The letter being written I went to post it. (Məktub yazılmış olanda mən onu poçtla göndərməyə getdim)
Beləliklə, dil faktları göstərir ki, ingilis dilində ayrıca subyekti olan tərkiblər vardır. Həmin dilin tarixi keçmişinə getdikcə belə tərkiblər çoxalır, qramatik quruluşda dəyişiklik çox gec və tədricən baş versə də, müasir inkişaf mərhələlərində azalma müşahidə olunur, zaman budaq cümləsinin mümkün variantları yaranır.
Bir çox türkoloqlar ən çox zaman budaq cümləsində səhvə yol verərək, feili sifət və feili bağlama tərkiblərini budaq cümlə olduğunu göstərirlər. Məsələn, K. Brokkelmanın təsnifatında zaman budaq cümləsinə aid verdiyi nümunələr feili bağlama tərkibləri və qoşmalı feili sifət tərkibibindən başqa bir şey deyil [175, s. 388-418].
Linqvistik tədqiqatlarda zaman budaq cümlələrinin müxtəlif dillərin materialları üzrə müqayisəli planda araşdırılmasına da rast gəlirik [Bax: 63; 78; 87; 90; 99; 118; 124; 135; 145; 153; 170 və s.].