§7. “Qazılıq Qocə oğlı Yegnək” boyu: Qazılıq Qoca Bayındır xandan alaraq Qara dəniz sahilindəki Düzmürd qələsi təkfurunə saldırır; fəqət məğlub və əsir olur. On altı sənə əsarətdə qalır. Oğlu Yeknək on beş yaşınə girincəyə qədər atasının əsir olduğunu ondan saxlarlar. Böyüyüncə bunu ögrənir və Bayındır xanın müsaidəsilə ordu toplayaraq Düzmürdə gəlir və atasını qurtarır.
§8. “Basat Təpəgözü öldürdügü boyu”:Təpəgöz degilən bir adam oğuzlara düşmən kəsilir. Bu adam xurafi şəkildə qüvvətə malikmiş. İnsan yeyirmiş. Oğuzlar bundan qurtulmaq üçün Dədə Qorqud vasitəsilə gündə iki adam, beş yüz qoyun vermək şərtilə müqavilə yaparlar. Bir gün hərbdən dönən Basatın yanına bir qarı gəlir; bir danəcik olan oğlunun Təpəgözdən qurtarmasını rica edər. Basat da silahlanıb gedər. Xürafi mahiyyətdə olan bir çox xariqüladəliklərdən sonra, Təpəgözin tək gözünü dələr, nəhayət başını kəsər. Bu surətlə oğuzları təhlükəli bir düşmandan qurtarır. Bu mənqəbədə islamiyyətin xürafi təsiri var.