ÅXëlxgghpxn nclplhkxn ncpxl


MƏ`NƏVİ NE`MƏTLƏRİN MADDİ NE`MƏTLƏRDƏN ÜSTÜNLÜYÜ



Yüklə 3,76 Mb.
səhifə176/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   172   173   174   175   176   177   178   179   ...   186

MƏ`NƏVİ NE`MƏTLƏRİN MADDİ NE`MƏTLƏRDƏN ÜSTÜNLÜYÜ


İnsan Allaha olan məhəbbətini artırmaq üçün Onun verdiyi ne`mətlər barədə düşünməlidir. Çoxları darda olduğu zaman Allahın gözlənilməz yardımından faydalanmışlar. Bu yardımlarla bərabər, hər birinin öz yeri olan digər ne`mətləri də unutmaq olmaz. Bədənin hər bir üzvü insan üçün böyük ne`mətdir. Biz bunu yalnız xəstələndiyimiz zaman anlayırıq.

Maddi ne`mətlərlə yanaşı mə`nəvi ne`mətləri də xatırlamalıyıq. Məsələn, qonaq getdiyimiz evdə xoş münasibət gözəl zövqlə bəzədilmiş süfrədən daha qiymətlidir. Mə`rifətli insanlar üçün mə`nəvi ne`mətlər maddi ne`mətlərdə qat–qat üstündür. Allaha yaxın insanlar mə`nəvi ne`mət-lərdən daha çox ləzzət alırlar.

Bəli, Allah-taala öz bəndələrinə mehribandır və onlarla mərhəmətlə rəftar edir. O, öz bəndələrinə peyğəmbərlər vasitəsi ilə hətta Allahla necə danışmağı da öyrədir. Namazda xəyalımız kənara uçarkən bu xəyalı geri qaytaran da Odur.

Qəflətdən qurtulub, Allaha qarşı diqqətli olmaq üçün müxtəlif yollar var. Amma bütün bu yollar mə`rifətə, həqiqətin kəşfinə aparır. Namazda müt`i olmaq istəyiriksə, yenə də ilahi mə`rifətdən faydalanmalıyıq.

Pərvərdigara, sonsuz lütfünə sığınıb, bizi qəflətdən oyatmağını istəyirik! Qəlbimizi özünə qarşı müt`i buyur! Namazlarımızı “Sənə xüşu ilə ibadət edənlərin namazlarından qərar ver! Amin!


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin