Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Milli-azadlıq hərəkatının yüksəlişi



Yüklə 1,84 Mb.
səhifə58/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   103
5. Milli-azadlıq hərəkatının yüksəlişi.

Milli partiyaların yaradılmas. Şimali Azərbaycanda başlayan milli-azadlıq hərəka­tının genişlənməsi yolunda çar hökümətinin yaratdığı əsas maneələrdən biri "erməni-müsəlman davası" oldu. Hökümət millətlərarası ədavəti qızışdırmaqla xalqımızın önündə gedən milli qüvvələri əsas hədəflərindən yayındırmağa çalışırdı. Lakin Azərbaycanın milli-demokratik qüvvələri çarizmin milli qırğın siyasətinin əsil məqsədini aydın şəkildə başa düşür və bu siyasətin gətirdiyi bəlalardan xalqımızı xilas etmək üçün bütün gücünü və imkanlanm səfərbər etməyə çalışırdı. Milli hərəkatın liderləri və görkəmli ziyalılarımız Əhməd bəy Ağayev, Ə.Topçubaşov, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, M.Ə.Sabir və başqaları hər iki xalqı bu amansız ədavətə son qoymağa çağırır, çar hökümətinin milli ədavət siyasətini ifşa edirdilər.

Hərəkatın liderləri tək Azərbaycan xalqımn deyil, "xalqlar həbsxanası" adlandınlan Rusiya imperiyasındakı əzilən bütün xalqlann, xüsusilə müsəlmanların milli və siyasi hüquqlar qazanması uğrunda çətin mübarizəyə başlamışdılar. 1905-ci ildə Rusiyanın türk xalqlarının milli burjuaziyası və qabaqcıl ziyalıları imperiyaya qarşı birgə mübarizəni təşkil etmək üçün ümumi siyasi partiyanın yaradılmasını əsas vəzifə kimi irəli sürmüşdülər. Rusiyanın müsəlman burjuaziyası və onunla birləşməyə çalışan Azərbaycan buijuaziyasının birgə səyləri ilə 1905-ci ildə Rusiya müsəlmanlannm "İttifaqı - müslimin" adlanan siyasi təşkilatı yaradıldı. Azərbaycandan Əlimərdan bəy Topçubaşov, Krım və Kazan tatarlarının burjua ziyalıları Əbdürrəşid İbrahimov, Yusif Akçura və İsmayıl Qaspiralmm birgə səyləri nəticəsində 1905-ci il avqustun 15-də "İttifaqi-müslimin" (Müsəlman İttifaqının) təsis qurultayı keçirildi. "Dildə, fikirdə və əməldə birlik" şüarımn müəllifi İ.Qaspiralı qurultayın sədri seçildi. Qurultayda müsəlman burjuaziyasının hüquqlarinin rus burjuaziyasının hüquqları ilə bərabərləşdirilməsi, müsəlmanlann hüquq bərabərsizliyinin aradan qaldırılması, onların doğma ana dilində məktəblərin açılması və kitab - qəzetlərin nəşr edilməsi kimi çox mühüm tələblər irəli sürülmüşdü.

"İttifaqi - müslimin" təşkilatının 1906-cı il yanvar ayımn 13-23-də Peterburqda keçirilən II qurultayında İttifaqın Nizamnaməsi qəbul edilmişdi.

Rusiya müsəlmanlarının 1906-cı il avqustun 16-21-də Nijni - Novqorodda keçirilən III qurultayına görkəmli ziyalımız Əlimərdan bəy Topçubaşov sədrlik etmişdi. Quru­l­tayda İttifaqın Ə.Topçubaşov tərəfindən hazırlanmış Proqramı qəbul olundu. Qurultayda Rusiyada Konstitusiyalı monarxiya yaradılması, müsəlman xalqlarma milli-mədəni mux­tariy­yət verilməsi, xüsusi mülkiyyətin toxunulmaz elan edilməsi, mülkədar kəndlilərinə əvəzi ödənilməklə torpaq verilməsi, müsəlman ruhanilərinin hüquqlannın rus pro- vaslav din xadimləri ilə bərabərləşdirilməsi, yeni tipli məktəblərin açılması, icbari ibtidai təhsilə keçilməsi və digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi. Partiyanın III qurultayında onun Mərkəzi Komitəsi seçildi. Komitənin daimi yeri Bakı şəhəri müəyyən edilmişdi.

Azərbaycan milli-azadlıq hərəkatımn önündə gedən Ə.Topçubaşov öz qabaqcıl ideyalan və qurultaylardakı səmərəli fəaliyyəti nəticəsində qısa müddətdə artıq bütün Rusiya müsəlmanlarının liderinə çevrilmişdi. O, Rusiyanın türk xalqlarını nəinki dini birlik, hətta milli birlik ideyası ətrafında birləşdirmək üçün əlindən gələni əsirgəmirdi.

Şimali Azərbaycanda siyasi təşkilatlann yaradılmasına hələ XX əsrin əvvəllərində başlamışdı, tik belə təşkilat 1902-ci ildə 17 yaşlı gənc Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmış "Müsəlman gənclik təşkilatı" oldu. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas məqsədi Rusiyanın müstəmləkə siyasətinə qarşı mübarizə aparmaqdan ibarət idi. Bir qədər sonra Azərbaycan ziyalılarının bir qrupu Məmməd Əmin Rəsulzadə başda olmaqla, 1904-cü ilin oktyabnnda müsəlman dünyasında ilk sosial-demokrat təmayüllü "Hümmət" (Güc) təşkilatını yaratdı. Özlərinin əsas sosial bazasmı qeyri-azərbaycanlılarm (rus, erməni və s.) timsalında görən Bakı bolşeviklərindən fərqli olaraq, hümmətçilər Bakı şəhər fəhlələrinin ən azı yansını təşkil edən azərbaycanlılar arasında inqilabi və siyasi iş aparmağı qarşılarına məqsəd qoymuşdular. “Hümmət” təşkilatı bu sahədə mühüm rol oynadı. Lakin M.Ə.Rəsulzadə 1908-ci ildən Rusiya imperiyasının saxlamiması şərtləri daxilində millətindən asılı olmayaraq bütün fəhlələrin sosial-iqtisadi hüquqlan uğrunda mübarizəni əsas məqsədi elan edən bolşeviklərin təsirinin gücləndiyi “Hümmət” təşkilatından və sosial demokratiya ideyalarından uzaqlaşmağa başladı. Çünki Məmməd Əmini və onun ideya dostlanm ilk növbədə Azərbaycan xalqının milli-azadlıq uğrunda mübarizəsi və istiqlaliyyəti maraqlandırırdı.

Şimali Azərbaycanda sırf milli partiyanın yaradılması prosesi Gəncədən başladı. 1905-ci ilin yayında Gəncədə yaradılmış "Qeyrət" təşkilatı özünü “Türk sosialist, federalist inqilabçılar partiyası” elan edərək xalqımızı ümumi düşmənə - çarizmə qarşı mübarizəyə çağırırdı. “Qeyrət” partiyası Rusiyanın federativ dövlət quruluşunda Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürən ilk siyasi təşkilatdır. 1912-ci ilədək fəaliyyət göstərmiş partiyanın Şuşa və Bakıda da yerli özəkləri var idi. Partiyaya Ə.Rəfibəyov, Ə.Xasməmmədov və A.Quliyev rəhbərlik edirdilər.

Çar hökuməti inqilabi hərəkatın təzyiqi altında 1905-ci il 17 oktyabr Manifestini imzalayaraq imperiya ərazisində söz, mətbuat, yığıncaq, ittifaq azadlığı elan etmiş və ictimai-siyasi partiyalar yaratmağa icazə vermişdi. Manifestlə Rusiya tarixində ilk dəfə qanunverici məclis olacaq Dövlət Dumasına seçkilər elan edilmişdi.

17 oktyabr Manifestindən sonra Şimali Azərbaycanda da siyasi partiyaların, digər yönlü təşkilatların və milli mətbuat orqanlarının yaradılması xeyli asanlaşdı. Çar hökumətinin milli ədavət və milli qırğın siyasəti Azərbaycanın demokratik qüvvələrini xalqımızı qətliamlardan müdafiə etmək üçün qətiyyətli addımlar atmağa vadar etdi. Milli-azadlıq hərəkatının daha bir lideri vətənpərvər ziyalımız Əhməd bəy Ağayev 1906-cı ilin avqust ayında Şuşada keçirilən müşavirədə "Difai" partiyasının (Dəf etmək, qorumaq mənasını verir - Red.) yaradıldığını elan etdi. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşsə də, Azərbaycanın qəzalarında da onun şöbələri fəaliyyət göstərirdi. Partiyanın yaradılmasında əsas məqsəd xalqımızı “Daşnaksütun”un başçılığı ilə həyata keçirilən erməni terrorundan müdafiə etməkdən və xalqı maarifləndirməkdən ibarət idi. Möhüründə iki çarpaz qılınc, aypara və ulduz təsviri olan partiya qan düşmənimiz olan erməni terrorçuları və onların havadarlarının üstünə ildırım kimi düşdü. Partiya “Daşnaksütun”un rəhbərlərinə açıq şəkildə bildirmişdi: "Əgər daşnaklar köhnə qaydada fəaliyyətlərini davam etdirib, müsəlmanlara xaincəsinə hücum edərsə, onlar amansız cavab zərbəsinə məruz qalacaqlar... Çünki "Difai" partiyası bizim millətin yerlə - yeksan edilmiş, yandırılıb xaraba qoyulmuş yurdunda ermənilərin özlərinə rifah yaratmasına qətiyyən yol verməyəcəkdir".

"Difai" partiyası dinc maarifçilik fəaliyyətilə yanaşı, xüsusi silahlı döyüşçü dəstələri də yaratmışdı. Partiyanın Qarabağ şöbəsinin 400 nəfərlik hərbi dəstəsi var idi. Partiyanın Gəncə təşkilatına nüfuzlu axund Məhəmməd Pişnamazzadə rəhbərlik edirdi. Gəncə şöbəsi Ələkbər bəy Rəfibəylinin başçılığı ilə erməni quldurlarına layiqli cavab verirdi. Partiyanın proqramında torpağın onu becərənlərə - kəndlilərə verilməsi nəzərdə tutul­muşdu. "Difai" partiyası Azərbaycan xalqımn düşmənlərinə və xüsusilə ermənilərə havadarlıq edənlərə amansızlıqla divan tuturdu. Şuşada Azərbaycan türklərinə qarşı qırğın törədən ermənilərə silah-sursatla yardım göstərib, şuşalılarm evlərini top atəşləri ilə dağıdan general V.N.Qoloşşapov 1906-cı ildə Tiflisdə partiya üzvü olan Gülablı kənd sakini Hüsü Əli oğlu tərəfindən və onım dəftərxana müdiri Kleşinski isə 1907-ci ildə başqa bir difaiçi Seyid Miri tərəfindən öldürülmüşdü. Naxçıvanda türk-müsəlman əhaliyə qarşı ermənilərin törətdiyi qətliamlarda fəal iştirak etmiş qəza rəisi Enkel də "Difai" partiyasının rəhbərliyinin əmri ilə məhv edilmişdi. Beləliklə, günahsız öldürül­müş yüzlərlə müsəlman-türkün qanı yerdə qalmamışdı. General V.N.Qoloş­şapovun öldürül­məsinə görə məsuliyyəti öz üzərinə götürən "Difai" partiyasının yaydığı bəyənnamədə deyilirdi: "Qarabağda törətdiyi mənfur əməllərinə görə "Difai" tərəfindən ölüm cəzasına məhkum edilmiş general, axır ki, haqlı cəzasını aldı. Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda "Difai" nin ... ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və bacılarımızın göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının müflisləşmiş, evsiz-eşiksiz sərgərdan dolaşan minlərlə sakini az da olsa, rahat nəfəs alacaqdır. "Difai"nin qətliam törədənlərə qarşı amansız tədbirləri Rusiya hökumə­tini bərk sarsıtmışdı. Qafqaz canişinliyi 1908-ci il 4 mart tarixli fərmanı ilə "Difai" partiyasının fəaliyyətini qadağan etmiş, "İrşad" qəzeti bağlanmış və partiyanın lideri Əhməd bəy Ağayev Osmanlı dövlətinə mühacirət etməyə məcbur olmuşdu. Partiyanın üzvləri repressiyalara məruz qalmış və kütləvi şəkildə həbsə atılmışdılar. 1908-1909-cu illərdə partiyanın "Qarabağ məclisi təşkilatı" və Gəncə şöbəsi hökumət orqanlan tərəfindən dağıdılmışdı. 1909-cu ildə fəaliyyətini dayandırmağa məcbur olan Difai” partiyasının üzvlərinin çoxu 1917-ci ildə proqramları uyğun gəldiyi üçün "Müsavat" partiyasına daxil olmuşdu. "Difai" partiyası xalqımızın düşmənlərinə amansız divan tutduğuna görə çar hakim dairələri bu partiyanı "Müsəlmanların döyüş partiyası" adlandırmışdı.

1907-ci ildə mərkəzi Gəncə şəhərində yerləşən "Müdafiə" partiyası yaradıldı. Bu partiyanın yaradılmasında böyük ictimai-siyasi xadim İbrahim Vəkilov böyük rol oynamışdı. Partiyanın fəxri sədri İsmayıl xan Ziyadxanov seçilmişdi. Əsas siyasi dayağını mütərəqqi fikirli mülkədarların, bəylərin və ziyalıların nümayəndələrinin təşkil etdiyi "Müdafiə" partiyasının fəaliyyəti Yelizavetpol (Gəncə) quberniyasının qərb hissəsini və Tiflis quberniyasının Azərbaycan türkləri yaşayan bölgələrini, xüsusilə Borçalmı əhatə edirdi. 1909-cu ilədək fəaliyyət göstərən bu təşkilat "Difai" partiyasının yolunu davam etdirir, müsəlman əhalinin içərisində geniş maarifləndirmə işi apanr, müsəlmanların hüquq və mənafelərinin qorunması üçün gərəkli addımları atırdı.

Azərbaycanda milli-azadlıq hərəkatına rəhbərlik etmək və milli zülm altında əzilən xalqları ümumi düşmənə çar hökümətinə qarşı azadlıq mübarizəsinə cəlb etmək üçün daha güclü və nüfuzlu bir partiyanın yaradılması tarixi zərurətə çevrilmişdi. 1911-ci ilin oktyabrında Məmməd Əmin Rəsulzadənin ideya dostları Abbasqulu Kazımzadə, Tağı Nağıyev və Məmmədəli Rəsulzadənin yaradıldığını elan etdikləri "Müsavat" (Bərabərlik) partiyası xalqımızın milli haqlannm müdafiəsi yolunda açıq mübarizə meydamna atıldı. 1909-cu ildə Cənubi Azərbaycana gedərək xalqımızın milli qəhrəmam Səttarxan və Bağırxanla birlikdə inqilabi hərəkatda iştirak edən və çar hökumətinin təzyiqləri ilə buradan İstanbula mühacirət etməyə məcbur olan Məmməd Əmin Rəsulzadə bu partiyanın yaradılmasının əsas ideya rəhbəri idi. O, 1913-cü ildə Vətənə qayıdandan sonra "Müsavat" partiyasının daimi liderinə çevrilmişdi. "Milli istiqlala malik olmayan bir millət öz mövcudluğunu saxlaya bilməz" - sözlərinin müəllifi olan M.Ə.Rəsulzadə partiyanın rəhbərliyinə keçdikdən sonra Azərbaycanda milli-azadlıq hərəkatı əvvəlki dövrdən öz məqsədyönlülüyü, mütəşəkkilliyi və ardıcıllığı ilə seçilirdi. "Müsavat" partiyası və onun mətbu orqanı kimi 1915-ci ildən M.Ə.Rəsulzadənin baş redaktorluğu ilə dərc olunan "Açıq söz" qəzeti Azərbaycan xalqında millətçilik və türkçülük düşüncə­sinin formalaşmasında və inkişafında misilsiz rol oynamışdır. M.Ə.Rəsulzadə böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 1904-cü ildə irəli sürdüyü "Türk qanlı, İslam inamlı və Avropa qiyafəli" tezisini inkişaf etdirərək milli hərəkatın təməl prinsiplərinə çevirmişdi. M.Ə.Rəsulzadə yazırdı: "Biz türk və müsəlman qalaraq müstəqil yaşamaq istəyiriksə, mütləq sözün bütün mənasında müasir ("Avropa qiyafəli"), yəni zəmanə adamı olmalıyıq." Böyük siyasi xadim müasirləşmək dedikdə, Avropada möcüzələr yaradan elm və texnikanın nailiyyətləri ilə silahlanmağı nəzərdə tuturdu.

1911-ci ildə Cənubi Azərbaycanda məşrutə hərəkatım boğan Rusiyanın hərbi-siyasi yardımı ilə Balkan xalqlannm Osmanlı dövlətinə qarşı 1912-1913-cü illərdə açdığı savaş Azərbaycanda böyük əks-səda doğurmuşdu. Azərbaycamn hər yerində müharibədə təklənmiş Türkiyəyə maddi və mənəvi yardım hərəkatı başlanmışdı. Azərbaycan ziyalıları, müəllimlər, tələbələr könüllü şəkildə Balkan cəbhəsində vuruşan Türk ordu­suna qoşulurdular. Azərbaycamn tamnmış şairi Əhməd Cavad "Qafqaz könül­lülərindən ibarət hərbi dəstə”nin tərkibində Balkan cəbhəsində vuruşurdu. Şimali Azər­baycanda Türkiyəyə yardım üçün xeyli pul toplanmışdı. Azərbaycanlı qadınlar, hətta öz qiymətli zinət əşyalarım yığıb, Türkiyəyə göndərmişdilər.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin