ÅXëlxgghpxn nclplhkxn ncpxl


ON İKİNcİ DƏRS: QƏLB ZİKRİNƏ APARAN YOL



Yüklə 3,76 Mb.
səhifə12/33
tarix21.10.2017
ölçüsü3,76 Mb.
#8932
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

ON İKİNcİ DƏRS:

QƏLB ZİKRİNƏ APARAN YOL

HƏR ŞEY İLAHİ ZİKR ÜÇÜN ƏSASDIR


Qeyd etdik ki, təkamül ağıl və iradə ilə gerçəkləşə bilər. Düşüncə, iradə, agahlıqla əlaqəsi olmayan yüksəliş insani kamillik deyil. Kamillik agahlıqdan asılı olduğu üçün bu yolda ən böyük maneə qəflətdir. Ona görə də təkamül yolunda hərəkətə başlamaq üçün qəflətdən çıxmaq lazımdır. Qəflətdən çıxmaq üçün bir neçə şeyə diqqət etmək zəruridir: Hər şeyin əvvəli olan Allaha, qiyamətə və yaşanılan ömrə diqqət. Deyildi ki, bu üç əsas arasında mehvər Allaha diqqətdir. Qeyd olundu ki, Allahı xatırlamağın, zikrin mərtəbələri var və ən birinci mərtəbə dil zikridir. Dil zikrini tə`sirli edən amil onun mə`nalarına edilən diqqətdir.

Dil zikrindən sonra qəlb zikri gəlir. Onun da mərtəbələri var və o həqiqi bir zikrdir. İnsan qəlb zikrinə nail olmaq üçün çox çalışmalıdır.

Zikrin son hədəfi qəlb zikri olsa da adi insanlar əvvəlcə dil zikrinə nail olmalıdırlar. Dil zikrinin əsasını təşkil edən Allahın adları və sifətləri tədricən qəlb zikrinə aparan amillərdir.

Qəlb zikrinə çatmağın yollarından biri insanın rastlaşdığı hər bir şeyin Allahla dərəcədə əlaqəli olmağı barədə düşünməkdir. Əqli və təcrübi dəlillər vasitəsi ilə sübut olunmuşdur ki, bütün varlıq aləmi Allahın məxluqudur. İnsan gözəl rəsm əsəri ilə üzbəüz dayandığı vaxt onu çəkənin mahir bir rəssam olduğunu anladığı kimi, hər bir mövcuda baxdıqda da onun yaradanı haqqında düşünə bilər. Yalnız belə bir vərdiş ələ gətirməklə qəflətdən qurtulmaq olar. İnsanı bir şeydən qəflətdə saxlayan amil onun digər bir şeyə diqqət yetirməsidir. İnsan öz yaradanından da o zaman qafil olur ki, diqqəti hansısa digər mövcudlara yönəlir. Amma hər bir mövcuda Allahın məxluqu nəzəri ilə baxdıqda Allah onunla birgə yad olunur. Hər hansı sənət əsərinin gözəlliyinə heyran olmuş insan sənətkarın ünvanına afərin söyləyir. Əgər varlıq aləminə də lazımı diqqət yetirə bilsək Yaradana həmd oxumağı özümüzə borc bilərik. Axı bütün gördüklərimiz Allahın əzəmət, qüdrət, elm və hikmətinin əlamətidir.

Əlbəttə ki, Allahın övliyaları elə bir məqama çatmışlar ki, yalnız yaradanı görürlər. Onlar heç bir mövcuda müstəqil varlıq kimi baxmırlar. Amma adi insanlar əsərə diqqət edərkən onun yaradıcısını xatırlamağa çalışmalı və bu yolla qəflətdən xilas olmalıdırlar.

İLAHİ AYƏTLƏR BARƏDƏ TƏFƏKKÜR


Qur`anda və rəvayətlərdə istər ilahi nişanələr (ayətlər), istərsə də bu ayətlər barədə təfəkkürə geniş yer verilir. Söhbət əsəri görərkən diqqəti onun yaradıcısına yönəltməkdən gedir. Qurani-kərimdə “ayə”, “ayətullah” kəlmələri ilə tez-tez rastlaşmaq olar. Biz, adətən, “ayə” dedikdə Qur`an ayələrini nəzərdə tutsaq da, bu sözün lüğət mə`nası “nişanə” deməkdir. Qur`an insanı ilahi nişanələr barədə düşünməyə də`vət edir. “Nəhl” surəsinin 10-11-ci ayələrində oxuyuruq: Göydən sizin üçün su endirən Odur. O sudan siz , içində (heyvanlarınızı) otardığınız ağaclar otlar da içər. Allah onunla sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm bütün meyvələrdən bitirir. Doğrudan da, bütün bunlarda düşünən qövm üçün böyük bir nişanələr (ayətlər) vardır.” “Ali-İmran” surəsinin 190-cı ayəsində isə belə buyurulur: Həqiqətən, göylərin yerin yaradılmasında, gecə-gündüzün bir-birinin ardınca gəlib-getməsində ağıl sahibləri üçün mütləq dəlillər vardır.” “Rum” surəsinin 23-cü ayəsində oxuyuruq: Gecə gündüz, sizin yuxunuz onun nişanələrindəndir.” “Ənbiya” surəsinin 32-ci ayəsində oxuyuruq: Göyü qorunub-saxlanılan tavan etdik. Amma onlar bu nişanələrdən üz döndərirlər.”

Hər birimiz özümüzdən soruşmalıyıq ki, Allahın əzəmətli nişanələri haqqında lazımınca düşünürükmü? Görən, kiçik bir toxum yoğun gövdəli ağaca necə çevrilir? Yağışın necə yağmasından, onun faydalarından xəbərdarıqmı? Əgər yalnız gündüz, ya da ki, hər zaman gecə olsaydı vəziyyət necə olardı? Bir gün yatmayanda olmazın əziyyətini çəkən insan yuxunun necə bir ne`mət olduğunu fikirləşirmi? Sonu olmayan göy aləmi və ondakı mö`cüzələr diqqətimizi cəlb edibmi? Qur`anda buyurulur ki, yer, göy, dağlar, dənizlər, günəş, ay, ulduzlar hər biri Allahın nişanəsidir. Bütün bunlar gözü qarşısında olduğu halda insan necə olur ki, Allahdan qəflətdə qalır?! Bu, ona oxşayır ki, bir şəxs ömür boyu yanında oturmuş insanın divardan asılmış şəklinə baxıb şəkil sahibindən qəflətdə olsun.


ZAMAN VƏ MƏKAN


İnsana Allahı xatırladacaq ünsürlər arasında “zaman” və “məkan” xüsusi əhəmiyyətə malikdir. Həm zaman, həm də məkan Allah tərəfindən yaradılsa da bə`zən hər hansı müəyyən bir zaman və ya müəyyən bir məkan fəzilət və şərafət baxımından üstünlük təşkil edir. Bütün yer üzünü Allah yaratsa da Kə`bənin şərafəti daha çoxdur. “Maidə” surəsinin 97-ci ayəsində oxuyuruq: Allah `bənin ziyarətini insanların dirçəlişi üçün vasitə qərar vermişdir.” Bütün zamanlar Allaha məxsus olsa da, müəyyən olunmuş bə’zi zamanlar daha fəzilətli və daha şərafətlidir. “İbrahim” surəsinin 5-ci ayəsində oxuyuruq: Allahın günlərini onlara xatırlat.” Bəs hansı günlər Allah yanında “Allah günləri” hesab olunur? Bu suala “Qədr” surəsinin 3-cü ayəsi cavab verir: Qədr gecəsi min aydan xeyirlidir.” Amma qədr kecəsindən başqa da şərafətli vaxtlar var. Məsələn, “Qədir-xum” günü Qur`anda qeyd olunmuş əhəmiyyətli günlərdəndir: Bu gün sizin dininizi kamil edib, Öz ne`mətimi sizə tamamladım.”1 Demək, günəş, ay, ulduzlar kimi xüsusi zaman və məkanlar da insana Allahı xatırlada bilər. O cümlədən məscid, məscidin minarələrinin insana Allahı xatırlatması salması mümkündür. Hər hansı bir ziyarətgahı, onun günbəzini uzaqdan seyr etməklə Allahı xatırlamaq olar. Beləcə, bütün dini nişanələr Allahdan danışır. “Həcc” surəsinin 32-ci ayəsində buyurulur: Allahın nişanələ-rini bir şəxs uca tutursa, həqiqətən, bu, qəlbin paklığından irəli gəlir.” Məhərrəm ayında dini mərasimlər insanların zehnində Allah və Onun övliyalarının xatirəsini canlandırır. Qur`ani-kərimdə həcc ziyarətində yerinə yetirilən dini ayinlər də Allahın nişanələri kimi təqdim olunur. Hacıların Səfa və Mərvə arasındakı sə`yləri (gedişi) də bu nişanələrdəndir. “Bəqərə” surəsinin 158-ci ayəsində oxuyuruq: Həqiqətən, Səfa Mərvə ilahi nişanələrdəndir.” Cəmiyyətdə ilahi nişanələrin genişlənib uca tutulmasına çalışanlar əslində insanlara Allahı xatırlatmağa çalışırlar.

İLAHİ NİŞANƏLƏR


İlahi nişanələrdədn biri də ruhani libasıdır. Bu libas onu geyinən şəxs üçün böyük iftixardır. Çünki, insan geydiyi ruhani libasla ətrafdakılara Allahı xatırladır. Sözsüz ki, xüsusi bir zəhmət çəkmədən yalnız öz libasıyla Allahı yada salmaq insana olunan ilahi bir lütfdür. Ruhani libasını görən insanın zehnində ani olaraq məscid, Qur`an, dua və sair dini əlamətlər canlanır. Hətta ruhanilərə mənfi münasibətdə olanlar onlarla rastlaşarkən əvvəlcə Allahı xatırlayırlar. Şübhəsiz ki, Allahın nişanəsini daşıyan insan öz mə`nəviyyatı ilə seçilməlidir. Ləyaqətsiz insanın ruhani libası geyməsi bu libas, eləcə də, din haqqında mənfi fikirlər doğurur. Ruhani libası geymək iftixardırsa, onun şə`ninə layiq olmamaq böyük günahdır.

İLAHİ NİŞANƏLƏRƏ MÜNASİBƏT


Diri qəlbli insanın mə’nəviyyatı dini nişanələrlə rastlaşdığı vaxt güclənir, Allaha diqqəti daha da artır. Bu nişanələrlə rastlaşarkən qəlbində biganəlik, mənfi münasibət hiss edən insan anlamalıdır ki, tənəz-zülə doğru gedir. Dini ayətlərin müşahidəsindən duyulan sevinc hissi isə insanın təkamül yolunda olmasının əlamətidir və bu sevincə görə insan Allaha şükr etməlidir.

Amma bu nişanələrə nifrət edənlər də var. “Zumər” surəsinin 45-ci ayəsində oxuyuruq: Allah tək olaraq xatırlandığı zaman axirətə iman gətirməyənlərin qəlbləri sıxılar. Allahdan qeyrisi yad edildikdə isə onlar sevinərlər.” Bəli, Allahın adını eşitməklə qəzəblənəcək qədər alçalmaq olarmış. Belələri Allahın adı çəkilərkən belələri narahat olur. Qur`anda belə bir hal axirətə imansızlığın əlaməti kimi göstərilir.


BİGANƏLİK NÜMUNƏLƏRİ


Bu günün özündə də elə insanlarla rastlaşırıq ki, millət və adət-ən`ənədən dəm vurur, keçirdiyi mərasimlərə dini büdcədən (beytul-maldan) pul xərcləyir, amma Allahdan və dindən söhbət düşəndə narahat olur. Onlar yalnız öz nəfsani istəklərinə çatmaq üçün özlərini dinə yaxın adam kimi göstərirlər. Belələri dinə zidd mərasimlərə pul xərcləyir, növbə məscidə çatdıqda “qoy, məscid əhli özü çalışsın” deyir. Acı da olsa, aramızda hətta şəhid adından narahat olanlar da var. Bu insanlar dini və mə`nəvi dəyərlər üçün çalışanlara təşəkkür etmək əvəzinə onlara mane olurlar. “Kəhf” surəsinin 57-ci ayəsində buyuru-lur: “Allahın ayələri ilə nəsihət edildiyi zaman üz çevirən və etdiyi əməlləri unudan kəsdən daha zalım kim ola bilər?” Belələri susuzluqdan dodaqları çat-çat olduğu halda təklif edilən suyu dağıdan xəstəyə oxşayırlar.

“Ə`raf” surəsinin 179-cu ayəsində oxuyuruq: Onların qəlbləri varkən anlamaz, gözləri varkən görməz, qulaqları varkən eşitməzlər.” Belə xəstələr üçün ən gözəl dərman Allahın zikridir. Amma onlar öz dəvasından üz döndərir, zəlalətlərini artırırlar. Onların fikrincə artıq dindarlıq zamanı başa çatmış, insan “modernizə” olunmuşdur. Guya, kamilləşmə, həqiqət yolunda fədakarlıq, bəndənin yaradan qarşısında ibadəti köhnənin qalığıdır. Guya, bəşər tarixində quldarlıq dövrü başa çatmış və insan azad olmuşdur! Sual olunur: Yalnız Allaha itaət edən kəs azaddır, yoxsa nəfsinə və dövrün iyrənc əxlaqsızlığına qul olan kəs? Əsl Allah bəndəsi həqiqət yolunda canından keçir, amma zülmə baş əymir. Nəfsini özünə tanrı edənlər isə gündə min bir boyaya girərək insani şəxsiyyətini satır. Kimdir azad? Bu qəbil insanlar Allaha inanmır və bu inamsızlıq səbəbindən də din, mə`nəviyyat mövzusundakı söhbətlərdən narahat olurlar. Onlar hər vasitə ilə dini mərasimləri aradan qaldırmaq, insanların düşüncəsini musiqi, rəqs, əxlaqsız filmlərlə məşğul etmək istəyirlər. Hətta e`tiqadlı insanları aldatmaq məqsədi ilə öz proqramlarında tez-tez “Allah” kəlməsini işlədirlər. Hətta bə`ziləri çox cazibədar səslə Qur`an oxuyub, əməldə Qur`ana zidd hərəkət edirlər. Məgər Qur`an yalnız gözəl səslə oxunmaq üçünmü nazil olub? Mə`nasını anlayıb əməl etmədən Qur`an oxumağın faydası nədir?! Bütün bunlar şeytan fitnəsindən başqa bir şey deyil.

İnsanlara dini təbliğ edən şəxs dinə biganə olmamalıdır. Xalqı Allah zikrinə çağıran ruhaninin əməli sözü ilə uyğun gəlməlidir. Ruhaniliyə peşə kimi baxmaq əsla düz deyil.

Bir sözlə, insan hər bir əsərə baxanda onun yaradıcısını xatırlamalıdır. Sudan ləzzət alan insan bu ne`məti bəxş etmiş Allahı unutma-malıdır. “Vaqiə” surəsinin 68-70-ci ayələrində buyurulur: «Buludlardan suyu endirən sizsiniz, yoxsa biz? Əgər istəsək onu acı edərik. Bəs üçün şükr etmirsiniz İnsan hər bir məxluqa baxdıqda onun xaliqini düşünməklə qəflətdən qurtula bilər.




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin