Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət



Yüklə 1,84 Mb.
səhifə55/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   103
2. XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət.

XX əsrin əvvəl­lərində Rusiyanın Şimali Azərbaycanda həyata keçirdiyi milli və dini ayrı - seçkilik siyasətindən xalqımızın bütün təbəqələri - kəndlilər, fəhlələr, ziyalılar və milli burjuaziyanın nümayəndələri narazı idi. Xristian dininə mənsub olduqlarına görə gürcü və ermənilər Cənubi Qafqazda daha üstün və imtiyazlı vəziyyətdə idilər. Onlar sərbəst şəkildə kilsə və məktəblər açır, qəzet buraxırdılar. Azərbaycanlıların isə ana dilində bir məktəb və yaxud bir qəzet, jurnal açmasına hökümət tərəfindən çox ciddi maneələr törədilirdi. Şimali Azərbaycanda milli şüurun oyadılmasına yönələn istənilən addım rəsmi orqanlar tərəfindən qadağalarla qarşılaşırdı. Ziyalıların ana dilində qəzet buraxmağa icazə məktubuna Peterburqdan belə cavab göndərilmişdi: "Ziyalılar qəzeti rusca oxusunlar, qalanları isə qoy gedib qoyımlarım otarsınlar".

Rusiya höküməti çox zəngin təbii sərvətlərimizdən öz mənafeyi üçün istifadə edir və Azərbaycanın strateji xammal ehtiyatları hesabına Rusiya sənayesi inkişaf etdirilirdi. Bununla kifayətlənməyən rus müstəmləkəçiləri dünyanın sənayecə inkişaf etmiş nəhəng dövlətlərinin Azərbaycanın neft, dağ-mədən, biyan kökü və digər istehsal sahələrinə kapital qoyuluşundan da böyük gəlir götürürdülər. Rusiya ilə yanaşı, İsveç, İngiltərə, Fransa, Almaniya kimi o dövrün qabaqcıl dövlətlərinin dünyaca məşhur şirkətləri Azərbaycamn sərvətləri hesabına böyük gəlir götürür, öz ölkələrinin və xalqlarımn rifahını təmin edirdilər. Azərbaycanın zəngin sərvətlərindən tək bir faydalanmayan onun əsil sahibi olan Azərbaycan xalqı idi. Bir mənbədə deyildiyi kimi, "nefti ilə bütün dünyanı işığa boyayan, özü isə qaranlığa qərq olan Bakı şəhərim mənim". Azərbaycanın və onun əsas sənaye mərkəzi olan Bakı şəhərinin müəssisələrində, neft mədənlərində, emal zavodlannda çalışan fəhlələrin iş günü uzun (10-14 saat), əmək haqqısı isə çox aşağı idi. Fəhlələrin iş və mənzil şəraiti isə dözülməzliyi ilə seçilirdi. Adi sanitariya və təhlükəsizlik qaydalanna əməl olunmurdu. Neft mədənlərində hər yeni quyunun qazılması 10-dan çox insanın ölümü və ya ömürlük şikəst olması ilə nəticələnirdi. Şikəst və xəstələrin taleyi isə nə höküməti, nə də sahibkarları maraqlandırmırdı. Tibbi və sosial siğortadan isə danışmağa dəyməzdi.

XX əsrin əvvəllərində Azərbaycanın, xüsusilə Bakının sənaye müəssisələrində Rusiyadan və Cənubi Azərbaycandan gəlmiş 10 minlərlə fəhlə çalışırdı. Rus fəhlələrinin çoxu tətil hərəkatı təcrübəsinə malik idilər.

XX əsrin əvvəllərində Azərbaycanda və xüsusilə, Bakıda ayn-ayn sənaye sahə­lərinin fəhlələri ağır sosial-iqtisadi vəziyyətdən çıxış yolunu hökümət və sahibkarlara qarşı nümayiş və tətillərə başlamaqda görürdülər. 1902-ci ildə Bakıda baş vermiş ilk açıq nümayiş hətta siyasi xarakter almışdı. Nümayişçilər "Rədd olsun mütləqiyyət!" və "Yaşasın azadlıq!" şüarları söyləmişdilər. 1903-cü il iyulun 1-də Bibihey­bətdə mexaniki emalatxana fəhlələrinin başladığı tətilə iyulun 4-də Bakı şəhərinin bütün rayonlarının fəhlələri və dəmiryolçular da qoşulmuşdular. Neft maqnatlarının "Fəhlə höküməti" adlandırdığı Tətil Komitəsinin hazırladığı tələbnamədə 8 saatlıq iş günü, əmək haqqının artıniması, fəhlələrlə nəzakətli rəftar edilməsi və s. kimi çox ciddi tələblər var idi, Tətilçilərin sayının 45-50 min nəfərə çatması və 42 şirkətin fəhlələrini əhatə etməsi sahibkarları və höküməti bərk qorxuya salnuşdı. Hökümət ordunun köməyilə tətil hərəkatını 1903-cü il iyulun 22-də qəddarcasına yatıra bilmişdi. Bu fakt göstərir ki, Azərbaycanda istər fəhlə tətili, istərsə də kəndli çıxışı olsun - istənilən hərəkat rus müstəmləkə əsarətinə qarşı çevrilərək milli-azadlıq xarakteri alırdı. İyul ümumi tətili Rusiyada böyük əks - səda doğurmuşdu. Bir çar məmurunun "Bakı elektrik zənginin düyməsinə bənzəyir, bu düyməni basan kimi, bütün Rusiyanı həyəcan bürüyür" - sözləri bunu bir daha təsdiq edir.

1904-cü il dekabnn 13-də Balaxanı mədənlərində başlayıb, digər mədənləri və emal müəssisələrini əhatə edərək ümumbakı xarakteri alan tətildə iştirak edənlərin sayı qısa müddətdə 50 min nəfəri keçdi, aldı. Tətil Komitəsinin hazırlayıb sahibkarlara təqdim etdikləri tələbnamə 34 bənddən ibarət idi. Tələblərin çoxu sosial-iqtisadi səciyyə daşısa da, siyasi tələblər də az deyildi: 8 saatlıq iş günü, əmək haqqının 25-30% artırılması, 1 may günü işin dayandırılması, söz, mətbuat, yığıncaq və ittifaqlar təşkil etmək azadlığının verilməsi, həftədə bir gün istirahət, əmək haqqı saxlanılmaqla ildə bir dəfə məzuniyyət verilməsi, gecə növbəsinin ləğvi, mübahisəli məsələlərin həlli üçün sənayeçi­lərin və fəhlələrin nümayəndələrindən ibarət mədən məhkəmələrinin təşkili və s.

15 nəfərdən ibarət komissiya yaradan neft maqnatları siyasi tələbləri rədd etdilər. Komissiya bəzi iqtisadi tələblərlə razılaşdığını və qəbul ediləcək tələblərin yalnız neft sənayesi fəhlələrinə aid olacağını bildirdi. Belə cavabdan narazı qalan fəhlələr hərbi vəziyyətə, polis və kazak hücumlarına məhəl qoymadan tətili davam etdirdilər. Dekabrın 23-də Balaxanıda polislə toqquşmada 15 nəfər fəhlənin öldürülməsi, hökümət xəfiy­yələrinin dekabrın 25-dən 30-dək 225 buruğu yandıraraq bunun təqsirini fəhlələrin boynuna atması da tətilçiləri geri çəkilməyə vadar edə bilmədi. 1904-cü il dekabrın 30- da neft sənayeçiləri ilə fəhlələrin nümayəndələri arasında müştərək müqavilə bağlandı. Bu sənəd nəinki Azərbaycanın, bütün Rusiyanın tarixində ilk kollektiv əmək müqaviləsi hesab edilir. Fəhlələr isə bu hüquqi sənədi "Mazut konstitusiyası" adlandırırdılar. Məğlub olmuş sahibkarlar fəhlələrin 9 saatlıq iş günü, həftədə bir dəfə istirahət günü, ildə bir dəfə məzuniyyət verilməsi, əmək haqqının 20-25% artırılması, xəstəliyə görə iki ay məzuniy­yət verilməsi, mədən-zavod komissiyalarının yaradılması. Cənubi Azərbay­can­dan gələn işçilərlə yerli fəhlələr arasında qeyri-bərabərliyin aradan qaldıniması kimi çox mühüm sosial-iqtisadi tələblərini yerinə yetirməyə məcbur oldular. Müqavilə yalmz neft sənayesi fəhlələrinə aid olduğundan mexaniki istehsal sahələrində çalışan fəhlələr 17 maddədən ibarət tələblə tətili davam etdirərək 1905-ci ilin yanvar ayında müştərək müqavilə bağlanmasına nail oldular. Azərbaycanlı fəhlələrin və onların liderlərinin fəal şəkildə iştirak etdiyi dekabr ümumi tətili çar höküməti və sahibkarlar üzərində ilk böyük qələbə olub, Rusiyada 1905-1907-ci illər inqilabının başlanğıcı və müjdəçisi hesab edilir.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin