Xudahafiz, komandir



Yüklə 2,36 Mb.
səhifə13/15
tarix10.01.2022
ölçüsü2,36 Mb.
#107768
1   ...   7   8   9   10   11   12   13   14   15

Vəsiyyətnamə


Ya Allah, ya Məhəmməd, ya Əli, ya Fatimeyi-Zəhra, ya Həsən, ya Hüseyn, ya Mehdi (ə) və sən ey vəlimiz Ruhullah və siz ey şəhidlərin sadiq ardıcılları!

İlahi, necə vəsiyyətnamə yazım, bir halda ki, başdan-ayağa günah, təqsir və üsyanam? Sənin mərhəmət və əfvinə ümid bəsləsəm də dünyadan bağışlanmamış getməyə qorxuram. Gedişimin xalis olmamasından, dərgahına qəbul olunmamaqdan qorxuram. Ey əfv Tanrısı, ey Allahım, məni məndən razı olmadan öldürmə! Vay, günüm qara olacaq! İlahi, Sən necə də sevimli və ibadət olunasısan! Əfsus ki, anlamadım.

Ey İmam Hüseyn, şəfaət! Ah, insanın Rəbbinin görüşünə hazır olması necə də gözəldir! Nə edim ki, əliboşam! İlahi, Sən məni qəbul et!

Salam olsun Ruhullaha, hazırkı dövrdə, zülm və cövr əsrində, küfr və ilhad əsrində, İslamın və gerçək ardıcıllarının məzlum olduğu əsrdə bizi xilas edənə! Əzizlərim, gecə-gündüz bu nemətin sadiq əsgəri olmaq üçün şükür etməliyik. Daxili vəsvəsələrin və dünyaya aldanmağın təhlükəsini bilməli, əməldə ixlasa önəm verməliyik. Çıxış yolu yalnız bundadır.

Ey İmam Hüseyn aşiqləri, şəhidliyə qucaq açmaq lazımdır. Yanaqlar onun şövqündən qızarmalı, ürək döyüntüsü artmalıdır. İmamın fərmanlarını anlamalı və onlara əməl etməliyik ki, bəlkə şükür etmək missiyamızı həyata keçirmiş olaq.

Anama, bacılarıma, qardaşlarıma və qohumlarıma vəsiyyət!

Bilin, İslam yeganə nicat və səadət yoludur. Həmişə Allahı xatırlayın. Allahın əmrlərinə əməl edin. İmama dəstək olun, ona ürəkdən təqlid edin. Dualara, İmam Hüseyni və şəhidləri anım məclislərinə çox önəm verin. Çünki bu, səadət yolu və axirət azuqəsidir. Həmişə Hüseyn və Zeynəb sayağı tərbiyə alın. Onların missiyasını öz missiyanız bilin. Övladlarınızı da belə tərbiyə edin ki, İslam üçün imanlı və şəhadəti sevən əsgərlər, Əbülfəzl varisi, saleh ələmdarlar kimi yetişsinlər. Məndən inciyən, boynumda haqqı olan hər kəsdən məni bağışlamasını istəyirəm və ümid edirəm ki, Allah məni bu qədər çox günahla bağışlasın!
İlahi, məni pak və pakizə qəbul et!

Mehdi Bakiri




Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin