VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə33/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   29   30   31   32   33   34   35   36   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
37
fəqihlərə təqlid edənlər deyil, hökümət başında ancaq ki, fəqihlər
olmalıdır.
Bunu da qeyd etmək lazımdır ki, dövlət işçiləri, sərhəd qoruqcuları
tamamilə İslam qanunu bilib fəqih olmaları lazım deyildir, ancaq məşğul
olduqları işlərə aid olan qanunları bilmək kifayətdir.
Peyğəmbər və Həzrət Əlinin zamanında da belə idi. Rəhbər bu iki
məziyyətə malik olmalıdır, lakin müavinlər şəhərlərə göndərilən icra
hakimləri, dövlət işçiləri ancaq öz vəzifə və işlərinə aid olan qanunları
bilməli və başqa sahələrdə öz rəhbərlərindən soruşmalıdırlar.
2 - Rəhbər etiqadiyyat, əxlaqiyyat baxımından kamil olmalı, ədalətli
olmalı və pisliklərdən uzaq olmalıdır. İslamın hədd kimi cəza qanununu
həyata keçirmək istəyən, ölkənin əmlak və malını idarə etmək istəyən və
Allah bəndələrinin ixtiyarı əlində olan şəxs günahkar olmamalıdır. «
﮵⪷oﻈﺘ . P o a»
1
Allah-Təala zülmkara belə bir ixtiyarı vermir.
Rəhbər ədalətli olmasa, müsəlmanların haqqını verməkdə, vergiləri
alıb yerində xərc etməkdə, cəza qanunlarını həyata keçirməkdə vəzifəsini
düzgün yerinə yetirə bilməyəcəkdir. Mümkündür ki, öz köməkçilərini,
yaxın qohumlarını cəmiyyətə təhmil etsin və müsəlmanların malını öz
şəxsi məqsədləri və nəfsani istəkləri uğrunda istifadə etsin.
Buna əsasən, hökümət üsulu haqqında şiənin nöqteyi-nəzəri aydındır.
Şiənin nöqteyi-nəzərindən imam yüksək mənəvi dərəcəyə malik olan,
islam hökümlərini bilən və qanunlarını həyata keçirməkdə ədalətli olan
şəxs olmalıdır.
Qeybət dövründə hökümət başçısının xüsusiyyətləri
Qeybət dövründə islam hökümlərinin həyata keçirilməsinin zəruri
olduğu üçün anarxizmə uğramamaq, müsəlmanların namus və abırlarını
qorumaq, təcavüzkarların, cəmiyyətdə hüquqların tapdalanmasının
qarşısını almaq, iddiaları həll etmək və qanunları həyata keçirmək üçün
hökümət lazımdır. Ona görə ki, bu kimi işlər öz-özünə görülməz, onları
həyata keçirmək üçün hökümət lazımdır. Hökümət büdcə də lazım olduğu
üçün müqəddəs qanunverici zəkat, xums və xərac kimi çeşidli vergilərin
ödənilməsini də vacib etmişdir.
1
«Bəqərə» surəsi, ayə 124.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin