ÅXëlxgghpxn nclplhkxn ncpxl


ON ÜÇÜNcÜ DƏRS: ZİKR ÜÇÜN ÜMDƏ MANEƏ



Yüklə 3,76 Mb.
səhifə13/33
tarix21.10.2017
ölçüsü3,76 Mb.
#8932
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

ON ÜÇÜNcÜ DƏRS:

ZİKR ÜÇÜN ÜMDƏ MANEƏ

ÖTƏN MÖVZULARA BAXIŞ


Qur`an ayələrindən aydın oldu ki, insanın süqutunun əsl səbəbi qəflətdir. İnsanın özündən, öz insani şəxsiyyətindən qəfləti onu uçuruma aparır. İnsanın özündən xəbərsiz olması onun tövhid, məad və nübüvvətdən qəflətdə olmasının nəticəsidir. Qur`an ayələri bu müddəanı təsdiqləyir: Allahı unutdular O da onlara özlərini unutdurdu.”1 Digər ayələrdən mə`lum olur ki, özünə diqqətin səmərəsi hidayət və Allaha yaxınlaşmaqdır. Qeyd etdik ki, üç inanc arasında tövhid mehvər rolunu oynayır. Başqa sözlə, məad və nübüvvətə inam tövhidə inamdan doğur. Allahı tanıyan insan anlayır ki, Allah hikmətsiz iş görməz və yaranış məqsədsiz deyil. Beləcə, Allaha diqqət yetirmək insanı məad və qiyamətə də diqqət yönəltməyə sövq edir. Allahı tanıyan insan əmindir ki, nə vaxtsa sorğuya çəkiləcəkdir.

İnsanın diqqət mərkəzində olmağı lazım olan üç əsasdan biri məad, yə`ni axirət aləmidir. Axirət aləmi Allahın insan üçün nəzərdə tutduğu son mənzildir. Ayələrdə bildirilir ki, insanın əsl bədbəxtçiliyinin səbəbi qiyamət gününü unutmasıdır. Hesab gününə inanan insan əbədi cəhənnəm əzabına düçar olmamaq üçün saleh əməllər etməyə sə`y göstərir. Dünyanı əbəs bilməyən insan əməllərinə diqqət yetirir, öz insani şəxsiyyətini qoruyur.


UNUDULMUŞ BƏNDƏLƏR


“Mu`minun” surəsinin 115-ci ayəsində qiyamət gününü unudanlara işarə ilə buyurulur: Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq hüzurumuza qayıtmayacaqsınız?!” “Casiyə” surəsinin 34-cü ayəsində oxuyuruq: Bu günlə rastlaşacağınızı unutduğunuz kimi biz bu gün sizi unuduruq.” Bu o demək deyil ki, bə`zi bəndələr Allahın yadından çıxacaq. Söhbət ləyaqətsiz insanların ilahi ne`mətlərdən məhrum ediləcəyindən gedir. Bəli, Allah Onunla görüşə inanmayanları Öz lütfündən məhrum edər. “Taha” surəsinin 124-126-cı ayələrində oxuyuruq: Hər kəs Məni yad etməkdən üz döndərsə həqiqətən yaşayışı çətin olar qiyamət günü onu kor məhşur edərik. O, deyir: Pərvərdigara, məni üçün kor məhşur etdin, axı mən görürdüm. Ona buyurular: «Sənə ayələrimiz gəldikdə onları unutduğun kimi sən unudulursan Ayədə həqiqəti anladıqları halda üz döndərənlər nəzərdə tutulur. Qur`an belə insanlara sıxıntılı həyat və`d edir. “Rə`d” surəsinin 28-ci ayəsində buyurulur: “Agah ol ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar.” Allahı yaddan çıxaranlar ruhi sakitlikdən məhrum olur, daim iztirab çəkir. Bu sıxıntı dünya həyatını zəhərə döndərir. Axirətdə isə çətinliklər lap dözülməz olur. Dünya həyatında ilahi həqiqətləri görməməzliyə vuranlar axirət həyatına kor vəziyyətdə gətirilir.

Bəli, insan üçün ən böyük bədbəxtlik Allahın nəzərindən kənarda qalmasıdır. Səadət və kamala çatmaq istəyən insan öz yaradanına qarşı e’tinasız olmur. Allahı unudan isə özünü unudur. O, nə üçün yaradıldığını və səadətə aparacaq doğru yolu unutmaqla cəhənnəmə üz tutur.


ZİKRƏ DOĞRU BİR ADDIM


Yeganə çıxış yolu qəflətdən qurtulmaqdadır. Hər bir şəxsin agahlıq dərəcəsi onun öz nəfsini tanımasından asılıdır. Agahlıq insanın öz diqqətini haradan gəldiyinə, harada olduğuna və haraya gedəcəyinə yönəltməsidir. İnsan dünyanın bər-bəzəyinə aldanaraq bu uyğun məsələlərdən qəflətdə qaldıqca öz insani şəxsiyyətindən uzaqlaşır. Yalnız tövhid, nübüvvət və məad vasitəsi ilə kamilləşə biləcək insan qəflət doğuran səbəbləri tanımalıdır. “Ən`am” surəsinin 68-ci ayəsində qəflət amilləri belə tanıtdırılır: Bizim ayələrimiz barəsində cəfəng danışan şəxsləri gördüyün zaman söhbət dəyişənədək onlardan üz çevir. Şeytan sənin yadından çıxarsa, yadına düşəndən sonra zülmkar qövmlə oturma.” Ayədən mə`lum olur ki, qəflət səbəblərindən biri şeytandır. Qur`an şeytan dedikdə İblisdən olanları nəzərdə tutur. İblis isə Adəmə səcdə etməkdən boyun qaçıran şeytandır. Amma Qur`ani-kərimdə bütün şər mənbələri, eləcə də, şər cinlər və şər insanlar şeytan adlandırılır. İnsanı təkamül, Allaha itaət yolundan sapdıran hər bir mövcud şeytandır. İblis bu şər qəbiləsinin rəisidir. Bütün şər qüvvələr onun məktəbində təhsil alır.

ZİKRİN AMİLLƏRİ VƏ MANEƏLƏRİ


Diqqət və zikrin əsas amillərindən biri Qur`ani-kərimdir. Bə`zən Qur`an özünü zikr də adlandırır: Bu yalnız zikr aşkar bir Qur`andır.”1 Qur`anın zikr adlandırılmasının səbəbi onun oyadıcı, xatırladığı xüsusiyyətə malik olmasıdır. Qur`ana bağlanan insan qəflətdən qurtulur. Agahlıq tapmaq istəyən insan Qur`anla ünsiyyət üçün xüsusi proqram hazırlamalıdır. “Qəmər” surəsində dəfələrlə təkrarlanan bir ayə var: Qəti olaraq, Qur`anı insanın nəsihəti üçün göndərdik; Görən, nəsihət götürən varmı?”2 Qur`an hər bir insanın istifadə edə bilməsi üçün olduqca sadə qərar verlidi. Bir ayənin dörd dəfə təkrar olunmasında məqsəd yalnız və yalnız insanı qəflətdən qurtarmaqdır. Əlbəttə ki, yalnız Qur`anın mə`nalarına diqqət edərək oxuduqda agahlıq tapmaq mümkündür.

Qur`anla ünsiyyət, onu dinləyərkən mə`nalarına diqqət etmək insana oyadıcı tə`sir bağışlayır. Əgər mə`nasız söhbətlərə qulaq asmaq Allahı unutdurursa, Qur`an insana Allahı xatırladır. “Ən`am” surəsinin 68-ci ayəsində buyurulur: “«Zülmkar qövmlə oturma.” Qur`ani-kərimdə ən böyük zülm şirk hesab olunur: Doğrudan da, zülm böyük günahdır.”1 Şirk olduqca böyük günah hesab olunur: Allah Ona şərik qoşanları bağışlamaz.”2



Qeyd olundu ki, şeytansifət adamlarla oturub, onların söhbətinə qulaq asmaq insanı qəflətə doğru aparır və zülm hesab olunur. Dini həqiqətlərə qarşı insanların zehnində şübhə doğuran məclislərdə iştirak etmək yolveril-məzdir haldır. Dövrümüzdə az da olsa belələrinə təsadüf edirik. Onların işi avamlarda şübhə doğuracaq suallar verməkdir: “Qur`an Allahın kitabıdır, yoxsa peyğəmbərin? Görəsən, Qur`anda səhv var ya yox?” Sonra da özləri öz suallarına şeytan-şeytan cavablar verirlər. Hətta Allahın göstərişlərinin təcrübədə sınaqdan keçiril-məsini təklif edənlər də var. Qur`an belə insanlardan çəkinməyi tapşırır. “Nisa” surəsinin 140-cı ayəsində buyurulur: Əlbəttə, kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini onlara istehza olunduğunu eşitdiyiniz zaman onlar ayrı bir söhbətə girişməyincə onlarla oturmayın. Ona görə ki, siz onların tayı olarsınız. Allah münafiqləri kafirlərin hamısını cəhənnəmdə bir yerə cəm edəcəkdir.”

MƏSXƏRƏÇİLƏR


Müsəlmanlar arasında da Qur`an ayələrini məsxərə edənlər tapılır. Onlar Qur`anın günahkarlar haqqında çıxardığı qərarlara istehza edərək deyirlər: “Axı indi modern bir əsrdir. Belə bir əsrdə şallaq vurmaq olarmı?! Bu cəzalar quldarlıq dövrünün əlamətləridir. Sivil dünyada insanı belə cəzalandırmaq olmaz!” Belə çıxır ki, bir atom bombası ilə bütöv bir şəhəri məhv etmək sivil, başqasının namusuna toxunana şallaq vurmaq isə vəhşilikdir. Demək, insanı elektrik stulunda oturtmaq mədəniyyət, şallaq isə mədəniyyətsizlikdir. Bir sözlə, Qur`ani-kərim buyurur ki, belə düşünən və belə danışan insanlarla yaxınlıq etməyin. Savadsızlıq ucbatından bu söhbətlərə uyub doğru yoldan azmaq qorxusu var. Müəllif şəxsən özü tanınmış bir ruhanidən “insanı eşşək kimi qırmaclamaq olmaz” sözlərini eşidib. Hansı ki, bu ruhani Qur`andan və Qur`anın “Nur” surəsinin 2-ci ayəsindən gözəl xəbərdardır. Bu söhbətdən on beş-iyirmi il ötüb. Bu gün eyni sözləri həmin ruhaninin şagirdləri təkrarlayır. Onlar bir tərəfdən Qur`anı qəbul etdiklərini iddia edir, digər tərəfdən Qur`anın hökmlərini köhnəlmiş sayırlar. Hansı ki, min dörd yüz il əvvəl nazil olmuş Qur`an aktual olaraq qalır. Qur`an puç sözlər danışanlarla yaxınlığı qadağan edir. Çünki təlqinin tə`sirini o hamıdan yaxşı bilir. Nahaq bir sözü şirin üslubda təkrar-təkrar eşidən insan bu sözlərə inanmağa başlayır. Təlqinin insana tə`sirindən xəbərdar olan şeytanlar da bu üsuldan istifadə edərək düşüncələri azaddır. Bu barədə mö`təbər bir rəvayət vardır: “Danışanı dinləyən insan ona pərəstiş etmişdir. Danışan Allah kəlamı danışırsa Allaha, şeytan sözü danışırsa şeytana pərəstiş olunmuşdur.”1 Bir sözlə, dinə rişxənd olunan məclislərdə iştirak etmək əsla olmaz.

“ZUMƏR” SURƏSİNDƏN İKİ AYƏ


Bə`zən yuxarıda qeyd etdiyimiz həqiqətlərə qarşı hətta Qur`an ayələrindən də istifadə edirlər. “Zumər” surəsinin 17-18-ci ayələrində buyurulur: “«O bəndələrimə müjdə ver ki, onlar sözü dinləyib, onun ən yaxşısına tabe olarlar.” İnsanları azdırmaq qəsdində olanlar bu ayələri dəlil gətirərək iddia edirlər ki, bütün sözləri dinləmək Qur`an əmridir. Sual olunur: Haqq sözlə batili seçmək qüdrətinə malik olmayan insana Qur`an hər sözü dinləmək göstərişi verərmi? Əgər Qur`an insanları doğru yola hidayət edirsə bu ayəni bütün adamlara aid etmək yanlışdır. Ayə haqqı batildən seçmək əzmində olan insanlara müraciət edir. Batil söhbətlər nadan və zəif əqidəli insanları bir anda çaşdırır. Ona görə də adi insanlar zəlalətə düçar olmamaq üçün belə söhbətlərdən qaçmalıdırlar. Qur`anda batil sözləri sadəcə dinləmək yox, bu sayaq söhbət edənlərlə yaxınlıq etməmək də tapşırılır. “Nisa” surəsinin əvvəldə qeyd etdiyimiz 140-cı ayəsinin sonunda buyurlur: Allah münafiq kafirlərin hamısını cəhənnəmdə toplayacaq.” Yə`ni bir qrup insan mö`min olduğunu güman etsə də azğın insanlarla yoldaşlıq etdiklərindən qiyamət səhnəsinə münafiq kimi gətiriləcəklər. Çünki, Allah və din haqqında deyilən batil sözlərə itaətkarlıqla qulaq asmaq mö`min sifəti deyil.

Bəs “Zumər” surəsinin uyğun ayələri kimi nəzərdə tutur? Bilməliyik ki, belə sözlərin qabağında yalnız güclü imana və dini savada malik şəxslər dayana bilər. Hər hansı batil sözə cavab vermək üçün iman və elmə ehtiyac var. Tutaq ki, Allaha, peyğəmbərə və məada iman gətirmiş bir şəxs şeytani məclisə düşür. Əgər o öz e`tiqadında tutarlı dəlillərə malikdirsə bu dəlillərə istinad etməklə özünü və olsun ki, bu məclisdəkilərin də bə`zilərini şəkk-şübhədən qurtaracaq. Amma qənaətbəxş dəlillərə malik olmayan şəxs üçün imanını itirmək qorxusu var. Müasir dövrdə kütləvi informasiya vasitələrin-dən dini həqiqətlər haqqında batil sözlərə yol verilir. Demək, sən şeytandan qaçsan da, o, məsələn, televiziya vasitəsi ilə sənin evinə daxil olur. Ona görə də hər bir müsəlman öz elmini artırmaqla özünü əks təbliğatlara qarşı hazır etməlidir.

Bəli, pis həmsöhbət və yoldaş insanı zəlalətə aparır. Həmsöhbətin təkcə e`tiqadı yox, əxlaqı da mühüm şərtdir. Günahkar insanlarla yoldaşlıq insanı dini çərçivədən çıxarır, azğınlığa sövq edir. İstər e`tiqad, istərsə də əxlaq baxımından azğın insanlardan uzaqlaşın!

Yarımın yarından var intizarım,

Dua gözləyirəm, min qınaq gəlir.

Qəfəsdəki xəstə bülbül barədə

Nə düşünür qızılquş? - maraq gəlir!
Çox deyiblər yarı gör, özün danış,

Peyk sözündə ifrat, təfrit, aldanış.

Sən ha yalvar sözçüyə “düzgün danış”,

Ağzın açdı, lap yaxın iraq gəlir.


Dərdimin dəvası dost dilindədi,

Deməsin hər nə var Yar əlindədi,

Səbəbkar da təbib məsəlindədi,

Yerə deyər, göylərdən soraq gələr.



gƏNcLƏR QARŞISINDA MƏS`ULİYYƏT


Elə bir dövrdə yaşayırıq ki, əksər ölkələrdə tə`lim-tərbiyə adı altında gənclər azğınlığa sürüklənir. Gənclərin istirahəti üçün təşkil olunmuş əksər mərkəzlərdə onları əxlaqsızlığa aparan tədbirlər keçirilir. Tələbələrə mə`nəviy-yatsızlıq təbliğ edən filmlər və konsertlər təqdim olunur. Görən, bu tədbirlər gəncliyə xidmət, yoxsa xəyanətdir? Belələrinə demək lazımdır ki, din bir yana dursun, heç olmaya dəm vurduğunuz milli adət-ən`ənələrə hörmət edin. Gənclər hər bir ölkənin sərmayəsi və gələcəyidir. Ölkənin gələcəyi üçün mə`nəviyyatsızlar ordusu hazırlamaq xəyanət deyilmi? Bu iş insani şəxsiyyətin tə`minatı olan din və e`tiqada qəbir qazmaqdır. “Bəqərə” surəsinin 191-ci ayəsində buyurulur: Fitnə qətldən daha pisdir.”

Axı bəşəriyyəti zülmətdən çıxaran din hansı əsasla mədəniyyətə zidd təqdim olunur? Əgər Allah-təala insanlara din göndərib, onlara insanlığı öyrətməsəydi insan mədəniyyət sözündən xəbərdar olardımı?! Amma bu gün mədəniyyət adı altında din və əxlaqa zidd olan filmlər çəkilir, kitab və qəzetlər çap olunr. “Nisa” surəsinin 140-cı ayəsini bir daha xatırlayaq: Allah-təala münafiq kafirlərin hamısını cəhənnəmdə toplayacaq.”




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin