Təb.II.5. Şagird tanış mühitdə istiqamətlənə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Müşahidə əsasında evdən məktəbədək yolu təsvir edirsə; yolda mövcud olan onun üçün əhəmiyyətli istiqamətləri (süni və ya təbii obyektləri) qeyd edirsə; göstəriciləri şəkil formasında təqdim edirsə;
Tanış mühitdə (məs., ev, məktəb, həyət, park) ona əhəmiyyətli olan istiqamətləri seçə bilirsə. Obyektlər arasında marşrutları təsvir edə bilirsə;
Tanış ərazidə istiqamətlənmək üçün sadə təlimatlar icra edir və özü də belə təlimatlar (ən çoxu 3-4 istiqamətin) verə bilirsə (məs., məktəbin ərazisi).
Dostları ilə paylaş: |