ÅXëlxgghpxn nclplhkxn ncpxl


NE`MƏTLƏR AĞUŞUNDA QƏFLƏT



Yüklə 3,76 Mb.
səhifə175/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   171   172   173   174   175   176   177   178   ...   186

NE`MƏTLƏR AĞUŞUNDA QƏFLƏT


İlahi məhəbbətə aparan ən sadə yol göstərildi. Sözsüz ki, övliyaların getdiyi yol daha incə və daha mürəkkəbdir. Adi insanlar üçünsə ən sadə yol Allahın ne`mətlərini tanıyıb, bu ne`mətlər haqqında düşünməkdir.

Allah-taala öz bəndələrini saysız-hesabsız ne`mətlər içində qərq etmişdir. Çox olur ki, çətinliyə düşmüş insan üçün bütün qapılar üzünə bağlandığı vaxt qəfildən Allahın lütfü nazil olur və çətinlik ağıla gəlməyən bir yolla aradan qalxır. Bu zaman insan ixtiyarsız olaraq Allah qarşısında xəcalət çəkir və pıçıldayır: “Pərvərdigara, axı mən bu yaxşılığa layiq deyildim”.

Müt`ilik, xüşu təkcə əzab qorxusundan yaranmır. Bə`zən bu hal şövqdən də qaynaqlana bilər. “Maidə” surəsinin 83-cü ayəsində buyurulur: “(Bə`zi nəsranilər) Peyğəmbərə nazil olanı eşitdik-ləri zaman haqqı tanıdıqları üçün onların gözlərinin dolduğunu görərsən”.

Gözlənilməyən ne`mət insanın qəlbini riqqətə gətirir, onda şövq yaradır. İnsan sonralar da bu lütfü xatırladıqda eyni şövqü duyur. Hər dəfə belə lütflər xatırlandıqda Allaha məhəbbət daha da artır. Hətta bu duyğu xasiyyətə də çevrilə bilər.

İlahi ne`mətlər təkcə gözümüz qarşısında olan ne`mətlərlə məhdudlaşmır. Varlıq aləmi bütövlükdə bir ne`mətdir. İmam Hüseyn (ə) ərəfə günü günəşin yandırıcı istisi altında durub, gözlərindən yağış yağırmış kimi ağlayar və bu əziyyətli şəraitdə Allahın ne`mətlərini sadalayardı: “Hansı ne`mətlərini sayım, hansı ne`mətlərini xatırlayım? Hansı ne`mətinə görə təşəkkür edim? Bu ne`mətlər saya biləcəyimizdən daha çoxdur. Ey mənim mə`budum, şahidəm həqiqi imanımla, gözümün nuruyla, alnımın qırışları ilə, dövr etməkdə olan qanımla, burnumun yuxa pərləri ilə, qulağımın pərdələri ilə, toxunan dodaqlarımla, dilimin söz yaradan hərəkətləri ilə...” İmam Hüseyn (ə) yandırıcı günəş şüaları altında hələ də sadalayır! Bütün bu ne`mətlər bizə əta olunmasaydı çətinlik çəkməzdikmi?! Gəlin, mə`nəvi ne`mətləri də unutmayaq. İmam Səccad (ə) belə dua edir: “Pərvərdigara, Sənin zikrin, Səni çağırmaq üçün verdiyin icazə ən böyük ne`mətlərindəndir”. Bəli, öz kiçik vücudumuzla əzəmətli Allah qarşısında dayanıb, söz deyə biliriksə, bu özü böyük ne`mətdir. Əlbəttə ki, Allah qarşısında hamının danışmaq ləyaqəti yoxdur. Allah-taala yalnız öz lütfü ilə bu işə icazə vermişdir.

Aşiqindən çox–çox üstün olan mə`şuqu nəzərinizdə canlandırın. Əgər onlar arasındakı fərq sultanla qul arasındakı fərq qədər olarsa aşiq mə`şuqun görüşünə həsrət qalacaqdır. Miskinlik içində ümidi üzülmüş aşiqi mə`şuq qəfildən görüşə çağırsa, aşiq sevincindən ağlayar. Diqqət edin! Əzəmətli Allah öz ləyaqətsiz bəndəsini görüşə—namaza çağırır! Bəli, bütün günahlarımıza baxmayaraq, Allah bizə mərhəmət göstərir.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin