Яли Камали архивиндяки «Короьлу» дастанынын


§12. “İç Oğuz Taş Oğuz asi olub Beyrək öldügü boyu”



Yüklə 1,1 Mb.
səhifə52/77
tarix10.01.2022
ölçüsü1,1 Mb.
#107923
1   ...   48   49   50   51   52   53   54   55   ...   77
§12. “İç Oğuz Taş Oğuz asi olub Beyrək öldügü boyu”: Qazan xan ənənə mocibincə İç Oğuz bəgləri ilə Taş Oğuz bəg­lərinə qonaqlıq verərdi. Fəqət bir dəfə yalnız İç Oğuz bəglərini çağırdı. Bundan Taş Oğuz bəgləri darıldılar və Qazanın yanınə gəlməzlər. Dəvət üzərinə də Taş Oğuz bəglərinin rəisi Uruz get­məz. Beyrəki də öz tərəflərinə çəkmək istərlər, qəbul etməz. Uruz onun bacağını qoparır; Beyrək ölür. Bunu gəlib Qazana xəbər verirlər. Qazan da ordu toplayıb gedər. Nəticədə Uruzun başını uçururlar. Taş Oğuzlar də Qazana təkrar ittihaq edərlər.
Qorqud” kitabının dilcə mahiyyəti

Əsər səciyyə etibarilə bu gün Şərqi Oğuz ləhcəsi deyilən Azər­baycan türkcəsinin ümumi xətlərinə havidir. Kitabdakı bəzi kəlmələr və fel şəkilləri bu günkü ləhcəmizdən düşmüşsə də əhə­miyyət etibarilə bu kəlmələrə ədəbiyyatımızın müxtəlif dövr­lərə aid məhsullarında təsadüf edilməkdədir. Yalnız kəlmələrin məna­sı degil cümlədəki mövqeyini xüsusi təbir və ifadələrin əksərisi şəkil etibarilə indi böylə xalq dilində yaşıyor:

“Oğuz bəgləri bir yerə gəlüb yığnaq olmağə başladı” (səhifə 7). “Qərə qoyun yəxnisindən önə gətürin yersə yesün, yeməzsə tursun getsün” (səhifə 8). “Bunlər böylə edəcək Bay Burə bəgin acığı tutdı” (səhifə 21). “Semiz qoyun, arıq toğlı bayırdə qalsə qurt gəlüb yeməzdi” (səhifə 33). “Bəli baş kəsdi, qan tökdü, adam axtardı”, (səhifə 41). “Adaqlusinə aparın görsün ol yəxşi bilür zi­ra ol dikübdür” (səhifə 50). “Səxt olmıyayım on altı ildir kim ba­bayın tutsağıyın ata-anayə, qavmə qardaşə həsrətəm” (səhifə 52). Xanını Qazandan mana buyruq oldu, mana kimsə tolaşmaz (səhi­fə 51). “Gurəşdə mən səni basmadımmı” (səhifə 64). “Beyrəkin ata­sınə anasınə muştuluğə çapar getdi” (səhifə 65). “Əmcəgin ağ­zınə verdi bir sürdi olancə südini aldı” (səhifə 121).

“Qorqud” da bəzi kəlmələr var ki, bu gün onları biz qollan­maqla bərabər, onların bir çoxuna məşhur Melioranskinin XIII əsrdə Azərbaycan qitəsində yazıldığını iddia etdiyi “Kitab həli­yə­tül-insan və həmbətül-lisan”da təsadüf ediyoruz.

“Qorqud”un bir çox təbirləri pək əskidir. Məsəla, “gerçək­lərin üç atız (otuz) on yaşını toldursəyin” on otuz on yaşındə tol­sun” cümlələrinin yüz və bin saylarının yad edilişi cəhətindən Or­xon kitabələrinin ifadəsinə yaxlaşıyor.

Kitabın kəlmələri ümumiyyətlə xalis türkcədir. Ərəbcə və farscə kəlmələr qayət azdır. Hətta bu gün bütün adlarımız ərəbcə olduğu halda Qorquddakı adamlar üç müstəsna ilə həp türkcə ad daşıyorlar. Diqqət ediləcək bir şey olduğu üçün kitabdakı bütün adları buraya nəql ediyoruz:

Burlə Xatun, Çiçək, Selcan Xatun, Dersə, Buğac, Bay Burə bəg, Bayındır, Salur, Qazan, Ulaş, Uruz, Yapuğ, Qiyan, Selcək, Don­dar, Qarabudaq, Qaragünə, Beyrək, İlek, Qoca, Alp Ərəp, Bam­sı, Dəli Qarcar, Qısır Yengə, Uşun Qoca, Mahaq, Əmən, Səkrək, Yekrək, Tərs Uzamış...

“Qorqud” kitabının türkcəmizin ümumi quruluşu etibarilə göstərdigi əskikligi daha qolay ayırd edə bilmək üçün burada sərf-nəhvini qısaca tədqiq edəcəgiz:

Şəxsi zəmirlər: bən-mən, sən, o-ol, biz, siz, an-lərdir.

Məsdərlər hazırda qollandığımız şəkildədir. Tək-tük təcili məsdərlərə də rast gəliniyor: “Mana bir qız alı ver kim mən yer­dən turmadın...” Müzare: “Asl maddənin sonuna “ur” “ar” lahə­qə­lərinin (?-B.Ə.) əlavəsilə hasil olan müzare”, “Qorqud”da qarı­şıqdır. Bu gün “ar” əlavəsilə yapdığımız müzare, Qorqud də urlə və “ur”la həqəsilə yapdığımız “ar”lə təşkil edildigi də vaqedir.

Halın təşkilində Osmanlı türkcəsində olduğu kibi əsl maddə­nin sonuna “yor” gəlməz; “ir-ur” (Bilürmisiz Qazana necə heyf eyləmək gərək).

Nəqli-mazisi şəklində “miş” lahəqəsi yerinə “üb”, mənfisin­də “məyub”, “mayub” qollanılır (qan tökübdür, çələdi alibdır). Ha­liyə rəbt siğəsi “rək-raq” degil, “ub-ubən-uban”dır. (Kabən kob məni ol yigidə versən), (Dədəm Qorqud gəlübən şadlığ çal­dı), (ət basuban qan sıxıruz).

Əmri-mazi yalnız məsdərin asl maddəsindən ibarət qalmı­yor. Sonunə “gil”, “ğıl” alıyor (Qərə ayğırın cilavsini mana tutğıl yigit), (Dört yanını kafər bəğlədi, bölmü bilgil). Bugünkü ləhcə­mizdə isə “gilən-ğılan” şəklindədir. Mənfi şəklində son lahəqədə əvvəl “mə-ma” gəliyor.

İzafətdə müzafi-əleyhin sonuna “n” (sağır nun) yerinə “n”-də buluyoruz.

Müzareyi-mütəkəllim şəklində “rin”, “yayın”, mənfisində “məzin” ədatını alır. “Mən sana bu ağaclə yemək pişüririn”. “Əgər mənim evimi qurtaracaq olursə səni əmiraxur eyləyəyin”. “Mən yerindən də adam ögməzin”.

Müzareyin müxatibi-cəmisi “siniz”lə degil “siz” ilə yapılı­yor. Bu şəkil indi belə əhalimiz ağzında yaşamaqdadır. “Xoşmı­ğız-əsənmisiz”.

Rəbti siğalarındə təqibiyyə halı “-icə-incə” olmaz”, -cək, -gəc” alır. “Böylə dekəc Qazanın əqli başından getdi”. “Dəstmalı gözinə səlcək gözi açıldı”. İkinci şəkil hala yaşıyor.

Müzarenin iltizamiyi-siqəsində mütəkəllim bəzən “əyin-ayın”, -yəm-iyəm, bəzən də indiki kibi yalnız “m” alır. “Qız qal­qə oynayə mən qopuz çalım”. “Ağan Qazanın namusunu sındı­rayınmı”, “görəyim, Oğuzda mənim dostum, düşmənim kimdir?

Müzarenin nəqli-mazisinin -dən, -dan yerinə bəzən –“dın”-dır. “Mana bir qız alı ver kim mən yerimdən turmadın ol turgəc gərək”.

Məful-əleyh məful-müə yerində də görüyoruz: “Qılıcə toğ­ra­nayım”. Məfuli-müə ədatı bəzən “lən”dir. “Sağilən solunə göz gəzdirdi”. Müzaf-ileyhin sonundə “-n”, yerinə -“n”də yazılıyor. “Qərə ayqırın cilavsi”.

Sifət nisbəti indi olduğu kibi “-çi” degil “-ci”dir: “aqınca”, “muştılıqcı”.

Zərflər: incə, niyə, ardıncə, dəkin (dək, qadar, bəlli qaru (geri), qəçən-qaçan.

Kəlmələrin fail, məfulin cümlədəki yeri ləhcəmizin indiki şəkli kibidir. Tək-tük kəlmələr də bəzi hərflər dəyişikdir. Bilmək məsdərinin “-K”yi, “-ğ”dır: “binməğ” kimi. “Kiçik” kəlməsinin sonundakı kaf qoydur: “Kiçi” deyə qollanıyor. Bizim qaranlığ dedigimiz kəlmə “qarankulı” şəklində qollanılıyor.

Kəlmələrin tərkibində az-çox fərq seçilə bilməklə bərabər ki­tabda müstəqər bir imlanın bulunmayışı, bir kəlmənin müxtəlif şəkillərdə yazılması, sərfcə təhlili gücləndirməkdədir. Bununla bərabər bu gün ədəbi türkcəmizə görə görülən fərqlər əvam türk­cəsində tamamilə mövcuddur.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin