Yeni DÜnya düZƏNİ



Yüklə 3,78 Mb.
səhifə51/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   47   48   49   50   51   52   53   54   ...   97
2004-cü il. Fevralda İsrailə 102 ədəd F-161 qırıcı-bombardımançı təyyarə satılır. Bu təyyarələrin İrana və geri uça bilmələri üçün onlara əlavə yanacaq bakları quraşdırılır.

Yayada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (İAEA) Tehrandakı Livizian-Şiyanda tədqiqat aparmaq imkanı əldə edir, fəqət orada nüfə siahı istehsalının izlərinə rast gəlmir.

Avqustda İranın Moskvadakı səfiri ölkəsinin Buşəhrdə istifadə edilən nüvə yanacağının Rusiyaya qaytarılmasına və bu barədə sənəd imzalamağa hazır olduğunu bildirdi.

Sentyabrda ABŞ İrandan öz nüvə obyektlərini təftişə açmasını tələb edən İAEA mətnini İngiltərə, Fransa və Almaniya ilə razılaşdırdı. Bunun ardınca İngiltərə, Fransa və Almaniya İranın 12 ildən bəri nüvə silahı əldə etmək üçün çalışdığını, bunun sadəcə 18 ay öncə bəlli olduğunu bəyan etdilər.

Sentyabrın 14-də İran öz nüvə tədqiqatlarını dayandırmaq barədə tələbləri rədd etdiyini bəyan etdi. İki gün sonra, yəni sentyabrın 16-da ABŞ İranın kosmosdan çəkilmiş obyektlərinin şəkillərini yayınlayaraq bu ölkənin təhlükəli həddə gəlib çıxdığını iddia etdi.

Sentyabrın 18-də İAEA İrandan noyabrın 25-nə qədər Nüvə proqramını dayandırmasını tələb edir.

Sentyabrın 21-də İran 37 ton uranın genişmiqyaslı zənginləşdirilməsinə başladığını bəyan edir, Eyni gün prezident Məhəmməd Hatəmi bildirir ki, İranın nüvə silahı əldə etmək fikri yoxdur.

31 oktyabrda ABŞ İrandan özünün nüvə proqramı barədə tam məlumat verməsi barədə tələblə çıxış etdi.

İran keçirdiyi hərbi paradda Şimali Koreya istehsalı “Nodon-1” roketləri əsasında hazırlanmış 1300-1700 km radiuslu “Şəhab-3” roketlərini nümayiş etdirdi.

Noyabrın 15-də İran ayın 22-dən etibarən uranın zənginləşdirilməsini dayandırmağa razı olduğunu bildirir. Buna qarşılıq olaraq, Avropa Birliyi İrana nüvə yanacağı və yüngül su ilə çalışan reaktor verməyə hazır olduğunu bəyan edir.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin