Yük stansiyasının təsnifatı və xarakteristikası


Vağzallarda sərnişinlərə xidmət edilməsi



Yüklə 43,88 Kb.
səhifə24/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   ...   17   18   19   20   21   22   23   24   25
Vağzallarda sərnişinlərə xidmət edilməsi

Həm vağzal kompleksləri, həm də kiçik sərnişin stansiyaları sərnişinlərə səfərqabağı və səfərdən sonra xidmət üçün nəzərdə tutulan qurğular kompleksidir. Sərnişinlərə bilet tərtibi, qatarın yola düşməsini gözləmək və əl yüklərini saxlamaq vaxtı maksimum rahatlıq yaradır. Vağzallarda informasiya kompleksləri və servis xidməti bölmələri yaradılır. Bələdçilər iri stansiyaya gələn sərnişinlərə istirahət otaqlarından, təcili rabitə xidmətinə ehtiyacı olan sərnişinlərə servis mərkəzinin xidmətlərindən istifadə etməyi məsləhət görürlər. Sərnişin yol gedərkən dayanacaq etdikdə ona xatırlatmaq lazımdır ki, qatar çatandan sonra 4 saat ərzində stansiya növbətçisi yanında biletini qeyd etdirməlidir. Tranzit sərnişinin (pullu və ya gediş sənədi üzrə) dayanaçağı vaxtı dayanacaq haqqında qeydiyyat üçün müddət 24 saatadək artırılır.

Qatar iki qatar dəyişmə qovşaqlarına gecirkən sərnişinləri vağzal növbətçisinin yanında qeydiyyat etdirmək üçün xəbərdar etmək lazımdır. Qatar dəyişməklə səfər zamanı hər bir sahə üçün ayrıca gediş sənədi tərtib edilir. Yola düşmə məntəqəsində “Ekspress” sistemi ilə yolun hər sahəsi üçün ayrıca gediş sənədləri tərtib edilə bilər. Gediş sənədinin bu cür tərtibi “birbaşa plaskart” adlanır. Əgər “birbaşa plaskart” razılaşdırılmış qatarlardan birinin gecikməsi ilə pozularsa, onda başqa stansiyadan tərtib edilən gediş sənədi öz etibarlılığını saxlayır. Onu gediş sənədində göstərilən təyinat stansiyasına yaxın vaxtda yola düşəcək qatara yenidən tərtib edirlər. Səfəri davam etdirməkdən imtina edən sərnişin gediş haqqını tam geri alır. Nəqliyyat Nizamnaməsi müəyyən edir ki, dəmir yolları qatarların gecikməsinə görə məsuliyyət daşıyır. Yəni bütövlükdə gediş haqqından çox olmayaraq cərimə ödəyir. Aralıq stansiyalarda bələdçi sərnişinin gediş sənədinin tərtib edidiyi vaqonun nömrəsindən asılı olmayaraq onları qatara buraxmağa borcludur. Keçid körpüləri və tunelləri olmayan stansiyalarda bələdçilər sərnişinlərin başqa yollarda dayanan qatarlara keçməsi üçün tambur qapılarını açmağa borcludurlar. Sərnişin qatarlarının bələdçiləri sərnişini qarşıdan qatar gəlməsi barədə xəbərdar etməlidirlər.


Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin