Bə`zi atalar elə güman edirlər ki, onların vəzifəsi yalnız ailənin maddi ehtiyacını tə`min etməkdən ibarətdir. Belə insanlar bütün ailəyə, eləcə də, özlərinə zülm edirlər
Bə`zi atalar elə güman edirlər ki, onların vəzifəsi yalnız ailənin maddi ehtiyacını tə`min etməkdən ibarətdir. Belə insanlar bütün ailəyə, eləcə də, özlərinə zülm edirlər.
On üçüncü fəsil
Ölüm
Sual: Uşaq ölümün mə`nasını hansı yaşda dərk edə bilər?
Cavab: Uşağın “ölüm”, “ölü”, “ölmək” sözlərinin mə`nasını dərk etməsi üçün əvvəlcə öz danışığında bu sözlərdən istifadə etməsi şərtdir. Uşaq üç yaşınadək ölümün mə`nasını anlaya bilmir. Yaxın adamlardan biri dünyasını dəyişdikdən sonra uşaq ölüm haqqında düşünməyə başlayır və bitib-tükənməyən suallar verir.