BAŞLANĞIC AZƏRBAYCAN-AZƏRİ-OĞUZ TƏBİRLƏRİNİN MƏNŞƏYİ İLƏ İNTİŞARI HAQQINDA ÜMUMİ BİR TƏDQİQ Ədəbiyyatımızın qədim dövrlərinə soxulub də təhriyyat ilə məşğul olunduğu zaman təsadüf edilən əngəllərdən birisi də “Azərbaycan” təbiri ətrafında hərəkət etməkdir. Yeni təşkil edilən Cumhuriyyətimizə də bu adın verilməsi, kəlmənin müxtəlif dövrlərdə qarışıq mənalar almasını mocib ediyor ki, təbirin iradəvi mövqeyini bir qat daha gücləndiriyor. Fəqət biz ədəbiyyat tariximizin elmi mahiyyətdə olmasına çox əhəmiyyət verdigimiz üçün tədqiqatımız əsnasında bu kibi əngəlləri də elmi mənşələrə bağlamaq məcburiyyəti hasil oldu; bu müqəddimənin bir tətəbbönamə mahiyyətində olmasına səbəb də bu məcburiyyətdir.