Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 1,1 Mb.
səhifə35/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   31   32   33   34   35   36   37   38   ...   77
Qorqud kimdir?

Qorqud kitabının lisanı və ədəbi mahiyyətini təhlilə başla­ma­dan əvvəl onun şəxsiyyətini təyin etmək daha faydalı olur.



Qorqudun surətinə aid ilk məlumat verən öz kitabıdır. Qor­qudun kitabını kopiyə edən adam, kitabın başında Qorqudun hic­rə­tinin ilk əsrlərində Bayat qəbiləsindən yetişdigini bu sətirlərlə izah ediyor: “Rəsul əleyhüssəlam zəmaninə yəqin Bayat boyin­dən Qorqud ata derlər bir ər qopdı. “Oğuz bilicisiydi nə dersə olurdı”.

Bu ifadəyə baxılırsa Qorqudun VI əsrə yaxın zamanlarda yaşadığını qəbul etmək lazım gəlir. Bu nöqtə üzərində çalışan A.Tumanski köhnə Xivə xanlarından Əbülqazi Bahadurın yazdığı “Şəcərəyi-ətrak”ə istinadən böylə bir təhlil yapıyor: “Qorqud, Sa­lur Qazanın müasiridir. Halbuki Salur Qazan Məhəmməddən üç yüz il sonra yaşamışdır. Buna görə Qorqud da hicrətin üçüncü əsrində yaşamış deməkdir”.

Yenə Tumanskinin verdigi məlumata görə: Seyhunun aşağı cəhətlərinə gəlüb yerləşən oğuz türkləri öz qəbilələri içində İnal adında birisini rəis seçirlər. Qorqud Ata da müşavir oldu. Qorqud ondan sonra daha dörd xana1 xidmət etmişdir ki, bu zamanlar Abbasi xəlifələrinin hakimiyyəti dövrünə təsadüf ediyor. Qorqud Ata doxsan beş yıl yaşamışdır”.

“Qorqud kitabı” ilə “Tarixi-Ali Səlcuq”un, Qorqudun yaşa­dığı zaman haqqındakı məlumatlarına yaxlaşan bir rəvayət daha var; Buna görə Dədə Qorqud, ərəb xəlifəsi Əbubəkr zamanında Türkistandan Ərəbistana getmiş və guya orada müsəlman dinini qəbul eyləmişdir. Bu müxtəlif rəvayət zaman etibarı ilə bir-birinə yaxın olsa da, aralarında yenə xeyli məsafə vardır. Bir də Tumanskinin müşavir sifətilə göstərdigi Qorqudun bizim Qorqud da olub-olmadığı da müvaxəzə ediləcək bir şeydir.

Rus müstəşriqləri içində Qorquda ilk əhəmiyyət verən Bar­tolddur. Bu xüsusdə 1894-cü ildə nəşr etdigi birinci məqaləsində əfsanəvi (легендарный) Qorqudun tarixi bir şəxsiyyət olub-olmadığı haqqında yapdığı tədqiqatda ərəb tarixçilərindən İbn əl-Əsirə istinadən Bayatların mənsub olduqları oğuz zümrəsinin vaqtilə başında durmuş olan Qorqud bin Əbdülhəmidi yad ediyor.

1911-də rus İmperatorluq Arxeoloji Cəmiyyətinin şərq şöbə­si nəşriyyatında Qorqudun tarixi həyatını araşdıran K.İnostrant­sev İbn əl-Əsir ilə XII əsr müəlliflərindən İmadəddin İsfəhani, Cürcani və Qəzviniyə istinad edərək Qorqud adında tarixdə rol oynamış siyasi bir şəxsiyyət arayor; o da kəndisindən on bir yıl əvvəl V.V.Bartold tərəfindən xatırladılan Qorqud bin Əbdülhə­midi buluyor.

Qorqud bin Əbdülhəmid sonradan cənuba axan müxtəlif oğuz qəbilələrinin daha əvvəlcə köçüb də bir qismi indiki İranın şimalını işğal edən Səlcuq imperatorluğunu təşkil edən əski oğuz rəislərindən Sultan Səncərin ordusunu məğlub və Xorasan ordu­sunu alt-üst etdikləri zaman 1153-1154-də (B.A.) Trokovski: qə­dim dövrlərdə Mavəray-i Xəzər cəhətləri; A.Müller: İslam tarixi) oğuzların “Boz oq” qisminin rəisi olmuşdur1.

Инострантсев tədqiqatının sonunda nəhayət bu nəticəyə va­rıyor: “Biz əfsanəvi Qorqudun şəxsiyyətində oğuzların tarixi hə­yat­larının ən mühüm anında, onların başında duran tarixi Qorqu­dun əksini görüyoruz” (Rus İmperatorluq Arxeoloji Cəmiyyətinin şərq şöbəsi nəşriyyatı, cild 20).

Bəzi ədəbiyyat müvərrixləri ilə türkoloqlarda tühaf bir psi­xoloji var: xalq arasında az-çox əfsanələşmiş bir şəxsiyyətin hə­qiqi hüviyyətini bulmaq istədikləri zaman haman xanların, paşa­ların şəcərələrini araşdırmağa başlayırlar. Onun başqa xalq si­niflərindən bir fərd xatırlarına pək də güclən ilə gəliyor. Tama­milə əski burjua fikri tərbiyəsinin saiqəsilə hasil olan bu tələqqi İnostrantsevi də Oğuz xanlarının silsiləsi içində dolaşmağa məcbur etmişdir.

İkincisi: Vaqeən V.V.Bartold ondan çox əvvəllər və ilk dəfə olaraq Qorqud bin Əbdülhəmidi xatırlatmışdısa da, bizim Qor­qudun qəti surətdə bu zat demək olduğunu iləri sürməmişdi. İnostrantsevin bu fikri qəti bir şəkilə soxmasından sonra Bartold özü Dədə Qorqud ilə Qorqud bin Əbdülhəmid arasında eyniyyət bulmanın yanlış olduğunu izah etdi2.

Ümumi tədqiqlər tərəfindən Qorqudun Qorqud bin Əbdül­həmid olmadığı fikrini qəbul edildigi üçün Dədə Qorqud əfsanəvi bir mahiyyətdə qalıyor. O halda Qorqudu bu mahiyyət içində tədqiq eyləmək icab edər.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin