Yeni DÜnya düZƏNİ


Neftin qiymətinin 2020-ci ilin mart ayındakı düşüşünü əks etdirən qrafik



Yüklə 3,78 Mb.
səhifə74/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   70   71   72   73   74   75   76   77   ...   97
Neftin qiymətinin 2020-ci ilin mart ayındakı düşüşünü əks etdirən qrafik
Maraqlıdır ki, təkcə ABŞ-da 1200 neft şirkəti qeydə alınınb və dediyimiz sürədə onlarda 1100-ü tam iflas həddinə gəlib çatmışdı. Bu ölkədə 20. 04. 2020 tarixində neftin qiyməti 304.60% azalaraq -37 dollar 60 sentə düşmüşdü. Bu o demək idi ki, ABŞ bir barrel neft satmaq üçün onu alıcıya nəinki havayı verməli, üstəlik də üstündə 37,6 dollar pul ödəməli idi.

Bu sətirlərin yazıldığı 2 may 2020-ci il tarixindəki göstəricilər yuxarıdakı qrafikdəki göstəriciyə nisbətən stabilləşmişdi və aşağıdakı kimi idi:



bbb
Şübhəsiz ki, neft bazarındakı çöküş ümumdünya sənayesindəki azalmanın və neftə tələbatın azalmasının məntiqi nəticəsi idi. Bu hal milli gəlirinin böyük hissəsinin neft ixracatından əldə edən ölkələrin iqtisadiyyatlarına böyük zərbə oldu. Bu sırada gəlirlərinin 90 faizini neft ixracatı təşkil edən İraqı, eləcə də Qətəri (87%), Səudiyyə Ərəbistanını (93%), Birləşmiş Ərəb Əmirliklərini (67%), Bəhreyni (64%), Küveyti (84), İranı (86%), Rusiyanı (69%) və s. ölkələri misal çəkmək olar.

Maraqlıdır ki, 2019-cu ildə BMF növbəti 2020-ci ildə 3.3% yüksəliş gözləməkdə idi, fəqət koronavirus hər şeyi alt-üst etdi. Və proqnozlar koordinal şəkildə dəyişdi. Belə ki, hazırda Beynəlxalq Valyuta Fondunun 2020-ci ilə olan proqnozlarına görə, dünya iqtisadiyyatını Böyük depresiyya illərindən bu günə qədər ən böyük geriləmə gözləyir. Belə hesab edilir ki, stabilləşmə 2021-ci ildə, yalnız koronavirus üzərində qələbə çalındıqdan sonra baş verəcək. Təbii ki, qələbə çalınarsa. Ona qədər isə dünya ÜDM-nin 7,5%, Almaniyanın eyni göstəricisinin 7%, İtaliyanınkının 9,1% azalacaq. Koronavirus bəlası aşılarsa, 2021-ci ildə dünya iqtisadiyyatı 4,7%, Almaniyanın iqtisadiyyatı isə 5.2 % arta bilər.

2020-ci ildə MDB məkanında da azalma gözlənilir. Proqnozlara görə, Rusiyada ÜDN-nin 5,5%, Ukraynada 7,7%, Belorusda 7% azalma olacaq. Koronavirusdan sonra isə Rusiya və Belorusun iqtisadi göstəricilərinin 3,5%, Ukraynanınkının isə 3,6% arta biləcəyi söylənilir.

Koronavirusun ortaya çıxması, ardınca da ölkələr arasında karantin məqsədilə sərhədlərin bağlanması nəqliyyat, beynəlxalq ticarət, turizm və s. kimi sektorların da çökməsinə səbəb olmuşdur. Məsələn, koronavirus olayından öncə hava yolu şirkətləri tərəfindən hər gün orta hesabla 107 min uçuş gerçəkləşdirilməkdə, 11,9 milyon sərnişin daşınmaqda idisə, virusun ortaya çıxması ilə bu rəqəmlər, 20 aprel 2020-ci il tarixinin statistikasına görə, ortalama 5 min uçuşa və 996 min sərnişinə enmiş vəziyyətdədir.



Bütün dünyada müxtəlif sahələrdə 3 milyard 300 milyon adam çalışırdısa, koronavirusun ortaya çıxması ilə bu rəqəm də aşağı düşdü, 2,7 milyard nəfərin durumu önəmli dərəcədə pisləşdi. Bunlardan bir qismi iş yerini itirdi, bir qismi maaşsız məzuniyyətə göndərildi, digər bir qismi də daha nisbətən az maaşla, uzaqdan çalışma şərti ilə, evində oturmağa məhkum edildi.

Koronavirusdan iqtisadiyyatları ən çox zərər görmüş ölkələr içərisində Çin, ABŞ, İngiltərə, İtaliya, İspaniya, Almaniya, Braziliya, Rusiya və təbii ki, neft ixrac edən körfəz ölkələri öndə gəlməkdədirlər. Təkcə belə bir faktı qeyd edək ki, sözügedən ölkələrdə tikilməsi planlaşdırılan 50 və daha çox mərtəbəli 613 binanın inşaası dayandırılıb ki, bu da dünyanın inşaat sektorunda necə bir tənəzzüllə üz-üzə qaldığının ən bariz göstəricisidir.

Beynəlxalq İşçi Təşkilatının (İLO) verdiyi məlumata görə, yaxın zamanda 195 milyon və ya daha çox adamın işsiz qalma ehtimalı var. 2020-ci il böhranını əvvəlki illərin böhranı ilə müqayisə etsək, hazırda vəziyyətin daha kritik olduğunu görə bilərik. Məsələn, 1982-ci il iqtisadi böhranı zamanı 4 milyon, 1991-ci il böhranı zamanı 5 milyon, 2001-də 14 milyon, 2008-də 28 milyon adam işsiz qalmışdısa, 2020-ci ilin ilk rübündə bu göstərici 124 milyona yüksəlmişdir.

Ən maraqlı faktlardan biri də budur ki, pandemiyadan öncə Yer üzndə 30 milyon və daha çox sərvətə sahib olan 513 min adam var idi. Hazırda onların sayı 441 min nəfərə düşüb və bu, sadəcə 40 gün ərzində baş verirb. Buna paralel olaraq da onların sahib olduqları şirkət və daşınmaz əmlakın dəyəri əvvəlkinə nisbətən bir neçə dəfə azalıb (https://www.youtube.com/watch?v=KKgCxwdmvL8).

İndi ortaya belə bir sual çıxmaqdadır: Dünya iqtisadiyyatında önəmli paya sahib olan böyük şirkətləri bilərəkdən müflisləşdirməkdə məqsəd nədir?

Cavab sadədir. Məqsəd onların ilk mərhələdə milliləşdirilməsinə, başqa sözlə, dövlətləri mülkiyyətinə, sonrakı mərhələdə isə “Dünya hökuməti”nin monopoliyasına keçməsini təmin etməkdir. Bunsuz “Vijital Kommunizm” cəmiyyətinə keçid mümkün deyil. İş adamlarının müflisləşdirilməsi ilə isə həmin cəmiyyətin əsas prinsiplərindən biri olan “siniflər arasında fərqin aradan qaldırılması” şərtinin gerçəkləşdirilməsinə start verilmişdir. Kapitalizm dövrünün əsas atributu olan burjua sinfinə postkapitaliz, yəni vijital kommunizm dövründə yer olmayacaq.

Bu halda söhbət, təbii ki, təkcə iqtisadi hədəflərdən deyil, onların yol açacağı siyasi hədəflərdən də getməlidir. Ortada uzaqgedən geosiyasi hədəflərin olduğunu da unutmamalıyıq.

Baxın, pandemiya təkcə ölkələr arasında sərhədlərin deyil, müəyyən mənada böyük ölkələrin şəhər və əyalətləri arasında da sərhədləri tam və ya qismən bağlanmasına yol açıb. Bu isə böyük siyasi-inzibati ərazilərin daha kiçik siyasi-inzibati ərazilərlə əvəzlənməsi üçün geniş imkanlar açır. Məsələn, Avropa Birliyini götürək, virusun sürətlə yayılması şengen zonasına ölümcül zərbə vurdu. Birlik ölkələri bir-biri ilə olan sərhədlərini bağladı və beləcə, Avropa Birliyinin fövqaladə vəziyyətlərdə vahid orqanizm kimi fəaliyyət göstərə bilmədiyi ortaya çıxdı. Hər dövlət öz başının çarəsinə özü baxmaq məcburiyyətində qaldı. Bu fakt AB-yə nə qədər ehtiyac olub-olmadığı suallarını da özü ilə gətirmiş oldu.

Görünən budur ki, İngiltərənin Birliyi tərk etməsi ilə başlayan parçalanma prosesi bundan sonra da davam edə bilər. Belə düşünmək üçün bir çox Avropa ölkəsində AB bayraqlarının endirilməsi və yerinə milli bayraqların qaldırılması faktı da müəyyən əsas verməkdədir. Bir çox Avropa ölkəsinin dövlət başçısının müsahibəsində bu incə notu görməmək mümkün deyil.

Görünən budur ki, koronavirus əməliyyatının bir hədəfi də Avriopa Birliyini parçalamaqdır. Və təkcə Avropa Birliyiminimi?

Hədəfdə hansı ölkələrin olduğunu anlamaq üçün gələcəkdə BMT-ni əvəz etməsi və faktiki olaraq, “Dünya dövlətinə” çevrilməsi düşünülən UNPO-ya üzv olan xalqların siyahısına ötəri bir nəzər salmaq yetərlidir. Məsələn, quruma Güney Azərbaycanın, İran Kürdüstanının, İran talışlarının və Xuzistanın (İran ərəblərinin) olması hədəfdə olan ölkələrdən birinin İran, eləcə də Uyğurustan və Tibetin olması isə digərinin də Çin olduğunu göstərməkdədir.

Maraqlı faktlardan biri də odur ki, Rusiyanın bir çox xalqı da vaxtı ilə bu təşkilatın üzvü olub, sonradan Rusiyanın təzyiqi ilə oranı tərk etmək məcburiyyətində qalıblar. Bu sırada Tatarıstan, Çeçenistan, Tuva, Komi, Mari-El, Udmurtiya və sairənin adını çəkə bilərik. Bu fakt Rusiyanın da hədəfdə olduğunu sübut etməkdədir.

Və bu planın da altında da Henri Kissencerin imzası durmaqdadır. Pravda.ru saytında dərc edilmiş 20. 08. 2015-ci il tarixli, “Kissencer etiraf etdi: Qərbin məqsədi Rusiyanı dağıtmaqdır” başlıqlı məqalədə yazılana görə, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencer Qərbin Rusiyanı Avroatlantik məkana inteqrasiya etmək fikrindən daşınaraq, onu bir dövlət kimi parçalamaq hədəfini seçdiyini söyləmişdir. Qərb bu fikrə Ukrayna konfliktindən sonra gəlmişdir.

Bu barədə fikirlərini “National İnterest”ə açıqlayan Kissencer “Harmageddon savaşı”ndan qaçmağın mümkün olmadığını da sözlərinə əlavə etmişdir. Bu isə o deməkdir ki, plana görə, Rusiya “Harmagedon savaşı” sonucunda işğalçı dövlətlər tərəfindən parçalara bölünməlidir.

Ümumiyyətlə, Rusiyanın parçalanması ilə bağlı bir neçə ehtimal və proqnoz mövcuddur. Onların müəllifləri içərisində Yeqor Xolmoqorov, Harri Kasparov, Mixail Leontyev, Pavel Svayatenkov, Konstantin Remçukov, İqor Prokopenko, German Qreff, Maksim Kalaşnikov, Mixail Remizov, Mixail Delyaqin, Andrey Fursov, Georgiy Malinetskiy, Valeriy Solovyev, Sergey Kurginyan, Aleksandr Proxanov, Əduard Limonov, Maksim Şevçenko, Nataliya Naroçnitskaya, Vitaliy Teretyakov və Dmitriy Medvedyev kimi rus vətəndaşı olan tanınmış fikir adamları da yer almaqdadır.

Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi Vladimir Şevçenko O. Yu. Maslovun “Rusiyanın XXI əsrin əvvəllərində parçalanması müasirlərimizin dilindən” adlı məqaləsini təhlil edərək, belə bir nəticəyə gəlib ki, bu ideyanın qızğın tərəfdarları ilə yanaşı, süni parçalanma tərəfdarlarına da rast gəlinməkdədir.

Mövzuya baxışlar arasında müəyyən fərqlər diqqət çəkir. Məsələn, “Rusiyanın gələcəyi: Fəlsəvi dərkin strategiyası” adlı məqalənin müəllifi V. Şevçenkonun fkrincə, Rusiyanın parçalanma ehtimalı daha çox vahid milli ideya və layihənin olmaması ilə şərtlənir. Deyilənlərə rus milliyyətçiliyin və ksenofobiyanı da əlavə etmək lazımdır. Məhz bu hal separatist əhval-ruhiyyənin yaranmasına səbəb olur.

Andrey Kobyakov başda olmaqla, analitiklər qrupunun İzbor klubu üçün hazırladıqları məruzədə çağdaş Rusiya cəmiyyətinə xas çatlaqlardan söz açılmaqda, krayetiv sinfin bütün cəmiyyətə qarşı mövqe sərgilədiyi, bunun da Rusiyanın parçalanmasına yol aça biləcəyi vurğulanmaqdadır. Kulturoloq İqor Yakovenkonun fikrincə isə, çatlağa əsas səbəb regionlar arasındakı iqtisadi-sosial disbalansdır. Bu ölkənin şimal və cənub bölgələrinadə, o cümlədən Şimali Qafqaz və Sibirdə mərkəzdənqaçma meylini artırır.

Vladimir Şevçenkonun məqaləsində parçalanmanın artıq başladığı iddia edilir və əsas səbəb kimi milli-inzibati ərazilərdə yerli millətlərin nümayəndələrinin dövlət idarəçiliyindən sıxışdırılması, eləcə də müsəlmanlar arasında radikallaşma meyllərinin artması göstərirlir.

Riyaziyyatçı Georgiy Malinetskiy Rusiyanın parçalanmasına a.ağıdakı beş amilin səbəb ola biləcəyi fikirdədir:

-Ayrı-ayrı sosial zümrələr arasında gəlirdəki kəskin fərqlər

-Regionların gəlirləri arasındakı fərqlər

-İnfrastrukturun inkişaf etməməsi səbəbindən bölgələrarası kommunikasiyanın zəifliyi

-Əski və yeni nəsillərin dünyaya baxışları arasındakı əsaslı fərqlər.

-Milli və dini qarşıdurma.

Ən maraqlı fikirlərdən birini isə “Stretfor” özəl kəşfiyyat-analitika təşkilatının sədri Corc Fridman tərəfindən dilə gətirilmişdir. O, əsas təhlükənin neft gəlirlərinin iqtisadiyyatdakı böyük payından, yəni iqtisadiyyatın neftə bağlılığından qaynaqlandığını önə sürməkdə və parçalanmanın 2020-ci ildən sonra başlayacağını proqnozlaşdırmaqdadır.

Fikrimizcə, Rusiyanın parçalanması zərurətindən söhbət açan Henri Kissencer “Harmageddon savaşı” ifadəsini elə-belə, gözəl söz xatirinə işlətməmişdir. Əksinə, onun da əsas ideoloqlarından biri olduğu Bilderberq klubunun sözügedən ölkəyə münasibətdə tətbiq etməyə hazırlaşdığı ssenariyə işarə etmişdir. Nəzərə alsaq ki, ssenari Əhdi-Ətiq və Əhdi-Cədiddə söylənilənlər əsasında qələmə alınmışdır, bu ssenaridə Rusiya mütləq “Harmageddon savaşı”nın əsas tərəflərindən biri olmalı, İranla birlikdə İsraili darmadağın etməli, yalnız bundan sonra parçalanmalı və məhv olmalıdır. Eyni sözləri İrana münasibətdə də söyləyə bilərik.

Bir çoxları ABŞ-ın İranı niyə vurmadığını soruşur və təəccüblərini gizlədə bilmirlər. Cavab isə çox sadədir. Bilderberq klubu İran üçün fərqli ssenari yazıb.

Maraqlıdır ki, ssenarinin həyata keçməsi önündə bir nömrəli maneə və təhlükə İslam, müsəlmanlar, xüsusən də radikal islamçılardır. Müsəlmanların dünyanın gələcəyinə yönəlik öz planları var və onlar bu planları əllərində silah sona qədər müdafiə etməkdə, bu yolda qazi və şəhid olana, ən sonda da tam qələbə qazanana qədər savaşmaqda qərarlıdırlar.



Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin