Kim.IX.7. Şagird ətraf mühitə müşahidə edə bilər və əldə etdiyi göstəriciləri kimyəvi nöqteyi-nəzərdən qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Turşular, əsaslar və neytrallaşma barədə əldə etdiyi bilikdən istifadə edir və torpaqların turşuluğunun azaldılması/əkinə yararlı hala salınması planlarını əks etdirirsə;
Müxtəlif təsviredici vasitələrlə turşu yağışlarının başvermə prosesini təsvir edirsə (şəkil, diaqram, reaksiyanın sxemləri);
Turşu yağışlarının orqanizmlərə və materiallara mənfi təsirinin nəticələrini təsvir edir və turşu yağışlarının səbəb olduğu oksidlərin ayrılmasının azaldılması yollarını əks etdirirsə;
Havanın və suyun çirklənməsinin öyrənilməsini və nəzarət metodlarını təsvir edirsə, yaranmış problemlərin həlli yolları barədə mülahizələr yürüdürsə;
Qlobal istiləşmə/parnik effekti/ozon deşikləri barədə informasiya əldə edir, səbəblərini araşdırır (məs., yanacağın yanması), müvafiq sübutlar gətirir, işi təqdim edərkən terminlərdən adekvat istifadə edirsə.
Dostları ilə paylaş: |