Xudahafiz, komandir



Yüklə 2,36 Mb.
səhifə12/15
tarix10.01.2022
ölçüsü2,36 Mb.
#107768
1   ...   7   8   9   10   11   12   13   14   15
Səs yetdi aləminə Hüseyn imtahan verir,

Eynül-həyatı gördülər, ləb teşnə can verir...

Dəryadan dəryaya


Əziz Cəfəri qabağa gəldi və Dəclə sahilində məni tapdı.

– Çalışın, Mehdinin cəsədini tapın.

Bu gün həyatımın geridə qalan ən acı günü idi. Heç bir işə əlim yatmırdı. Özümə söz vermişdim ki, Mehdinin pak bədəni tapılmayınca buradan tərpənməyəcəm.

Hava qaralanda başqa iki nəfərlə birlikdə özümüzü Dəcləyə vurduq. Qayıq yavaş-yavaş irəliləyirdi. Mehdinin qayığı partlayan bölgənin sahilini axtarmaq istəyirdik. Həribə şəhərciyinin qarşısından Dəclənin qərb sahilini axtarmağa başladıq. Bu qaydada Kisei bölgəsinin o tayına qədər axtarmalı idik.

Gözlərim qamışlıqların arasını gəzirdi. Əmin idim ki, Dəclənin əyilməsi və axarın sürəti cəsədin Kisei bölgəsinin sahilinə vurmasına səbəb olacaq.

Düşünürdüm ki, Mehdinin cəsədini bu ətrafda tapacağıq. Amma nə qədər axtardıqsa, bir nəticə əldə edə bilmədik. Təhlükəli olsa da suyun üzündə gördüyümüz hər bir qaraltıya işıq salır və Mehdi olub-olmamasından əmin olmaq istəyirdik. Deyəsən, qayıqdan və cəsəddən bir xəbər yox idi. Artıq ümidimizi itirmişdik. Bu an düşmən bizim orada olduğumuzu anladı və atəş açdı. Uşaqlardan biri yaralandı. Bir güllə də mənə nəsib oldu.

Axtarmaq əbəs idi. 31-ci Aşura diviziyasının komandiri suya qarışmış və ondan bir neçə sətir aşiqanə vəsiyyətnamədən başqa bir nişanə qalmamışdı. Su çör-çöpü sahilə vurur, gövhəri isə dəryaya aparır. Suyun təbiəti əzəldən belə olub.1



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin