Meyar
|
Dərəcələnmə
|
Aşağı səviyyə
|
Orta səviyyə
|
Yüksək səviyyə
|
Ən yüksək səviyyə
|
1. Ətraf mühiti çirkləndirən mənbələrin və maddələrin tanınması
|
Atmosferi ən çox çirkləndirən bir neçə maddəni göstərir və onların insan sağlamlığına zərərini söyləyir.
|
Atmosferi ən çox çirkləndirən maddələri sadalayır, onların insan sağlamlığına və bitki örtüyünə zərərini göstərir.
|
Atmosferi və təbii suyu çirkləndirən maddələri sadalayır, çirklənmənin zərər verdiyi sahələri göstərir.
|
Ətraf mühiti çirkləndirən mənbələri və maddələri çirkləndirmə dərəcəsinə görə sıralayır, onların hansı sahələrə nə kimi zərər vurduğunu şərh edir.
|
2. Ətraf mühitin çirklənməsinin aradan qaldırılması
|
Atmosferin çirklənmə-sinin aradan qaldırılması üsullarını izah edə bilmir.
|
Atmosferin çirklənməsini aradan qaldırmağın bir kimyəvi üsulunu izah edir.
|
Atmosferin və təbii suyun çirklənməsini aradan qaldırmağın kimyəvi üsullarını izah edir.
|
Ətraf mühitin çirklənmə-sini aradan qaldırmağın mexaniki, fiziki-kimyəvi və kimyəvi, həm də bioloji üsullarını izah edir.
|
3. Ətraf mühitin çirklənməsinin zərəri barədə məlumatlara malik olması.
|
Atmosferin çirklənməsinin insan sağlamlığına zərəri barədə bəzi məlumatlara malikdir.
|
Atmosferin çirklənməsinin insan sağlamlığında hansı fəsadlar törətməsini izah edir.
|
Atmosfer və suyun çirklənməsinin insan sağlamlığına, bitki və heyvanat aləminə nə kimi zərər vurduğunu izah edir.
|
Ətraf mühitin çirkləndirən maddələrin hər birinin insan sağlamlığına kənd və şəhər təsərrüfatına vurduğu zərəri ətraflı izah edir.
|