ÅXëlxgghpxn nclplhkxn ncpxl


ZİKRİN AMİLLƏRİ VƏ MANEƏLƏRİ



Yüklə 3,76 Mb.
səhifə65/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   61   62   63   64   65   66   67   68   ...   186

ZİKRİN AMİLLƏRİ VƏ MANEƏLƏRİ


Diqqət və zikrin əsas amillərindən biri Qur`ani-kərimdir. Bə`zən Qur`an özünü zikr də adlandırır: “Bu yalnız zikr və aşkar bir Qur`andır.”1 Qur`anın zikr adlandırılmasının səbəbi onun oyadıcı, xatırladığı xüsusiyyətə malik olmasıdır. Qur`ana bağlanan insan qəflətdən qurtulur. Agahlıq tapmaq istəyən insan Qur`anla ünsiyyət üçün xüsusi proqram hazırlamalıdır. “Qəmər” surəsində dəfələrlə təkrarlanan bir ayə var: “Qəti olaraq, Qur`anı insanın nəsihəti üçün göndərdik; Görən, nəsihət götürən varmı?”2 Qur`an hər bir insanın istifadə edə bilməsi üçün olduqca sadə qərar verlidi. Bir ayənin dörd dəfə təkrar olunmasında məqsəd yalnız və yalnız insanı qəflətdən qurtarmaqdır. Əlbəttə ki, yalnız Qur`anın mə`nalarına diqqət edərək oxuduqda agahlıq tapmaq mümkündür.

Qur`anla ünsiyyət, onu dinləyərkən mə`nalarına diqqət etmək insana oyadıcı tə`sir bağışlayır. Əgər mə`nasız söhbətlərə qulaq asmaq Allahı unutdurursa, Qur`an insana Allahı xatırladır. “Ən`am” surəsinin 68-ci ayəsində buyurulur: “«Zülmkar qövmlə oturma.” Qur`ani-kərimdə ən böyük zülm şirk hesab olunur: “Doğrudan da, zülm böyük günahdır.”1 Şirk olduqca böyük günah hesab olunur: “Allah Ona şərik qoşanları bağışlamaz.”2



Qeyd olundu ki, şeytansifət adamlarla oturub, onların söhbətinə qulaq asmaq insanı qəflətə doğru aparır və zülm hesab olunur. Dini həqiqətlərə qarşı insanların zehnində şübhə doğuran məclislərdə iştirak etmək yolveril-məzdir haldır. Dövrümüzdə az da olsa belələrinə təsadüf edirik. Onların işi avamlarda şübhə doğuracaq suallar verməkdir: “Qur`an Allahın kitabıdır, yoxsa peyğəmbərin? Görəsən, Qur`anda səhv var ya yox?” Sonra da özləri öz suallarına şeytan-şeytan cavablar verirlər. Hətta Allahın göstərişlərinin təcrübədə sınaqdan keçiril-məsini təklif edənlər də var. Qur`an belə insanlardan çəkinməyi tapşırır. “Nisa” surəsinin 140-cı ayəsində buyurulur: “Əlbəttə, kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman onlar ayrı bir söhbətə girişməyincə onlarla oturmayın. Ona görə ki, siz də onların tayı olarsınız. Allah münafiqləri və kafirlərin hamısını cəhənnəmdə bir yerə cəm edəcəkdir.”

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin