Yeni DÜnya düZƏNİ


ABŞ prezidenti Donald Tramp



Yüklə 3,78 Mb.
səhifə57/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   53   54   55   56   57   58   59   60   ...   97
ABŞ prezidenti Donald Tramp
Sözügedən razılaşma 2018-ci ilin may ayına qədər davam etdi. Həmin ilin mayında ABŞ-ın yeni prezidenti, yevangelistlərin təmsilçisi Donald Trampın hakimiyyəti dövründə ABŞ İsrailin, eləcə də prezidentin habadçı olan kürəkəni və köməkçi Kuşnrin təhriki ilə sazişi təktərəfli qaydada tərk etdi. Buna səbəb İranın İsraili öz ərazisindən vura bilən ballistik roketlərin kütləvi istehsalına başlaması, Hizbullahı roketlərlə təmin etməsi və İsrail sərhədinə yaxın ərazilərdə möhkəmlənməsi idi. İsrail sazişin yenidən imzalanmasını və bu dəfə qadağalar siyahısına İranın ballistik roketlərinin də daxil edilməsini istəyirdi. Təbii ki, İran buna razı olmadı, sazişin pozulduğunu əldə əsas tutaraq öz nüvə proqramını yenidən bərpa etdi. ABŞ-ın buna cavabı yeni sanksiyalar oldu. O vaxtdan vəziyyət gərgin olaraq qalmaqdadır.

Tramp hakimiyyətə gələr-gəlməz, bir çox planları alt-üst etdi, “Dünya hökuməti”nin kartlarını bir-birinə qatdı.

Çinin “Bir zolaq, bir yol” layihəsinin güzərgahı üzərində yerləşən önəmli ölkələr içərisində Türkiyə və Rusiya da yer almaqdadırlar. “Dünya hökuməti”nin məkrli planları içərisində bu iki dövlət arasında müharibə çıxartmaq planı da var.

Rusiya və Türkiyənin maraqları daha çox Suriya və Liviya ərazisində toqquşmaqdadır. Bunlardan Suriyanı ilk sıraya çəkmək lazımdır.

“Ərəb baharı” adı ilə tanınan inqilablar zəncirirnin önəmli halqalarından biri olan Suriyada hadisələr bir qrup məktəblinin oyunundan başlamışdı. Oxuduqları sinfin yazı lövhəsinə Tunis və Misirdə başlayan Ərəb Baharının təsiri ilə İnqilabi şüarlar yazan bu uşaqlar polis tərəfindən tutlaraq naməlum istiqamətə aparıldılar. Onların taleyindən narahat olan və harada olduqlarını öyrənməyə çalışan valideynlərinə “Siz onları bir daha görməyəcəksiniz, gedin yenilərini əkin” – deyə cavab verildi. Bu, məktəblilərin qohumlarının kiçik miqyaslı etiraz aksiyası keçirməsinə səbəb oldu. Suriyanın müxtəlif yerlərində onlara dəstək aksiyaları təşkil edildi. 2010-cu ilin yanvar ayından etibarən baş qaldıran bu kiçik aksiyalar tədricən böyüyərək, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ve insan haqlarının pozulmasına qarşı xalq üsyanına çevrildi. İlk geniş miqyaslı etiraz aksiyası 15 mart 2011-ci il tarixində Dera şəhərində  ortaya çıxdı ki, bu səbəbdən də Dera “Suriya inqilabını beşiyi" sayılmaqdadır.

Qısa müddət sonra etiraz dalğası bütün ölkəni bürüdü.  Hökumət mitinqlərə kütləvi həbslər, işkəncələr, polis şiddəti və senzura ilə cavab verdi, fəqət bu etiraz dalğasının qarşısını nəinki ala bilmədi, əksinə, dalğa daha da böyüməyə davam etdi. Aprel ayının sonunda Bəşər Əsəd, dirənən şəhər və qəsəbələrə qarşı büyük ölçüdə hərbi əməliyyatlara başladı, yaşayış yerlərinə tanklar, əskərlər və ağır silahlar yeridildi, nəticədə çox sayda mülkü vətəndaş həyatını itirdi.

Baş verən inanılmaz vəhşiliklər çox sayda müsəlman zabit və əskərin silahları ilə birlikdə ordudan qaçaraq xalqın tərəfinə keçməsinə, Bəşər Əsədin ələvi rejiminə qarşı çıxşış etməsinə və müxalifəti silahlandırmasına səbəb oldu. Cisr əş-Şuğur  qəsəbəsində ilk böyük mitinqlərdən 79 gün sonra, 4 iyun 2011-ci il tarixində ölkədə ilk silahlı çatışma baş verdi. Suriya ordusunu bir dəfn mərasiminə qatılan izdihamın üzərinə atəş açması mitinq iştirakçılarının atəşin açıldığı binaya od vurması və millətə atəş açan 8 ələvi hərbçini öldürməsi, eləcə də bir polis məntəqəsini silahları ilə birlikdə ələ keçirməsi ilə nəticələndi. Müsəlmanlar bütün ətrafı nəzarətə aldı. Nümayişçilərlə hərbçilər arasındakı çatışmalar sonrakı günlərdə də davam etdi. Əldə olan məlumata görə, xüsusi xidmət orqanları mülki əhaliyə silah qaldırmaqdan imtina edən hərbiçiləri dərhal məhv edirdilər. Bu, orduda qalan müsəlmanların da qaçmasına və müxalifətin tərəfinə keçməsinə səbəb oldu. Nəticədə qarşıdurma tədricən ələvi-müsəlman qarşıdurması şəklini aldı və böyüyərək, vətəndaş müharibəsinə çevrildi.

Qeyd edək ki, 12 imama sitayiş edən ələvilər nə sünni, nə də şiələr tərəfindən müsəlman hesab edilmirlər. Əslində, ələvilərin özləri də müsəlma kimi tanıdılmalarına qarşıdırlar. Səbəb də, İranda “Əliallahilər” adlandırılan ələvilərin namazı, həcc ibadətini, Ramazanda oruc tutmağı inkar etmələri, came və məscidlərin əvəzinə “cəm evləri” adlandırılan ibadət evlərinə qadınlı-kişili toplaşaraq, özlərinə məxsus ibadət etmələri, Məhərrəm ayında 12 imamın şəninə 12 gün oruc tutmaları, şiə və ya sünni olmasından asılı olmayaraq, müsəlmanlara qız verib-almamaları, müsəlmanlarla ailə həyatı quran övladlarını övladlıqdan çıxarmaları və s. kimi düşüncə və əməlləridir.

Keçmiş Fransa müstəmləkəsi olan Suriyada, ələvilər əhalinin sadəcə 17 faizini təşkil etsələr də, Qərb imperializmi onların hakimiyyəti ələ keçiməsinə və onların əli ilə İslamın dirçəlişinin önünün kəsilməsinə şərait yaratmışdılar. Həm diktator Hafiz Əsəd, həm də oğlu Bəşər Əsəd ələvi idilər və bu səbəbdən də müsəlmanların etirazlarını həmişə qanlar içində boğmuşlar.

Bu gün Suriyadakı vətəndaş müharibəsini çoxtərəfli silahlı qarşıdurma kimi xarakterizə etmək daha doğru olar. 2011-ci ilin baharında Bəşər Əsəd rejiminə qarşı dinc etiraz aksiyaları şəkilində başlayan, sonradan vətəndaş müharibəsinə çevrilən hərbi qarşıdurmaya artıq həm Türkiyə kimi Suriya ilə həmsərhəd olan ölkə, həm də bu ölkə ilə heç bir sərhəddi olmayan İran, Rusiya, ABŞ və Fransa kimi çox sayda ölkə qatılmışdır.




Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin