Fiz.güc.VII.3. Şagird mexaniki hərəkət barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Verilmiş sürətlə hərəkət edən cismin keçdiyi məsafənin vaxtdan asılılığı cədvəlini tərtib edir və verilmiş cədvəldən istifadə etməklə cismin sürətini tapırsa;
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan standart və qeyri-standart məsələlərin həllində adekvat istifadə edirsə.
Fiz.güc.VII.4. Şagird asan müşahidə olunan güclər və onların təsirinin nəticələri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Cisimdə yaxın (məs., dartınma və ya tərpənmə) və yaxın olmayan (məs., yer kürəsinin cazibəsi, maqnitlərin qarşılıqlı təsiri) hərəkətlərlə baş vermiş hərəkət misallarını gətirə bilirsə;
Cisimlər arasında qarşılıqlı təsiri təsdiq edən misallar gətirirsə;
Vektoru və vektorlu fiziki kəmiyyətləri izah edirsə. Qüvvələr misalında bir xətt boyunca istiqamətlənən vektorların toplanmasını müzakirə edirsə;
Gündəlik həyatdan təbiətdə mövcud olan qüvvələrin aşkara çıxması misallarını gətirir və onların əhəmiyyəti barədə mülahizə yürüdürsə;
Müxtəlif cismin hərəkətini müşahidə etmək üçün sınaqlar keçirir, ona təsir edən gücləri (ağırlıq, sürtünmə, elastiklik, itələmə qüvvələri) təsvir edir və sxematik əks etdirirsə;
Sınaqlar keçirir, müvafiq nəticələr çıxarır və Huk qanununu kəmiyyətcə formalaşdırırsa;
Sınaqlar vasitəsi ilə cisimlərin suyun səthində qalxmasını, üzməsini, batmasını müşahidə edirsə. Nəticələri təhlil edir və Arximed qanununu kəmiyyətcə formalaşdırırsa;
Arximed qanunundan istifadə etməklə cismin həcmini və bərkliyini ölçə bilirsə;
İtələmə və sürtünmə qüvvələrinin orqanizmlərin üzməsinə təsirini əlaqələndirməyi bacarırsa;
Konkret məsələni həll etmək üçün (məs., sürtünmə qüvvəsini artırmaq və ya azaltmaq, itələmə gücünü dəyişmək) mümkün sxem və ya model yaradır və təqdim edirsə;
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan standart və qeyri-standart məsələlərin həllində adekvat istifadə edirsə.
Dostları ilə paylaş: |