməsi üçün onun məhsuluna qiymətqoyma və vergi sistemi ilə onu tənzimləmə məsələləri daim dövlətin diqqət mərkəzində olmalıdır.








Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin