Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə46/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   103
1846-cı il 6 dekabr reskripti. Rusiya hökumətinin milli və dini cəhətdən ona yad olan və işğal dövründə əksəriyyəti Rusiyaya düşmən münasibət bəsləyən ali müsəlman zümrəsi ilə bağlı siyasəti dəyişkən səciyyə daşıyırdı. XIX əsrin 30-cu illəri 40-cı illərin əvvəllərində hökumətin ali müsəlman zümrəsi ilə bağlı hazırladığı layihələrdə bu zümrəni tamamilə ləğv etmək, Şimali Azərbaycanda çarizmin əsas dayağı olacaq “təbii rus zadəganlığı” yaratmaq ideyası qırmızı xətt kimi keçirdi. Hökumət bölgənin bütün torpaq- lannı 5 iri rus zadəganı arasında bölüb, burada iri təhkimçilik təsərrüfatları yaratmaq və müsəlman ali zümrəsini məhv etmək planlan üzərində baş sındırırdı. Bu plan rus zadəganlannm Cənubi Qafqaza gəlmək istəməməsi səbəbindən baş tutmadı.

1841-ci ildə hökumət Azərbaycan bəy və ağalanmn torpaq hüquqları üzərinə total hücuma başladı. İlk əvvəl Qafqazm Baş İdarə Şurası xüsusi bir sənəd hazırlayıb, “Zaqafqaziya diyarının quruluşu Komitəsi”nə təqdim etdi. Komitə tərəfindən 1841-ci il aprelin 25-də təsdiq olunan bu sənədi çar I Nikolay 23 may 1841-ci ildə qanun şəklində imzaladı. Bu qanuna görə Qazax, Şəmşəddil, Borçalı ağalarının ixtiyarında olan kəndlər müsadirə olunur və əvəzində kəndlilərin hesabına ağalara ömürlük təqaüd təyin edilirdi. Çar tərəfindən təsdiq edilmiş 28 may 1841-ci il fərmanı ilə Xəzər vilayətinin bəylərinin tiyul torpaqlarının əllərindən alınması və əvəzində onlara təqaüd ödənilməsi qərara alınmışdı. Hər iki qərar Azərbaycanın sahibkar kəndində böyük narazılıqla qarşılandı. Dövlət vergilərini ödəyən kəndlilərin üzərinə indi də ağa və bəylərin təqaüd xərcləri qoyulmuşdu. Bəylərin və kəndlilərin çar hökumətinə qarşı bir cəbhədə birləşərək çıxışlara başlaması hökuməti bərk təşvişə salmışdı. Cənubi Qafqaza xüsusi yoxlama üçün göndərilən hərbi nazir A.İ.Çemışev hökumətin bu addımının “səhv olduğunu” etiraf etdi və nəticədə “təbii rus zadəganlığı” yaratmaq planı boşa çıxdı. Çar I Nikolayın fərmanı ilə 1843-cü ildə ali müsəlman zümrəsinin yaradılmasına icazə verildi və çar Qafqaza göndərdiyi canişini M.S.Vorontsova bu zümrənin hüquqlarını tənzimləyəcək qanun layihəsini hazırlamağı şəxsən tapşırdı.

M.S.Vorontsovun sədrliyi ilə hazırlanmış qanun layihəsi 6 dekabr 1846-cı ildə çar I Nikolay tərəfindən canişinin adma reskript (buyruq) şəklində imzalandı. 6 dekabr 1846-cı il reskripti 12 maddədən ibarət olub, 10-u bəylərin torpaq hüquqlarından, 2-si isə bəy - kəndli münasibətlərindən bəhs edirdi.

Reskriptə əsasən bəylərin nəsli sahibliyində olmuş və indi də onların ixtiyarında qalan torpaqlar (mülk, tiyul və s.) üzərində onların tam irsi mülkiyyətçilik hüququ təsdiq olunurdu. Xan, bəy və digər torpaq sahibləri öz mülklərini nəsildən-nəslə ötürə, sata, bağışlaya, hər hansı şəkildə alqı-satqıya qoya bilərdilər. Yeganə şərt torpağı alan şəxsin ali müsəlman zümrəsinin nümayəndəsi olması idi. Qazax, Şəmşəddil, Borçalı ağalannm da müsadirə edilmiş bütün torpaqları çarın “xüsusi iltifatı” kimi onlara qaytarılırdı. Reskriptə görə bundan sonra rəiyyət, rəncbər, xalisə, nökər, əkər və başqa müxtəlif adların yerinə kəndlilərə ümumi bir ad “mülkədar tabelisi” adı verilirdi.

6 dekabr 1846-cı il reskripti ilə rus hökuməti ali müsəlman zümrəsinin torpaq hüquqlarını təsdiq etdi və ona münasibətini qəti şəkildə müəyyənləşdirdi. Hökumət ali zümrənin simasında özünə bölgədə sosial dayaq yaratmaq siyasətində ilk ciddi addımını atdı. Nəticədə ali müsəlman zümrəsi torpaq hüquqları baxımından Rusiya zadəganları ilə bərabər hüquq qazandı. Lakin ali müsəlman zümrəsi heç bir zaman silki imtiyaz və şəxsi hüquqlar baxımından nəinki rus, heç gürcü zadəganları ilə də bərabərləşdirilmədi. Belə bərabərlik Şimali Azərbaycanın bəy və ağalanna diyann idarə edilməsində vəzifələr tutmaq hüququ verə bilərdi. Ancaq ali müsəlman zümrəsinə qarşı milli və dini ayrıseç­kilik siyasəti yeridən rus hökuməti buna qətiyyət yol vermək istəmirdi.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin