Yük stansiyasının təsnifatı və xarakteristikası



Yüklə 43,88 Kb.
səhifə10/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
Yük tariflərinin növləri

Dəmiryol tarifləri – daşımalar üçün alınan ödənişlər və onların hesablanma qaydalarıdır. Nəqliyyatın məhsulu daşımalar olduğu üçün tarif qiymətləri ton-km-lər üçün müəyyən olunur. Yük tariflərinin aşağıdakı növləri fərqləndirilir:

Ümumi tariflər - yüklərin bütün dəmiryol şəbəkəsi üzrə daşınması üçün tətbiq olunur;

Xüsusi tariflər - yalnız müəyyən yüklər üçün nəzərdə tutulub, aşağı və yüksək olur;

Güzəştli tariflər – müəyyaən təşkilatların yüklərinin aşağı qiymətlərlə daşınması üçün nəzərdə tutulur;

Yerli tariflər - dəmir yolu rəisləri tərəfindən müəyyən olunur.

Göndərişin növündən və daşınma üsulundan asılı olaraq tariflər növbəti qaydada təsnif olunur:

Vaqonlar üçün – yükün kütləsindən asılı olaraq hər vaqon üçün hesablanır.

Tonlar üçün – sisternalarda daşınan maye yüklər üçün tətbiq olunur.

Xirda göndərişlər üçün – yığma vaqonlarda daşınan yüklər üçün tətbiq olunur.

Konteynerlər üçün – brutto kütləsindən asılı olaraq universal konteynerlərdə daşınan yüklər üçün tətbiq olunur.

Tariflər həmçinin yük, böyük və sərnişin sürətləri üçün də fərqləndirilir. Tez xarab olan yüklərdən başqa bütün yüklər üçün yük sürəti ilə müqayisədə böyük sürət tarifi iki dəfə çox təşkil edir. Yük və böyük sürətlər üçün daşıma xərci bir qayda olaraq ən qısa məsafəyə görə hesablanır.




Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin