ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə91/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   87   88   89   90   91   92   93   94   ...   186

İMAN VƏ ELMİN ƏLAQƏSİ


İman nədir və Allaha iman gətirmək nə deməkdir?

İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir və elm yolu ilə əldə edilir. İnsan Allahın varlığını dərk edirsə, bu, Allaha imandır. İman Allahın varlığını təsdiqd etməkdən ibarətdir. Elə bu səbəbdən də bə`ziləri imanı elmlə bərabər bilmişlər.

Amma Qur`ani-kərimə müraciət etdikdə mə`lum olur ki, bu baxış yanlışdır. Qur`an elm və imanı bərabər bilmir. Bir şeyin varlığın bilmək hələ ona iman gətirmək demək deyil. “Nəml” surəsinin 14–cü ayəsində buyurulur: “Ürəkdən əmin olduq-ları halda zülm və təkəbbür səbəbindən inkar etdilər”. Ayədə bildiklərini inkar edənlərə işarə olunur. Fir`on tərəfdarları Allahın varlığını və Musanın (ə) peyğəmbərliyini bildikləri halda bu həqiqətləri inkar edirdilər. Həzrət Musa (ə) Fir`ona müraciətlə buyurur: “Sözsüz ki, sən bilirsən ki, bu dəlilləri göylərin və yerin Rəbbindən başqası nazil etməmişdir”.2 Bu həqiqətlərə yəqinliyi olan Fir`onun imanı vardımı? O, nəinki iman gətirməmişdi, hətta küfr edirdi: “Ey qövmün böyükləri, mən sizin üçün özümdən başqa tanrı tanımıram”.1

Beləliklə, “elm varsa, iman var” demək olmaz. Amma imanın yaranması üçün hökmən elm və agahlığa ehtiyac var. İnsan tanımadığı bir şeyə iman gətirə bilməz. Son dövrlər müsəlman ziyalılar arasında belə bir fikir var ki, elm olan yerdə iman mümkün deyil və iman yalnız cəhalətdən doğru! Məsihi alimlər arasında mövcud olan nəzəriyyə nisbətən yumşaqdır. Onların fikirincə, insan bilib anlamadığı şeyə iman gətirə bilər. Məsihilər arasında belə bir şüar da var: “İman gətir ki, anlayasan”. Əlbəttə ki, bunlar yanlış fikirlərdir “elm varsa iman var əks təqdirdə yox” kimi fikirlər həqiqətdən uzaqdır.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin