Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə29/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   25   26   27   28   29   30   31   32   ...   49
I disliked Maurice until I got to know him.

The children were noisy until told to be guiet.

Budaq cümlədəki iş və ya hərəkət davamlı ola bilər; bu davamlılıq until bağlayıcısı ilə bağlanan budaq cümlədəki vaxtın davametmə müddətidir. İnkar formada olan budaq cümlə davamlı olur, təsdiqdə olanlar isə əksinə. Hadisənin baş verməməsi göstərilən müddətə qədər davam etmiş olur. Məsələn:



I didn’t start my meal until Adam arrived.

Azərbaycan dilində zaman budaq cümləsinin həm baş, həm də budaq cümləsində leksik vasitə iştirak edərkən, budaq cümlədə iş, hadisə davam edir, bitmir. Məsələn:



O vaxta qədər çalışdıq ki, yemək yeməyə macal tapmadıq (danışıq dilindən).

Nə qədər ki Səddam rejimi davam edir, o zaman xalq əzab-əziyyət çəkəcək (“Azərbaycan”, 23.12.2000).

İngilis dilində “before” bağlayıcısı da budaq cümlədəki situasiyadan bəri keçən vaxtı göstərir, amma budaq cümlənin davamlı olmaması lazım gəlir. Məsələn:



I started my meal before Adam arrived.

Həmin bağlayıcı ilə bağlanan tabeli mürəkkəb cümlələr ya fakt və ya qeyri- fakt əsasında aydınlaşdırılır. Məsələn:



I sent a donation before I was asked to.

Until bağlayıcısı ilə bağlanan budaq cümlələrdə həm nəticə, həm də zaman mənası ehtimal oluna bilər. Məsələn:



She massaged her leg until it stopped hurting [‘’…with the result that it stopped hurting’’].

Səbəb-nəticə mənası Azərbaycan dilinin zaman budaq cümlələrində əlavə məna kimi üzə çıxa bilir. Bu cür budaq cümlə müəyyən bir səbəbi, baş cümlə isə ondan doğan nəticəini bildirir. Məsələn:



Elə ki, bahar gəlir, hər tərəf öz donunu dəyişir (danışıq dilindən).

İngilis dilində before bağlayıcısı ilə bağlanan budaq cümlələrdə qeyri- müəyyənlik bildirən sözlərə rast gəlinə bilər. Səbəb odur ki, şərt budaq cümlələrində olduğu kimi, before ilə bağlanan budaq cümlələr bitməmiş hərəkətləri ifadə edən budaq cümlələrə uyğun gəlir. Məsələn:



I spoke to them before I ever heard any gossip about them.

[“at the time spoke to them I had not heard any gossip about then”].

İngilis dilində “before” bağlayıcısı zaman yaxınlığını göstərmək üçün just, right, immediately, sometime, a long time, many days kimi təyinedicilərlə işlənə bilir.



I took the examination a year before my brother did.

Zaman əlaqəsi Azərbaycan dilində budaq cümlədəki işin zaman etibarilə baş cümlədəki işdən əvvələ aid olması ilə səciyyələnir. Budaq cümlə baş cümlədən əvvəl işlənir. İşin icrasında bir ardıcıllıq özünü göstərir: əvvəl budaq cümlədəki, sonra baş cümlədəki iş icra olunur” [33, s. 367].

Zaman əlaqəsi eyni vaxta görə müəyyələşir. İngilis dilində bir sıra bağlayıcılar situasiyaların eynivaxtlı olduğunu və ya ən azı hər iki situasiyanın vaxtı nöqteyi-nəzərincə qismən üst-üstə düşdüyünü göstərir. As, as long as, so long as, while, when, whenever, now that bağlayıcıları bu cəhətdən eyni funksiyaya malikdir.

Cümlədə zaman bağlayıcıları kimi işlədildikdə as, as lang as, so long as, while, whilst bağlayıcıları həmişə eyni vaxtı göstərir. Bu bağlıyıcılarla işlədilən zaman budaq cümlələri sürəklilik bildirən zərflik budaq cümlələridir.

“As” bağlayıcısı yalnız iki situasiyanın eyni vaxtda baş verdiyini göstərir.

Just as she was about to speak, she was handed a note.

As it grew dark, we could hear the hum of mosquitoes.

“Whenever” bağlayıcısı əsasən tezlik bildirən zərflik budaq cümlələrində işlədilir. O, situasiyanın təkrar olunduğunu göstərir. O həm də ən azı cümlələrdən birinin sürəkli olması şərti ilə, hər iki situasiyanın vaxt nöqteyi-nəzərincə üst-üstə düşdüyünü göstərə bilər. Məsələn:



It rains whenever we’re camping [‘…at any time we’ve camping].

She visits here parents whenever possible.

“Whenever” bağlayıcısı kimi “when” bağlayıcılı cümlələrdən biri davamlı (sürətli) olarsa, eyni vaxtı göstərə bilər. Məsələn:



When I dream I see angels running up and down a ladder.

Be careful when crossing streets.

Əgər “when” “whenever” ilə sinonimlik təşkil edərsə, o təkrar olunan hərəkəti göstərə bilər. Məsələn:



When I read I like to be alone.

“When” bağlayıcısı ilə bağlanan və məlumat bildirən nəqli cümlələrdə də eynizamanlılıq ifadə edilir. Məsələn:



I was playing the piano when there was a knock at the door.

I was watching the television when suddenly the lights went out.

“While” bağlayıcısının işləndiyi budaq cümlələrdə eynivaxtlı davam edən hərəkət haqqında danışmaq olar. Bu zaman həm keçmiş qeyri-müəyyən zamanın, həm də keçmiş davamedici zamanın işlədilməsi mümkündür. Məsələn:



While John {was sitting - sat} biting his nails, he {was working – worked} out a plan to get us home.

Azərbaycan dilində zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin zaman münasibəti də ingilis dilində olduğu kimi 3 cür təzahür edir. 1) eynivaxtlılıq, 2) öncəgəlmə, 3) sonragəlmə. Eynivaxtlılıq hər iki dilin zaman budaq cümləsində mövcuddur. Azərbaycan dilində eynivaxtlılıq budaq cümlə ilə baş cümlədəki işin, hadisənin eyni vaxta, üst-üstə düşməsi ilə əlaqədardır. Bu zaman baş və budaq cümlənin zaman mənası uyğunlaşır. Baş və budaq cümlələr eyni vaxta aid olan situasiyaları ifadə edir. Məsələn:



Yatmağa bir saat qalırdı ki, həmin hadisə baş verdi (S. Əhmədli) - Həmin hadisə baş verəndə yatmağa bir saat qalırdı. Bu tipli cümlələr eyni vaxtda aid olan hadisə və situasiyaları bildirir.

Beləliklə, zaman münasibəti zaman budaq cümləsi səviyyəsində də meydana çıxır. Azəbaycan dilində budaq cümlə baş cümlədəki işi zamana görə konkretləşdirir. İngilis dilinin zaman budaq cümlələrinin əmələ gəlməsində tabelilik bağlayıcıları mühüm rol oynayır. Qarşılaşdırılan dillərdə zaman bildirən bağlayıcılar və bağlayıcı sözlər zaman münasibətinin meydana çıxmasında mühüm rol oynayır. Onların iştirakı ilə əmələ gələn zaman budaq cümlələrində situasiyanın əvvəlcədən baş verdiyi, vaxtın davametmə müddəti, bir hərəkətin digərinə nisbətən üstün tutulması və ya mümkün olmaması, eynizamanlılıq (mütləq və nisbi eynizamanlılıq), müxtəlifzamanlılıq, sonragəlmə və s. göstərilir. Bu proses hər bir dilin özünəməxsus qanunauyğunluqları çərçivəsində gerçəkləşir.



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin