Unutmayın ki, itaətsizlik, diqqətsizlik, süstlük kimi nöqsanlar sinir xəstəliklərindən doğa bilər. Əgər belə olsa, tövsiyə və danlaq yox, yalnız müalicə səmərəli ola bilər
Unutmayın ki, itaətsizlik, diqqətsizlik, süstlük kimi nöqsanlar sinir xəstəliklərindən doğa bilər. Əgər belə olsa, tövsiyə və danlaq yox, yalnız müalicə səmərəli ola bilər.
Problemi olan əksər uşaqlar məktəbə könülsüz gedir. Əgər uşaq məktəbə getməkdən qorxursa, bunun kökləri valideyn-övlad münasibətlərindəndir. Əgər uşaq yalnız ailə mühitində özünü rahat hiss edirsə, valideyn özünü qınamalıdır.
Məktəbdə xoşagəlməz rəftar edən uşaqlar, adətən, valideyn diqqətindən məhrum olmuş uşaqlardır. Onlar arzusunda olduqları diqqəti qazanmaq üçün hətta mənfi hərəkətlərə də əl atırlar.