Yeni DÜnya düZƏNİ


VI FƏSİL Yəhudiləri gözləyən yeni böyük fəlakət və “Xəzər dövləti” layihəsi



Yüklə 3,78 Mb.
səhifə42/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   38   39   40   41   42   43   44   45   ...   97
VI FƏSİL
Yəhudiləri gözləyən yeni böyük fəlakət və “Xəzər dövləti” layihəsi
Artıq qeyd edildiyi kimi, dünya xəritəsindən silinməli olan dövlətlərdən biri də İsraildir. Bu səbəbdən də bəzi yəhudi dairələr yəhudilər üçün yeni vətən arayışı içindədirlər.

Bir zamanlar təhudilər Stalinə müraciət edərək Krımda məskunlaşmağı xahiş etmişdilər. O isə onları Uzaq Şərqə köçürməyə və Birobicanda onlar üçün muxtariyyət yaratmağa qərar verdi. Bu gün də Kırım onların hədəfindədir. Amma sözügedən yarımada slavyanlar və türklər (tatarlar) arasında böyük mübahisə obyektinə çevrildiyindən bu ehtimal bir o qədər də böyük deyil. Yəhudilərin yoğun şəkildə yaşadıqları Odessa bunun üçün çox kiçikdir və bütün yəhudiləri əhatə etmək potensialına sahib deyil. Amma hazırda Rusiya ilə Ukrayna arasında müharibə obyektinə çevrilən və əhalisi hərbi əməliyyatlar üzündən bölgəni sürətlə tərk edən Donetsk-Luqansk bölgəsi, eləcə də Dneproprtrovsk bunun üçün yayaya bilər. Təsadüfi deyil ki, 2012-ci ilin payızında Dnepropetrovskda “Menora” adlı dünyada ən böyük yəhudi ictimai mərkəzi açılmışdır. Sözügedən bölgələrdə “Xəzər dövləti”ni bərpa etmək barədə söz-söhbətlər də gəzməkdədir. Daha doğrusu belə bir layihənin mövcudluğu heç bir şübhə oyatmır.

Xəzər dövləti  güclü olduğu dönəmlərdə onun hüdudları batıda Azov dənizi, Krım və Dnepr çayı, quzeydə Kiyev və Kazan şəhərləri, doğuda Volqa çayının doğu sahilləri, güneydə Dağıstan və Qafqaz dağlarına qədər uzanırdı. Uzun müddət Azərbaycan da Xəzər dövlətinin tərkibində olmuş, hətta onunsiyasi, iqtisadi və mədəni mərkəzi rolunda çıxış etmişdir. Xəzərlərin hərbi potensialı o qədər güclü və qüvvətli idi ki, onlar bilavasitə tabeliklərində olmayan xalqlardan da bac alırdılar. Hətta Bizans və Sasanilər kimi imperiyalar da Xəzər Xaqanlığına vaxtaşırı xərac vermişlər. Təsadüfi deyil ki, Xəzər tarixini tədqiq edən S. S. Boquş hələ keçən əsrin əvvəllərində yazmışdır:  «Xəzərlərin hökmranlığı bir neçə əsr Kaspi və Qara Dənizdən Baltik dənizinə qədər duyulmuşdur».

Akademik B. Dorn Təbərinin verdiyi məlumatlara istinadən yazır: “İslamdan  öncə  Xəzər Dərbəndi  ifadəsi  Azərbaycanın güneyində Rey ilə İrak arasındakı şəhəri bildirir”.

Kaşğarlı Mahmudun xəritəsindən belə görünür ki, Xəzər Dərbəndi bütün Güney və Quzey Qafqazı əhatə etmişdir. Xəzər xaqanı İosifin məktubundan belə anlaşılır ki, Ərdəbil də, yəni Güney Azərbaycanda bir müddət bu dövlətin tərkibində olub. Bu məlumat xəzərlərlə Ərdəbil ətrafında döyüşdüklərini bildirən erkən ərəb mənbələri tərəfindən də təsdiqlənir.

Təbəriyə görə, xəzərlərlə vuruşan Xosrov Ənuşirəvan onlardan 10 minini Azərbaycanda yerləşdirdi. VI əsrin ikinci yarısındakı olaylardan bəhs edən əl-Bəlazuri Ənuşirəvanın (531-579) vaxtında xəzər axınının Dinəvərə qədər uzandığını, Cürzan və Arranın (Albaniyanın) bu dönəmdə xəzərlərin əlində olduğunu söyləyərək, bu şahın xəzərlərlə qohumluq əlaqəsi qurduğunu bildirməkdədir.



Hazırda xəzərlərin genetik mənsubiyyəti məsələsi alimlərin ciddi tədqiqat istiqamətlərinən birinə çevrilib və bu işdə hamıdan daha çox yəhudi alimləri səy göstərirlər. Onlar bu xalqın genlərində yəhudi izi tapmaqda çox maraqlıdırlar.

Tarix elminin çox zaman siyasətçilərin əlində alətə çevrildiyi və ondan gələcəyə yönəlik geosiyasi hədəflərin həyata keçirilməsi üçün təbliğati material kimi istifadə edildiyi məlumdur. Hazırda bəzi yəhudi qruplar “Xəzər layihəsi” adlanan yeni bir geosiyasi layihə üzərində çalışırlar. Bu layihəyə görə Ukraynanın cənub-şərqində, ilk mərhələdə Luqansk və Donetsk vilayətlərində «Böyük Yəhudi-Xəzər dövləti», yəni «İkinci İsrail» qurulmalı, sonrakı mərhələdə onun sərhədləri Krım yarımadası və Şimali Qafqaz ərazilərini də içinə alacaq bir şəkildə genişləndirilməlidir. Hazırda Ukrayna və Rusiya arasında yaşanan gərginlik, Krımın işğalı, Luqansk və Donetsk vilayətlərində gedən qanlı döyüşlər bu mənfur planın mühüm tərkib hissəsidir.

Yəhudi dairələrin həyata keçirməkdə olduqları bu böyük geosiyasi layihənin mühüm tərkib hissələrindən biri də xəzərlərin yəhudi geninin daşıyıcıları olduqlarını «sübut etmək» idi. Bu səbəbdən də xəzər kurqanlarından tapılan skeletlərin DNT analiz testlərinin keçirilməsi vacib məsələ kimi qarşıda dururdu və tədqiqatların aparılması üçün yetərincə maddi resurs da ayrılmışdı. Lakin aparılan tədqiqatlar istənilən nəticəni vermədi. Xəzər genomlarında, zərrə qədər də olsa, yəhudi izinə, yəni J1 haploqrupuna rast gəlinmədi, əksinə Avropa yəhudilərinin, yəni aşkenazların təqribən 30 faizində xəzərlərə aid R1a haploqrupu müəyyən edildi..

Bəs, xəzərlərin yəhudi olması barədə fərziyyə haradan doğub?

Məlum olduğu kimi bu xalqın elmdə qəbul edilmiş olan siyasi tarixi 650-965-ci illəri əhatə edən kiçik bir dövrlə məhdudlaşır. Bu dövr haqqında və ümumiyyətlə, xəzərlər haqqında indiyə qədər müxtəlif dillərdə çox sayda ədəbiyyat dərc edilsə də, nəşr edilmiş kitablar içərisində M. Artomonovun rus dilində qələmə aldığı “Xəzərlərin tarixi” və A. Köstlerin ingiliscə yazdığı “The Khazar Empire and its Heritage. Last Century Media” adlı fundamental əsərini xüsusi qeyd etmək lazımdır. Bunlardan ikincisində müəyyən mübahisəli məqamlar olsa da, müəllif qarşıya qoyduğu məsələyə M. Artomonovdan fərqli olaraq, tam obyektiv və qərəzsiz yanaşma sərgiləməyə çalışmışdır. M. Artomonovun kitabına ön söz yazan və həmin yazısında A. Köstnerin kitabını başdan ayağa təhlil edən L. Qumilyov müəllifin bəzi mübahisəli fikirlərini tənqid atəşinə tutur və sonda da onun gəldiyi nəticənin, yəni xəzərlərin türk mənşəli xalq olduğu fikrinin önündə sual işarəsi qoyur və bununla da bir növ bu fikiri sual altına almağa, eynən M. Artomonov kimi xəzərlərin yəhudilərlə əlaqəsini xüsusi qabartmağa çalışır. Görünür, sovet dövründə sözügedən mövzu ilə məşğul olan alimlər qarşısında belə bir vəzifə qoyulmuşdu. Bununla belə, yazılan bütün əsərlərdə xəzərlərin türk olduğu mütləq qeyd olunur və bu məsələdə alimlər arasında qətiyyən fikir ayrılığı yoxdur.

Xəzərləri siyasi məqsədlə “türklükdən uzaqlaşdırmaq” və “yəhudiləşdirmək” istiqamətində aparılan siyasəti və onun hədəflərini təhlil etmək bu məqalənin məqsədləri dışında olduğundan onun üzərində durmaq fikrimiz yoxdur. Sadəcə onu qeyd edək ki, hazırda “Böyük Yəhudi-Xəzər dövləti” layihəsini həyata keçirməkdə olan bəzi yəhudi dairələrin maliyyələşdirdiyi testlər xəzərlərin R1a–Z93 haploqrupunun daşıyıcısı olan qədim türk soylarından biri olduğunu göstərmişdir. Bu genin daşıyıcılarına Cənubi Sibirdən Qara dəniz sahillərinə qədər yayılan və türk ləhcə və şivələrində danışan bir çox xalqlar arasında, o cümlədən qaraçaylılar, balkarlar, tatarlar, başqırdlar, eləcə də digər iskit dairəsi xalqlarının varisləri arasında sıx-sıx rast gəlinir.

Qeyd etmək lazımdır ki, qazıntı halnda tapılan sözügedən haploqrup xəzər kurqanlarından əldə edilmiş bir neçə skelet qalıqları üzərində aparılmış DNT analizləri nəticəsində aşkar edilmişdir.

Hazırda elmə çox sayda, daha dəqiq desək, bir neçə yüz xəzər kurqanı məlumdur ki, onlar haqqında bəzi dəyərli məlumatları O. İvik və V. Klyuçnikovun “Xəzərlər” adlı kitabından əldə etmək mümkündür. Eyni sözləri L. Kleyn və başqalarının birlikdə qələmə aldıqları «İskit dövrünə aid katakomba və Saltov kurqanı» adlı əsər haqqında da söyləmək olar. Bu müəlliflərin hər biri xəzər kurqanlarının qazıntılarında bilavasitə iştirak etmişlər və təbii ki, bu barədə hər kəsdən daha çox məlumata sahibdirlər.






Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin