Yekun hesabat


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi



Yüklə 117,86 Kb.
səhifə11/27
tarix04.01.2022
ölçüsü117,86 Kb.
#54857
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. 12 yanvar 2007-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilmişdir. Görüşdə Əmək siyasəti şöbəsinin baş məsləhətçisi İsgəndərova Xanım və ünvanlı sosial yardımlar şöbəsinin baş məsləhətçisi Musayeva Aygün iştirak etmişdir. İlkin olaraq, Nazirliyin əməkdaşlarına layihə haqqında geniş məlumat verilmişdir. Görüşdə əsas müzakirə mövzusu Azərbaycanda mövcud olan qiymət artımı və onun əhalinin həyat səviyyəsinə təsir imkanları olub. Nazirliyin əməkdaşları qeyd etdilər ki, onlar hal-hazırda nazirlikdə yaradılmış işçi qrupu son qiymət artımının ölkənin yürütdüyü ünvanlı sosial siyasət proqramına təsir gücünün qiymətləndirilməsi ilə məşğuldur və qiymətləndirmələrin nəticəsində onlar nazirliyin müvafiq sahədə dəyişikliyə məruz qalacaq istiqamətləri müəyyənləşdirirlər. Məsləhətçilər nazirliyin inflyasiya və digər makroiqtisadi informasiyaları operativ əldə edə bilməmələri barədə gileyləndilər. Nazirlik iştirakçıları DSK-nin təqdim etdiyi rəqəmlərdə müəyyən təhriflərə yol verildiyini etiraf etdilər və qeyd etdilər ki, çox zaman onlar DSK-dan təkrar məktublar alırlar və həmin məktublarda qeyd edilir ki, DSK tərəfindən təqdim edilmiş əvvəlki məlumatlarda bəzi dəyişikliklər edilmişdir. Nazirlikdə əhalinin gəlirlərinin artımının inflyasiya olan təsirlərinin qiymətləndirməklə bağlı heç bir hesablamalar aparılmır. Sonda nazirlik nümayəndələri layihə haqqında maraqlı olduqlarını bildirdilər və qeyd etdilər ki, onlar böyük məmnuniyyətlə layihənin nəticələrini əldə etmək istərdilər.


  • Yüklə 117,86 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   7   8   9   10   11   12   13   14   ...   27




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin