Yekun hesabat


Məsləhətləşmələrin məqsəd və metodologiyası



Yüklə 273,92 Kb.
səhifə3/10
tarix21.10.2017
ölçüsü273,92 Kb.
#7375
1   2   3   4   5   6   7   8   9   10

Məsləhətləşmələrin məqsəd və metodologiyası


Təqdim olunan hesabat 2013-cü il Oktyabr-Noyabr aylarında Azərbaycanda tərəfdaş qurumlarla təşkil edilmiş görüşlərin və məsləhətləşmələrin, eləcə də mövcud sənədlərin təhlilinin nəticələrini əks etdirir. Bu hesabatın məqsədi Azərbaycanda uşaq əməyinin mövcud vəziyyətini müəyyənləşdirmək və tərəfdaş təşkilatlarla birgə ölkədə uşaq əməyinin, xüsusilə də onun ən pis formalarının (UƏƏF) aradan qaldırılması üzrə strategiyaların işlənib hazırlanmasından ibarətdir.

Azərbaycanda keçirilən görüşlər BƏT-in Bakı ofisi ilə yanaşı insan alveri və məcburi əmək sahəsində zəngin təcrübə və biliklərə malik olan milli məsləhətçi tərəfindən təşkil edilmişdir. Layihə çərçivəsində bir sıra dövlət qurumları, həmkarlar (işçilər) və sahibkarlar (işəgötürənlər) konfederasiyaları, yerli qeyri-hökumət təşkilatları, tədqiqat qurumları və ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla məsləhətləşmələr keçirilmişdir. Məsləhətləşmələrdə iştirak edən bütün təşkilatların siyahısı hesabata əlavə edilmişdir. Məsləhətləşmələrin davamı olaraq qısa brifinq qeydləri hazırlanmış və görüşlərdə iştirak edən tərəfdaş təşkilatların təmsilçilərinə göndərilmişdir. Bu şəxslərin bir çoxu qeydlərlə razılığını bildirmiş, bəziləri isə bu sənədə öz şərh və təkliflərini electron formada göndərmişlər. Nəticədə yekun hesabat hazırlanaraq təqdim olunmuşdur.

Ümumilikdə məsləhətləşmələr müsbət keçmiş və səmərəli olmuşdur. Dil maneəsinin olmasına baxmayaraq, tərcümə vasitəsilə bu aradan qaldırılmışdır. Bəzi görüşlərin təşkil olunması zamanı dəyişsə də, nəzərdə tutulan bütün görüşlər baş tutmuş, uşaq əməyinə dair faydalı məlumatlar əldə olunmuşdur.

  1. Azərbaycanda uşaq əməyi: mahiyyəti, təbiəti, səbəbləri və nəticələri



    1. Məlumat səviyyəsi


Azərbaycanda uşaq əməyinə dair ilk və son sorğu 2005-ci ildə keçirilmişdir. Sorğu, Beynəlxalq Əmək Təşkilatının maliyyə dəstəyi ilə Əmək Qüvvəsi Sorğusu layihəsi çərçivəsində Dövlət Statistika Komitəsi tərəfindən ev təsərrüfatlarında icra edilmişdir. Eyni zamanda, 2005-ci ildə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası pambıq istehsalında uşaq əməyinin istifadəsinin qiymətləndirilməsi layihəsini icra etmişdir. Azərbaycanda uşaq əməyinə dair ən son tədqiqat isə 2011-ci ildə AR Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi və UNİCEF tərəfindən küçə uşaqlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə həyata keçirilmişdir. Qeyd olunan tədqiqat, küçədə yaşayan və çalışan uşaqların yerinə yetirdikləri işlər və onların şəraiti barədə ən son məlumatları tədqiq edir, eləcə də küçə həyatının mənfi təsirini təsvir edir.

Yuxarıda göstərilən tədqiqat və sorğular Azərbaycanda uşaq əməyi ilə bağlı son on ildə hazırlanmış olan yeganə formal tədqiqat və hesabatlardır. Giriş hissəsində göstərildiyi kimi, son on ildə ölkənin iqtisadi və sosial inkişafı sürətlə artmışdır və bu səbəbdən də tərəfdaş təşkilatlar 2005-ci ilin hesabatları və məlumatlarının köhnəlmiş olduqlarını qeyd etmişlər. Həmin dövrdə qəbul edilmiş siyasət çərçivəsi, proqramlar və planlar da müasir tələblərə cavab vermir. Xüsusilə qeyd etmək lazımdır ki, bir neçə tərəfdaş təşkilatlar göstərmişlər ki, Azərbaycanda 2005-ci ildən fərqli olaraq uşaqların pambıq yığımına cəlb olunması faktlarına, bu sahənin aşağı düşməsi və tərəvəz əkini ilə əvəz olunmasına görə rast gəlinmir.

Tədqiqatlardan savayı, uşaq əməyi hallarının formal və qeyri-formal qeydiyyatı, bu hallara dair işlərin sənədləşdirilməsi və hesabatları mövcuddur. Məsələn, Həmkarlar İttifaqları Konfederasiyası mütəmadi olaraq öz üzv təşkilatlarından uşaq əməyinə dair halların və buna qarşı həmkarlar təşkilatlarının gördüyü tədbirlər barədə illik hesabatlar tələb edirlər. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi daxilində fəaliyyət göstərən Əmək müfəttişliyi və Qurbanlara Yardım Mərkəzi, eləcə də DİN-in İnsan alverinə qarşı mübarizə idarəsi və bir sıra QHT-lər uşaq əməyi hallarına dair işlərin qeydiyyatını aparır. Lakin təəsüf ki, bu hallar Azərbaycanda uşaq əməyi ilə bağlı mövcud boşluqları müəyyən etmək və vəziyyəti davamlı olaraq nəzarətdə saxlamaq imkanı vermir. Uşaq əməyi hallarının qeydiyyatı kifayət qədər təsisatlandırılmadığından, uşaq əməyinin monitorinqi mexanizmi icra olunmur.

Uşaq əməyinin mahiyyəti, səviyyəsi, səbəb və nəticələrinə dair aşağıda göstərilmiş məlumatlar 2005-ci il sorğusu, 2011-ci ildə küçə uşaqlarının vəziyyəti ilə bağlı qiymətləndirmə və 2013-cü ilin Oktyabr və Noyabr aylarında təşkil olunmuş görüşlərin və məsləhətləşmələrin nəticələrinə əsaslanır. Odur ki, nəzərə alınmalıdır ki, bu məlumatlar və nəticələr mükəmməl olmaya və mövcud reallığı tam əks etdirməyə bilər.

Məlumdur ki, Azərbaycanda uşaq əməyinin ən pis formalarının aradan qaldırılması üçün məlumat səviyyəsi və bazasının təkmilləşdirilməsinə ehtiyac vardır. Ölkədə uşaq əməyinə dair geniş, əhatəli və mövcud vəziyyəti tam olaraq əks etdirən tədqiqat keçirilməmiş, eləcə də funksional və təsisatlandırılmış uşaq əməyinin monitorinqi mexanizmi mövcud deyildir. Bu məlumat və bilik bazasının olmaması, gələcəkdə hər hansı prioritetləşdirmə və ya strategiyanın seçimini çətinləşdirir. Bu səbəbdən də, məsləhətləşmələrdə iştirak edən əksər qurumların nümayəndələri Azərbaycanda uşaq əməyinin aradan qaldırılması istiqamətində ən əsas prioritet kimi doğru olaraq məlumat və bilik səviyyəsinin yenilənməsini göstərmişlər.

    1. Azərbaycanda uşaq əməyinin mahiyyəti və təbiəti


2005-ci ildə keçirilmiş sorğuya əsasən Azərbaycanda təqribən 128,000 uşaq (5-17 yaş arasında olan insanların təqribən 6.1%-i), uşaq əməyinə məruz qalır. Bu o deməkdir ki, yuxarıda qeyd olunan sayda uşaq onların sağlamlığı, təhlükəsizliyi, mənəvi vəziyyəti və təhsilinə mənfi təsir göstərə bilən işlərə cəlb olunmuşdur. 66,000 uşağın 5-14 yaş arası, 61,000 uşaq isə 15-17 yaş arası olduğu müəyyən edilmişdir. Bu yuxarı yaş qrupunda olan uşaqların sağlamlıq üçün zərərli işlərə cəlb olunması mümkünlüyünü göstərir. Belə ki, yerli qanunvericiliyə görə uşaqların yalnız təhlükəsiz iş şəraitində çalışmasına icazə verilə bilər. Amma 2005-ci ilin məlumatlarına əsasən, 14 yaşından yuxarı təqribən 61,000 uşaq sağlamlıq, təhlükəsizlik və mənəviyyata zərərli ola bilən işlərə cəlb olunmuşdur3. Odur ki, gənc uşaqların təhlükəli işlərə cəlb olunması bir problem olaraq müəyyən edilmişdir.

Əməyə cəlb olunmuş uşaqlar arasında oğlanlar qızlara nisbətən çoxluq təşkil edir. Bu oğlan uşaqlarının işlərə cəlb olunması tendensiyasının yüksək olması, qızların calışma yerlərinin daha az nəzərə çarpması və ev təsərrüfatları arasında keçirilən sorğu tərəfindən əhatə olunmaması ilə izah olunur. Əgər həqiqətən də ölkədə qızların işləməsi halları tam olaraq sənədləşdirilməmişdirsə, o zaman ümumi olaraq uşaq əməyi hallarının sayı sorğuda göstərildiyindən də artıq müəyyənləşdirilə bilər. Qız uşaqlarının işləməsinə dair müfəssəl məlumatı keyfiyyət əsaslı tədqiqatın və ev işlərinə onların cəlb olunması səviyyəsinin tədqiq edilməsi nəticəsində əldə etmək mümkündür.

2005-ci il sorğusuna əsasən, uşaq əməyinə cəlb olunanların əksəriyyəti (59,3%) ödənişsiz əsasda ailə təsərrüfatı daxilində işləyənlərdir ki, bunların da əsas hissəsi kənd təsərrüfatında çalışırlar. Oğlan uşaqları qızlara nisbətən daha çox ödənişli əsaslarla işləməyə cəlb edilmişlər və qız uşaqları əsasən ev işlərində çalışırlar.

Qeyd olunan sorğu və pambıq istehsalı üzrə olan qiymətləndirmə göstərir ki, uşaqlar pambıq yığımı, təhlükəli və zərərli işlər, o cümlədən kimyəvi gübrələrin təsiri altında çalışırlar. Məsləhətləşmələrdə iştirak edən bir sıra tərəfdaşlar isə ölkədə son on ildə pambıq istehsalı səviyyəsinin aşağı düşməsi və bu sahədə uşaq əməyinin aradan qalxması ilə bağlı müşahidələrini bölüşmüşlər. Bunun əvəzində, fermerlər əsasən daxili və xarici bazar üçün nəzərdə tutulmuş tərəvəz tədarükünə üstünlük verməyə başlamışlar. Odur ki, uşaqların bu gün pambıq yığımı və istehsalı işinə cəlb olunması da aktuallığını itirmişdir. Tərəvəz tədarükü üzrə uşaq əməyinin istifadəsi barədə isə hər hansı tədqiqat və ya araşdırma aparılmamışdır.

Kənd təsərrüfatından əlavə, uşaqlar ticarət sahəsinə, istehsal və nəqliyyat sahələrində mövcud olan işlərə də cəlb olunmuşlar.

Qeyd olunan sahələrdə müşahidə olunan uşaq əməyi halları məsləhətləşmələrdə iştirak edən dövlət və qeyri-dövlət təşkilatları nümayəndələrinin ümumi məlumatı əsasında müəyyənləşdirilmişdir və hər hansı rəsmi hesabata əsaslanmır. Bundan əlavə, tərəfdaş qurumların nümayəndələri Azərbaycanda uşaqların insan alveri, cinsi istismar halları və məcburi əməyə cəlb olunması faktları barədə də məlumat vermişlər.

Bəzi tərəfdaşlar uşaqların kommersiya əsaslı cinsi istismar sahələrinə cəlb olunması, xüsusən də fahişəlik və pornoqrafiya4, materiallarının istehsalı, bar və gecə klublarında, eləcə də küçə dilənçiliyində uşaqların istismarı üzrə halları qeyd etmişlər. 2011-ci ildə hazırlanmış küçə uşaqlarının vəziyyətinə dair qiymətləndirmədə küçə dilənçiliyinin məcbur edilmə əsasında baş verməsi göstərilmişdir.

Ölkənin cənubunda erkən nikahlarla bağlı bir sıra problemlər mövcuddur ki, bu da öz növbəsində uşaqların təhsil sistemindən kənar düşməsi və ailə təsərrüfatında əməyə məcbur edilməsi ilə nəticələnir. Bundan əlavə, tərəfdaşlar bu nikahların qız uşaqıarının erkən yaşlarda cinsi istismarı ilə nəticələndiyini göstərmişlər. Uşaqların cinsi istismar məqsədilə insan alverinə cəlb olunmasına dair faktların az olmasına baxmayaraq, bu sahədə çalışan qurumlar bunu uşaq alveri faktlarının azlığı ilə deyil, uşaq alveri cinayətkarlarının kifayət qədər təqib və həbs olunmaması ilə əlqaləndirirlər.

İnsan alveri qurbanlarının xaricə aparılmasından əlavə, ölkədə daxili traffikinqin, xüsusilə də ev işlərində istismar hallarının da mövcud olması barədə tərəfdaşlar məsləhətləşmələr zamanı bildirmişlər. Uşaq əməyinin ən pis formaları örtülü cinayət olduğundan, bu halların açılması və ictimailəşməsində də müəyyən çətinliklər mövcuddur.

İnsan alveri məqsədilə uşaqların istifadəsi, uşaq əməyinin digər ən pis formalarından fərqli olaraq hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar tərəfindən daha aydın görünür. Belə ki, 2001-ci ildən etibarən bir sıra qurumlar bu sahədə əhəmiyyətli layihələr həyata keçirmiş, bu problemin qarşısının alınması üzrə fəaliyyətlərini davam etdirməkdədirlər. Azərbaycanda insan alveri, o cümlədən uşaq alverinin həcmi, səviyyəsi və ümumi vəziyyətinə dair də müfəssəl məlumat çatışmamazlığı mövcuddur.

Hal-hazırda ölkədə uşaq əməyi ilə bağlı olan vəziyyətə nəzər yetirsək görərik ki, bir çox hallarda uşaq əməyi hallarına, bəzi sahələrdə və coğrafi ərazilərdə isə uşaq əməyinin ən pis formalarına rast gəlmək mümkündür. Tərəfdaşların bir çox qeyd etdi ki, ölkənin iqtisadi gücü artdıqca və yoxsulluq səviyyəsi azaldıqca, uşaq əməyinin ailə-ev təsərrüfatlarında istifadəsi də aşağı düşməyə başlamışdır. Eyni zamanda göstərilmişdir ki, uşaq əməyinin bəzi görünməyən formaları da mövcuddur ki, bunlara qarşı bir sıra tədbirlərin icrası vacibdir.

Məsləhətləşmələrdə iştirak edən qurumların təmsilçiləri uşaq əməyinə ən çox məruz qalan qruplar kimi məcburi köçkün uşaqları, Roman (qaraçı) icmalarının uşaqları, ailədaxili zorakılıq və digər problemlərə məruz qalan ailələrin uşaqları, o cümlədən valideyn himayəsindən məhrum olunmuş, özü və ya valideyni əlil olan uşaqları qeyd etmişlər.

Məcburi köçkün ailələrinin sosial, təhsil, səhiyyə və digər xidmətlərə çıxış imkanlarının zəif və gəlirlərinin aşağı səviyyədə olmasını nəzərə alsaq, məcburi köçkün uşaqlarının uşaq əməyi qurbanına çevrilmə riskinin daha yüksək olması nəticəsinə gəlmək olar. İşğal olunmuş torpaqlarda öz daimi yaşayış məskənlərini itirmiş məcburi köçkünlər, onlara məxsus ailə təsərrüfatları və əkin sahələrindən də məhrum olmuşlar. Valideynlərin də təhsil, peşə bacarıqları və iş imkanlarına çıxışının məhdud olması səbəbindən, bir çox hallarda uşaqların əməyindən ailənin maddi ehtiyaclarının qarşılanması üçün istifadə olunur.

Azərbaycanda Roman (qaraçı) icmaları özünü təcrid formada, sosial və digər xidmətlərə zəif çıxış və məhdud gəlir əldə etmək imkanları şəraitində yaşayırlar. Uşaqların təhsil sistemindən kənarlaşdıraraq işləməyə məcbur edilməsi Romanlara xas xüsusiyyətdir və bu onların mobilliyinin yüksək olması ilə, tez-tez yerlərinin dəyişdirmələri ilə izah olunur.

İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən layihələrin təcrübəsi və 2011-ci ildə küçə uşaqlarının vəziyyətinə dair hazırlanmış qiymətləndirməyə əsasən demək olar ki, ailədaxili zorakılıq halları baş verən ailələrdən olan uşaqlar, eləcə də, özləri zorakılığın qurbanı olan uşaqlar küçə həyatı yaşamaq, uşaq alveri və istismarına məruz qalmaq və digər pozuntuların qurbanına çevrilməyə daha çox meyllidirlər. Bu tip zorakılıqdan və valideynlərin davamlı problemlərindən təngə gəlmiş uşaqlar sadəcə olaraq, evdən başqa istənilən yaşayış yeri və təhlükəli həyat şəraitini qəbul etməyi üstün tuturlar.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar bir sıra tərəfdaş qurumların təmsilçiləri tərəfindən həssas qrup kimi göstərilmişdir. Himayə müəssisələrində yaşayan uşaqların hər zaman yardıma ehtiyacı olur və bu müəssisələri tərk etdikdən sonra onlar daha böyük problemlərlə qarşılaşırlar. Gənc uşaqlar dövlət himayə müəssisələrini əsasən 18 yaşına çatdıqda, bəzi hallarda isə daha erkən yaşda tərk edirlər. Qohumların evlərində və ya valideynlərin biri ilə yaşayan uşaqlar da uşaq əməyinə daha çox məruz qalırlar. Valideynlərin biri ilə yaşayan uşaqlar əsasən imkansız ailələrdən olur və məsləhətləşmələr nəticəsində müəyyən edilmişdir ki, həmin ailələrdə valideyn uşaqların əməyindən daha çox istifadəyə meylli olur.

2008-ci ildə Azərbaycanda əlil insanların vəziyyətinə dair keçirilmiş qiymətləndirmənin nəticələrinə görə əlillər məşğulluq, sosial və digər xidmətlərə çıxışlarda müəyyən məhdudiyyətlərlə qarşılaşırlar. Bu səbəbdən də əlillərin yoxsulluq və ictimai təcridolunma, eləcə də onlara qarşı münasibət maneələri mövcuddur5. Valideynləri əlil olan uşaqlar təcrübədə təhsil müəssisələrinə çıxış, təhsil haqqlarının ödənilməsi, səhiyyə və digər xidmətlərin qarşılanmasında çətinliklər yaşayır və bu səbəbdən də təhsillərini tam olaraq başa çatdırmır, təhlükəli işlərdə çalışmalı olurlar.

Qeyd olunan həssaslıq barədə kifayət qədər tədqiqat və araşdırma aparılmamışdır və 2011-ci ildə küçə uşaqlarının vəziyyətinə dair təhlil bu sahədə həyata keçirilən yeganə keyfiyyət tədqiqatı hesab oluna bilər. Bu hesabat sənədində müxtəlif həssaslıq faktorları təhlil olunmuş və uşaqların təhlükəli işlərə cəlb olunması qarşısının alınması üçün müxtəlif istiqamətlər göstərilmişdir.



    1. Yüklə 273,92 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin