Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə42/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   38   39   40   41   42   43   44   45   ...   49
And as I sat in this sorrow I saw my old friend Dobron. – Qəmgin oturmuşdum ki, keçmiş dostum Dobronu gördüm.

İngilis dilində “as” bağlayıcısı iştirak etdiyi konstruksiyada baş və budaq cümlənin məzmuna uyğun olur, yəni budaq cümlə baş cümlədəki işlə eyni vaxta aid olan işi, hadisəni bildirir. Bu hadisə eyni zamanda baş verir. Eynizamanlılıq Azərbaycan dilində bir neçə üsulla verilə bilir: Zaman budaq cümləsi şəklində (yuxarıdakı cümləyə bax);

2. İngilis dilində zaman budaq cümləsi dilimizə feili bağlama tərkibinin iştirakı ilə tərcümə edilir:

And as I sat in this sorrow I saw my old friend Dobron – Mən qəmgin oturanda keçmiş dostum Dobronu gördüm.

As Dave was eating, the doorbell rang – Deyv yemək yeyəndə, qapı zəngi çalındı.

There was a pause while he raised his cup and drank some tea – O fincanı götürüb çay içəndə//içərkən fasilə yaranırdı

3. İngilis dilində zaman budaq cümləsi dilimizə sadə genişlənmiş cümlə şəklində, burada zaman bildirən leksik vasitələr iştirak edir.



And as I sat in this sorrow I saw my old friend Dobron – Mən qəmgin oturan zaman keçmiş dostum Dobronu gördüm. Qeyd edək ki, ingilis dilində “as” bağlayıcısı zaman budaq cümlənin tərkibində “hansı ki, nə vaxt ki, - anda2, belə ki, olduğundan, ucbatından” və s. leksik-morfoloji vasitələrlə tərcümə oluna bilir. Məsələn:

Nə vaxt ki mən qəmgin oturmuşdum, keçmiş dostum Dobronu gördüm – Nə zaman ki, mən qəmgin oturmuşdum, keçmiş dostum Dobronu gördüm.

Nə vaxt ki Deyv yemək yeyirdi, qapı zəngi çalındı – O zaman ki Deyv yemək yeyirdi, qapı zəngi çalındı.

4. İngilis dilində zaman budaq cümləsi dilimizə tabesiz mürəkkəb cümlə ilə tərcümə edilir:



When you arrive, we shall have dinner.

Bu cümlə Azərbaycan dilində Siz nə zaman çatsanız, biz o zaman nahar edəcəyik kimi tabeli mürəkkəb strukturuna malikdir. Azərbaycan dilinə tabesiz mürəkkəb cümlə ilə tərcümə oluna bilir.



Siz çatarsınız, birlikdə nahar edərik.

Sonuncu cümlə ardıcılzamanlı birləşdirmə (ardıcıllıq əlaqəsi) əlaqəsi ilə yaranmış tabesiz murəkkəb cümlədir.

Bu cümlə ingilis dilində zaman budaq cümləsinin Azərbaycan dilinə müvafiq gələ bilən tərcümə variantlarından biridir. Tabesiz mürəkkəb cümlənin bu növündə həmcins fakt və hadisələr sadalanır və onların cümlədəki düzülüşünə müvafiq ardıcıllıqla baş verdiyi ifadə olunur. Ardıcılzamanlı birləşmədə tərkib hissələri intonasiya ilə bağlanmışdır. Bu cümlədə “və” bağlayıcısının işlənməsi də istisna deyil.

Müxtəlifsistemli dillərdəki tabeli mürəkkəb cümlələrin Azərbaycan dilinə təcüməsi prosesində bir sıra variantlar meydana çıxır. Zaman budaq cümləsinin tərcüməsi zamanı müvafiq budaq cümlələrlə yanaşı, feili bağlama tərkiblərindən geniş şəkildə istifadə etmək olur. İngilis dilində hərəkətin icra zamanını bildirən “when” bağlayıcılı “When you came, she would say the matter” zaman budaq cümləsi Azərbaycan dilinə həm mürəkkəb cümlə şəklində, həm də feili bağlama tərkibli cüttərkibli cümlə ilə tərcümə olunur. Məsələn:



Mən gələcəkdim, qız da sənə məsələ haqqında məlumat verəcəkdi – Mən nə zaman gələcəkdim, onda qız da sənə məsələ haqqında məlumat verəcəkdi – Nə vaxt gələcəydim, o vaxt qız sənə məsələ haqqında məlumat verəcəkdi

Qeyd edilmiş sintaktik variantlar aşağıdakı feili bağlama tərkibi vasitəsilə sadə cümləyə transformasiya olunur:

Mən gələndə qız sənə məsələ haqqında məlumat verəcəkdi (cüttərkibli geniş cümlə formasında).

Rus dilindəki tabeli mürəkkəb cümlələrin Azərbaycan dilinə tərcüməsi prosesində aşağıdakı cümlə variantlarının ortaya çıxdığını Ə.Xəlilov aşağıdakı variantlar üzrə göstərmişdir:

Rus dilində: Когда набралось денег до пяти рублей он мешочек зашил и сталкопит в другой (Н. В. Гоголь) – 1. Nə vaxt ki // haçan ki // onda ki // o zaman ki // beş manata qədər pul yığılırdı, o, kisəni tikirdi və başqa kisəyə yığmağa başlayırdı. 2. Beş manata qədər pul yığılanda o, kisəni tikirdi və başqa kisəyə yığmağa başlayırdı.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin