ÅXëlxgghpxn nclplhkxn ncpxl


QƏRBDƏ İQTİSADİ İNKİŞAFIN SƏBƏBİ



Yüklə 3,76 Mb.
səhifə87/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   83   84   85   86   87   88   89   90   ...   186

QƏRBDƏ İQTİSADİ İNKİŞAFIN SƏBƏBİ


Dini iqtisadi inkişafa əngəl bilənlərin nəzərinə digər bir mühüm nöqtəni çatdırmaq lazım gəlir. Bir çox qərb alimləri Avropanın XVI–XVII əsrlərindən başlayaraq iqtisadi dirçəlişinin səbəbini protestanlıq əxlaqından görürlər. Protestanlıq üç məsihi məzhəbindən biridir. Bünövrəsi XVI əsrdə qoyulmuş bu məzhəb öz ardıcıllarını pərhizkarlığa və dünyaya bağlanmamağa çağırır. Məşhur alman alimi Maks Veber “Protestant əxlaqı və kapitalizm ruhu” kitabında iddia edir ki, qərb cəmiyyətindəki iqtisadi inkişaf protestanlıq məzhəbindən doğmuşdur. O, yalnız protestant məzhəbli Avropa ölkələrinin əsaslı inkişafını öz müddəasına sübut gətirir. Onun nəzərincə, insanları dünyapərəstlikdən və israfçılıqdan çəkindirən bu məzhəb həqiqi inkişaf üçün şərait yaratmışdır. Bu məzhəbin ardıcılları qənaətcil olur və kapital toplamağa çalışırlar. Bu kiçik kapitallar hansısa mərhələdə bankların və böyük müəssisələrin yaranmasına səbəb olur.

Biz Maks Veberin dedikləri ilə tam şərik olmasaq da, onun haqqında danışmaqla nəzərinizə çatdırmaq istəyirik ki, hətta dini e`tiqadı olmayanlar da qənaəti iqtisadi inkişaf üçün amil bilirlər. Demək, qənaət etməyi bacaran millət-lərin iqtisadi qüdrətə çatmasında təəccüblü bir şey yoxdur. Digər bir tərəfdən, fikri–zikri dünya ləzzətləri dalınca qaçmaq olan insanlar öz israfçılıqları ilə bütün cəmiyyət üçün problem yaradırlar. Əyyaşların tə`birincə “yaxşı kef etmək üçün” böyük pullara ehtiyac var. Böyük pullar isə, adətən, oğurluq, rüşvət, sələmçilik, bir sözlə, cinayət yolu ilə ələ gəlir. Varlı bir əyyaş il ərzində ölkənin milli gəlirinə bərabər pulu eyş-işrətə xərcləməkdə çətinlik çəkmir. Əgər qərbin inkişafı əxlaqi inkişaf olsaydı SPİD və qorxulu zöhrəvi xəstəliklər həmin ölkələri bürüməzdi. Demək, əxlaqsızlığa və onun acı nəticələrinə külli miqdarda pul xərcləyən iqtisadiyyatın əxlaq və qənaətlə heç bir əlaqəsi ola bilməz.

Dini göstərişlərə əməl edən insanları dünya və axirət səadəti gözləyir. Pərhizkarlığı, qənaəti, zöhdü, təqvanı tənbəllik kimi başa düşmək olmaz. İnsanları kamillik zirvəsinə səsləyən bir din heç vəchlə tənbəlliyə səs verə bilməz. İslam pərhizkarlığa, qənaətə, Allaha təvəkkül etməyə çağırır, tənbəlliyə yox. Bir-birinə zidd olan bu iki məsələni qatışdırmaq insanların nöqsanı-dır. İnsanların nöqsanlı qavrayışı səbəbindən inkişafa çağıran də`vətlər geriliyə çağırış kimi yozulub.

İslamın şüarı budur: “Allah heç vaxt kafirlərə mö`minlərin əleyhinə olan bir yol göstərməz.”1 Bu göstəriş hazırkı dövrdə elm və sənət sahələrində qüvvədədir. “Munafiqun” surəsinin 8–ci ayəsində buyurulur: “İzzət, Allaha, Onun rəsuluna və mö`minlərə məxsusdur”. Bu gün iqtisadi cəhətdən geri qalmış müsəlmanları əziz hesab etmək olarmı? Yuxarıdakı iki ayədən belə nəticə çıxarmaq olar ki, müsəlmanlar gecə-gündüz çalışıb kafirlərə möhtaclıqdan qurtardıqdan sonra izzətə çata bilərlər. Əgər bir şəxs bu iki ayəni həyata keçirmək üçün elm və iqtisadiyyatda bir addım irəli atarsa bu iş həmin şəxs üçün ibadət hesab olunar. “Biharul-ənvar”da belə bir rəvayət nəql olunur: “İbadət on hissədir və onun doqquz hissəsi halal ruzi kəsb etməkdir”. Bu cür tə’limləri olan dini tənbəlliyə çağırışda ittiham etmək olarmı? İslam ailəsinin ehtiyac-larını ödəmək üçün zəhmət çəkib tər tökən insanı alqışlayır. Problem dində yox, bizim qavrayışı-mızdadır. İslamı düzgün analayıb onun göstərişlərinə əməl edən insanı yalnız səadət gözləyir.




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin