Cisimlərin mexaniki rəqslərini öyrənmək üçün sınaqlar planlaşdırır və keçirirsə, müvafiq ölçmələr aparır və rəqslərin xarakterik kəmiyyətləri arasında əlaqəni təsvir edirsə;
Rezonans hadisəsini təhlil edirsə, məişət həyatından bu hadisəni əks etdirən faktları sadalayırsa;
Sınaqlar keçirir və səsin yaranması və yayılmasını müşahidə edirsə, səs mənbəyi misallarını sadalayırsa;
Müxtəlif mühitdə səsin yayılmasının sürəti barədə informasiya toplayır, bir-biri ilə müqayisə edir və onlar arasında mövcud olan fərqlərin səbəbləri barədə arqumentli ehtimal söyləyirsə;
Heyvanlar və insanlar tərəfindən dərk edilmiş səsin tezliyi barədə informasiya toplayır, təhlil edir və müxtəlif təsviredici üsullarla təqdim edirsə;
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan standart və qeyri-standart məsələlərin həllində adekvat istifadə edirsə.