Sual: Körpənin uşaq bağçasına verilməsinə münasibətiniz necədir?
Cavab: Gündüzlər uşaqları himayəyə götürən bağçalar həm yaxşı ola bilər, həm də pis. Bu mərkəzlərdə körpələr qrup şəklində hərəkət etdirilir, onlar üçün kollektiv oyunlar və ilkin tə`lim-tərbiyə proqramları nəzərdə tutulur. Sözsüz ki, istənilən cür nəzarət nəzarətsizlikdən yaxşıdır. Amma unutmaq olmaz ki, həmin mərkəzlərdə gün uzunu körpəyə cavabdeh olan dayələr bə`zən bu işi yetərincə bacarmırlar.
Çox vaxt valideynlər elə zənn edirlər ki, uşaq bağçalarına yalnız dayəliyi tam bacaran adamlar işə götürülür. Bu fikir heç də həmişə doğru olmadığından əsas məs`uliyyəti öz üzərinizə götürün. Uşaq bağçası ailəni əvəz edə bilməz.