Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


-1906-cı illər "erməni - müsəlman davası"



Yüklə 1,84 Mb.
səhifə57/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   103
4. 1905-1906-cı illər "erməni - müsəlman davası".

Şimali Azərbaycanda inqilabi-demokratik hərəkatın yüksəlişinin qarşısım almaq üçün çar höküməti ağlasığmaz tədbirlərə əl ataraq Bakıda və Cənubi Qafqazın müsəlman türkləri yaşayan bölgələrində milli qırğın siyasətini həyata keçirməyə başladı. Bu siyasətdə əsas alət kimi Qafqazda türk və müsəlman xalqlarına qarşı mübarizədə Rusiyaya öz sədaqətli xidmətlərini dəfələrlə nümayiş etdirmiş ermənilərdən və onların terrorçu təşkilatlarından istifadə edilirdi. Hələ 1887-ci ildə erməni millətçiləri tərəfindən Cenevrədə yaradılmış Hnçak (Zəng) və 1890-cı ildə Tiflisdə yaradılmış "Daşnaksütun" (İttifaq) partiyaları rus hökümətinin milli qırğın siyasətinin doğurduğu faciənin miqyasımn genişlənməsində böyük rol oynadılar. XX əsrin əvvəllərində öz fəaliyyətini Azərbaycana köçürən Daşnaksütunun, habelə Hnçakm Bakıda, Şuşada, Gəncədə, İrəvanda şöbələri var idi. Daşnaklar Cənubi Qafqazın hər yerindən və Osmanlı dövlətindən könüllü erməni dəstələri gətirib azərbaycanlılara qarşı silahlandırmışdılar. 1905-ci il məlumatına görə bütövlükdə daşnak hərbi hissələrində 100 mindən artıq erməni əsgəri var idi. Rus höküməti ermənilərin əli ilə ilk milli qırğını Bakıda təşkil etdi. 1905-ci il fevralın 6-dan 10-na qədər Bakıda davam edən milli qırğın nəticəsində hər iki tərəf mindən çox itki verdi. Ermənilərin qırğın törətməyə əvvəlcədən və daha yaxşı hazırlaşsalar da, onlar da çoxlu itki verdilər. "Bakı qırğını" göstərdi ki, bu qətliam rus höküməti tərəfindən hazırlanıb həyata keçirilmişdir. Rəsmi dövlət orqanları müsəlman-türk əhalinin təhlükəsizliyinin təmin edilməsi haqqında qətiyyən düşünmürdülər. Cəlil Məmmədquluzadə dövlətin ordu və polis orqanlannın milli qırğını necə soyuqqanlılıqla seyr etməsini kəskin şəkildə ifşa edərək "Molla Nəsrəddin" Jurnalında yazırdı: "Bu nə sirdir ki, erməni - müsəlman davası düşən kimi hökümət əsgərləri elə şiddətli xəstəliyə mübtəla olurlar ki, həkimlər onlann çölə (yəni küçəyə) çıxmalarım rəva görmürlər".

Ermənilər qırğının miqyasını genişləndirərək Naxçıvanda, İrəvanda, Cəbrayıl və Zəngəzur qəzalarında dinc Azərbaycan əhalisini qırmağa başladılar. Heç vaxt unutmaq olmaz ki, İrəvan azərbaycanlılanm ermənilərin törətdiyi soyqınmdan xilas etmək üçün qonşu qəzalardan, Osmanlı dövlətindən və Cənubi Azərbaycandan çoxlu sayda qan qardaşımız könüllü olaraq köməyə gəlmiş, onlar çox böyük qəhrəmanlıqla vuruşaraq xalqımız və Vətənimiz uğrunda şəhid olmuşdular.

1905-ci ildə daşnak zabitlərinin başçılıq etdiyi 3 min erməni qulduru Cəbrayıl qəzasının Qacar kəndinə hücuma keçmişdilər. Döyüşdə parlaq qələbə çalan qacarlılar və köməyə gələn könüllülər çox az itki ilə 400 erməni quldurunu məhv etmişdilər. 1905-ci ilin avqustun 16-dan 21-dək ermənilərin Şuşada törətdikləri qırğınların qarşısım almaq üçün qəhrəmanlıqla döyüşə atılan Azərbaycan türkləri yüzlərlə qulduru qanına qəltan etmişdi. Şuşa hadisələri zamanı ölkəmizin hər yerindən yardımlar gəlirdi. Mirzə Cəlilin arvadı Həmidə xanım Cavanşir, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov və başqaları döyüş bölgələrinə çoxlu ərzaq və pul göndərirdilər. 1905-ci il avqust məğlubiyyətindən dərs almayan ermənilər

1906-cı ilin iyulunda Şuşa və onun ətrafına 10 min nəfərdən ibarət quldur dəstəsi toplayaraq Şuşadakı rus qoşununun başçısı general V.N.Qoloşşapova on min manat rüşvət verərək rus topunun hər atəşinə əlavə olaraq on beş manat pul da vəd etmişdilər. Müsəlmanlara qarşı qırğımn davam etdiyi beş gün ərzində çoxlu azərbaycanlının evi V.N.Qoloşşapovun əmri ilə top atəşi ilə dağıdılmış və yandırılmışdı. Birləşmiş erməni - rus hərbi qüvvələrinə qarşı döyüşə atılan, onlardan qat-qat az olan və pis silahlanan Azərbaycan döyüşçüləri düşməni rüsvayçılıqla qaçmağa məcbur etmişdi. Düşmən tərəfdən 500-dən çox erməni öldürülmüş, 290 nəfər isə yaralanmışdı. Lakin hər yerdə erməni vəhşiliklərinin qarşısım almaq mümkün olmurdu. Ermənilər öz xislətlərinə uyğun olaraq azərbaycanlılann etibanndan, rəhmli və sözə inanan olmasından istifadə edir, damşıqlara girərək bir kəndin sakinləri ilə sülh bağlayır, digər kəndlərdə isə qətliam törədirdilər.

1906-cı ilin avqustunda Zəngəzur qəzasının Oxçu kəndindən Ordubada gedən azər­bay­canlılar erməni quldurlannm mühasirəsinə düşmüşdülər. Molla Həsən Əfəndi əlində Quran düşməndən heç olmasa, uşaqlara, qocalara və qadınlara qarşı rəhmli olmağı xahiş etdi. Lakin erməni başkəsənləri Quranı mollanın əlindən alıb yandırdılar. Molla Həsəni isə tikə-tikə doğradılar. Qaçmağa çalışan 62 qadının və 15 günahsız körpənin isə başını kəsərək qəddarlıqla öldürdülər.

Qarabağın Xankəndi və Malıbəyli kəndlərində qan tökülməsinin qarşısını almağa borclu olan rus kazaklannm gözü qarşısında bütün azərbaycanlı qadın və uşaqlar qətlə yetirilmişdi. O dövrdə ABŞ-ın erməni icmasının nəşrlərində İrəvan və Eçmiədzində milli qırğından əsas zərərçəkənlərin azərbaycanlılar olduğu göstərilmişdir.

Məşhur ziyalımız Mir Möhsün Nəwabm "1905-1906-cı illərdə erməni- müsəlman davası" əsərində qələmə aldığı bir səhnə adamı dəhşətə gətirir. Xaspolad adlı bir müsəlmanın Şuşa qalasının yaxınlığındakı un dəyirmanına gələn erməni quldur dəstəsi böyük bir faciə törətdi. Quldurlar əvvəlcə kişini vurub öldürdülər. Qucağında dörd aylıq körpəsi olan qadın erməni cəlladlanna yalvardı ki, onu öldürsünlər, lakin körpə uşağına toxunmasınlar. İki erməni bələyi açıb uşağı iki ayağından dartaraq parça-parça etdi və iki yerə bölünmüş uşağı ananın üstünə atdı. Bu vəhşiliyə dözməyən ana huşunu itirdi. Cəlladlar onu da qətlə yetirib, dəyirmanda olan unu, taxılı və digər şeyləri qarət etdilər.

Erməni - müsəlman davası çox geniş əraziləri əhatə etmişdi: Bakı, Naxçıvan, İrəvan, Tiflis, Şuşa, Gəncə, Qazax və s. Milli qırğından hər iki tərəf ziyan çəkmişdi. Tam olmayan məlumatlara görə 158 Azərbaycan kəndi və 128 erməni yaşayan kənd yandırı­laraq məhv edilmişdi.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin