Валидејнләр үчүн


Əgər uşağa evdə qalmağa icazə versəniz, onu məktəbə göndərmək hər gün daha da çətinləşəcək. Eləcə də, uşaq qarşısına çıxan problemləri həll etmək əzmini itirir, təslimçi mövqe tutacaq



Yüklə 2,16 Mb.
səhifə184/243
tarix04.01.2022
ölçüsü2,16 Mb.
#56393
1   ...   180   181   182   183   184   185   186   187   ...   243

Əgər uşağa evdə qalmağa icazə versəniz, onu məktəbə göndərmək hər gün daha da çətinləşəcək. Eləcə də, uşaq qarşısına çıxan problemləri həll etmək əzmini itirir, təslimçi mövqe tutacaq.


Sual: Özünü xəstəliyə vurmuş uşaqla necə rəftar edim?

Cavab: Uşaqlar məktəbə getməmək üçün, adətən, belə bəhanələr gətirirlər. Uşağı xəstə halda məktəbə gördərmək valideyn üçün çox ağırdır. Zənnimcə, uşağın məktəbdən qalması üçün əvvəlcədən qaydalar müəyyənləşdirməlidir. Uşağın xəstəliyini ya həkim təsdiq etməlidir, ya da bədən hərarəti yüksək olmalıdır. Əgər uşağın şikayət etdiyi xəstəlik ciddi deyilsə, ona evdə qalmağa icazə verməyin. Siz onu məktəbə göndərməklə gələcək bəhanələrin də qarşısını alacaqsınız. Amma uşaqla razılaşsanız, o məs`uliyyətdən yaxa qurtarmaq üçün daim özünü xəstəliyə vuracaq. Əlbəttə ki, uşaq əslində xəstə də ola bilər. Xəstə uşağı məktəbə göndərmək xoşagəlməz olsa da, bu xəstəliyə əmin deyilsinizsə, risk edib onu məktəbə göndərin. Sizin bu hərəkətiniz uşaqda belə bir fikir yaratmamalıdır ki, siz ona inanmırsınız. Eləcə də, ona deməyin ki, bu xəstəlik bəhanədir. Sadəcə bildirin ki, yüngül xəstəliyə görə işdən və məktəbdən qalmaq olmaz. Əgər uşağın xəstə olub-olmadığı sizi narahat edirsə, onu məktəbdə yoxlaya bilərsiniz.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin