Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,1 Mb.
səhifə26/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   22   23   24   25   26   27   28   29   ...   77
ƏŞİRƏT DÖVRÜ
Birinci parça
ƏŞİRƏT DÖVRÜ QAFQAS VƏ AZƏRBAYCANDA

ƏDƏBİ HƏYATIN BAŞLANĞICI
Qafqas və Azərbaycana gələn köçəbə türklər ilk zamanlar əhəmiyyətsiz bir azlıq – əqəliyyət təşkil ediyorlardı. Zaman keç­dikcə yeni-yeni gələn başqa oğuz qövmləri sayəsində İranın bü­tün şimal qismi ilə Qafqazda qüvvətli və mütləq bir əksəriyyət vücudə gətirdilər1. İrana gələn oğuzlar yalnız məmləkətimizin şimal parçasında və Qafqazda yerləşməklə qalmıyorlardı. Eyni za­manda İranın içərilərinə doğru da soxulub oralarda dutunu­yor­lardı. Hətta İranın içərilərinə doğru da soxulub oralarda dutunu­yorlardı. Hətta İranın qərb sərhədini keçib də İraqa, Anadoluya, Şimali Suriyayə qədər nüfus ediyorlardı.

Bunlar əksəriyyət etibarilə Azərbaycan və Qafqas topraq­la­rında otlaqdan-otlağa, yaylaqdan-qışlağa qona-köçə əşiri həyatla­rını davam etdirirkən nəhr, göl, dəniz sahillərində də iskan edi­yorlardı, toprağa yerləşiyorlardı və həyatlarını müstəqər (durucı) bir çalışma sayəsində qazanmaq üsulunu yavaş-yavaş qəbul ediyorlardı. Bu sürətlə zaman ilərilədikcə oğuzlar köçəbəlikdən kənd (köy) həyatına doğru gediyorlardı. Daha doğrusu, əşiri cəmiyyət həyatını tərk edərək dərəbəglik dövrəsinə giriyorlardı.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin