Təb.I.8. Şagird öz mühitinə münasibəti əks etdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müəllimlə birlikdə məktəb həyətində davranışın adi qaydalarının işlənib-hazırlanmasında iştirak edir və onlara əməl edirsə;
Şəxsi əşyalarını, sinif yoldaşlarının əşyalarını və məktəb inventarını qoruyur və qulluq göstərirsə;
Təmiz və çirkləndirilmiş ətraf mühiti fərqləndirirsə, sözlə və ya inşa vasitəsi ilə konkret mühitə münasibətində öz əhval-ruhiyyəsini təsvir edə bilirsə;
Ətraf mühitdə təmizliyi qoruyursa və bu məqsədlə öz hərəkətlərinin əhəmiyyətini təsvir edirsə (məs., məişət tullantılarının yerləşdirilməsi);
Xoşladığı əşyalara, elmlərə və heyvanlara öz münasibətini yoldaşları ilə bölüşürsə və onları onun üçün nəzərə çarpan əlamət-xüsusiyyətlərlə xarakterizə edə bilirsə;
Konkret mühitin insanlarını aktivlərə əsasən (məs., yataq otağı – yuxu, sinif otağı-dərs) təsvir edir və qruplaşdırırsa.