Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə39/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   35   36   37   38   39   40   41   42   ...   49
Cəfər paşa Telli xanımın mənzilinə o zaman yetişdi ki, aşıq Cünun Koroğlunu tərifləyirdi (“Koroğlu” dastanından).

Gecədən xeyli keçmiş qayıtdı, o zaman ki hamı yorulub yatmışdı (Ə.Vəliyev).

Bu budaq cümlə funksional cəhətdən aşağıdakı formada dəyişkənliyə məruz qalır: Cəfər paşa Telli xanımın yanına yetişəndə (yetişərkən, yetişən zaman…) …

Belə funksionallıq zaman planında eyni mənanı müxtəlif morfoloji elementlərin köməyilə ifadə edir.

Bir çox elementlərin iştirakı ilə yaranan dublopreator tipli zaman budaq cümlələri ilə bağlı aşağıdakı nəticələri qeyd etmək olar:

a) derivasiyanın nəticələri göstərir ki, bu tip zaman budaq cümlələrinin yaranmasında ən azı iki operatorun köməyinə ehtiyac yaranır;

b) dubloperator tipli zaman budaq cümləsinin sintaktik derivasiyasının təmin olunmasında, başlıca olaraq, operant tərəfindən zaman planının ayrılmasıdır. Zaman mənasının əlaməti olaraq durativlik, anilik və s. əsas götürülür. Monooperator tipli zaman budaq cümləsi ilə nisbətdə bu tip əlavə paradiqmatik invarintlar qazanır;

c) monoopreator tipdə olduğu kimi, dublopreator tipli zaman budaq cümləsində də sintaktik derivasiyanın reallaşmasının əsas mexanizmi transformasiyadan ibarətdir, bu çərçivədə transpozisiyaya başlanğıc mərhələ kimi baxmaq lazımdır.

İngilis dilinin zaman budaq cümlələrində sintaktik derivasiyanın əmələ gəlməsinin vasitələri Azərbaycan dilində olduğundan fərqlənir. İngilis dili bu gün beynəlxalq səviyyədə çox işlənir və ən çox öyrənilən dildir. Bu dildə fundamental dilçilik əsərləri yazılmışdır. Bu dilin funksional və semantik sintaksisinə, o cümlədən derivatologiyaya aid xeyli əsərlər vardır.

Qeyd edək ki, sintaktik derivasiya məsələsi ingilis dilində yeni mövzu deyil, L.Tenyerin, Ş.Ballinin, B.Potenin, N.Ryuvetin və başqalarınn işlərində bu məsələ də işıqlandırılmışdır. Xüsusən sadə və mürəkkəb cümlələrdə, zaman budaq cümləsi hüdudlarında sintaktik derivasiyanın əmələ gəlməsi, formal təsviri təhlil olunmuşdur.

İngilis dilinin zaman budaq cümləsi sərhədində də sintaktik derivatların monooperator və dubloperator olmaqla iki tipi fərqləndirilir. Həmin təsnifat prinsipi Azərbaycan dilinin materiallarında eyni ilə göstərilmişdir.

Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində zaman budaq cümləsinin monoopreator derivat tipi spesifik morfoloji elementlərə əsasən xarakterizə olunur. Bunlar bağlayıcı elementlərdir.

Bağlayıcı elementlərin zaman budaq cümləsində əvəzlənməsi ingilis dilində sintaktik derivasiyanı formalaşdırır.

Birinci formada olan zaman budaq cümləsində sintaktik derivasiyanın törəməsi üçün transpozitiv əvəzlənmə tələb olunur. Beləliklə, bir element digər elementlə əvəz olunur. Ondan sonra transformasiya prosesi başlanır, bu çərçivədə zaman budaq cümləsinin sintaktik derivasiyasında monoopreator tip reallaşır. Bu əlaqə nəticəsində transpozitor, cümlələrin əsas və asılı komponentləri, onların derivasiya operatoru funksionallaşır. Transformasiya prosesi müxtəlif növ derivasiya proseslərindən ibarət olur.

Sintaktik derivasiyanın gedişində operator zaman budaq cümləsinin sintaktik strukturunda mütləq hakim kimi özünü göstərir. Derivasiya prosesində semantik və sintaktik sinonimlik yaranır.

Çevrilmənin dərəcəyə görə fərqləndirilməsində bağlayıcı vasitələr əsas rola malikdir. Məsələn: ingilis dilində:

As we came nearer, the mauntains grew higher and higher;

Azərbaycan dilində: Nə vaxt qonaq evdən çıxıb getdi, uşaq xörəyini yeməyə başladı (Azərbaycan dilində nümunə tərcümə deyil).

Beləliklə, ingilis dilinin faktik materialları aşağıdakı nəticələri çıxarmağa əsas verir:

a) zaman budaq cümləsinin sintaktik derivasiya tipinin formalaşmasında, ifadə olunmasında sadə və mürəkkəb zaman münasibətləri əsas rol oynayır.

b) tabeli mürəkkəb cümlənin hər bir konkret forması, o cümlədən zaman budaq cümləsinin monooperator tipi, şübhəsiz, törəmə cümlənin derivasiyasıdır.

Zaman budaq cümləsinin dublopreator tipi ingilis dilində baş və budaq cümlərdəki hərəkətin zaman münasibətləri arasında semantik əlamətlə ifadə olunur. Həmin semantik əlamətlər bunlardır: eynizamanlılıq, sürəklilik, təkrarlıq və s. Bu mənaları ingilis dilində olan və zaman budaq cümləsinin yaranmasında əlaqələndirici rol oynayan mürəkkəb bağlayıcılar yaradır.

Müqayisə edilən dillərdə zaman budaq cümləsinin dubloperator tipi iki və daha artıq operatorun köməyi ilə gerçəkləşir. Məsələn:


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin